06 apr 18:38idman, manset

Elçin Cəfərov UWW-ni sərt tənqid etdi

Elçin Cəfərov UWW-ni sərt tənqid etdi
“Hakimlərin ruslara simpatiya bəsləməsinin kökündə də bu məqam dayanır”

Aprelin 4-də Gənclər və İdman Nazirliyinin (AGİN) inzibati binasında Dünya Kubokunda yunan-Roma güləşi üzrə yığmamız və U-23 Avropa çempionatında çıxış etmiş millilərimizin iştirakıyla mətbuat konfransı keçirildi. Tədbirdə yalnız qızlardan ibarət komandamız iştirak etmirdi. Ənənəyə uyğun olaraq, AGİN-in idman şöbəsinin müdiri Fərid Mansurov pəhləvanları qazandıqları qələbə münasibəti ilə təbrik etdi, gənclərə Tokio-2020-də uğur əldə etməyi arzuladı.
Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çarpıcı açıqlamalarıyla diqqəti çəkdi: “Əvvəlcə nazirliyə minnətdarlığımı bildirirəm ki, belə gözəl ənənə formalaşdırıb. Uğur qazanan idmançılarla ictimaiyyətin görüşü təşkil olunur. Ümid edirəm ki, AÇ-də 1 gümüş və 1 bürünc medal qazanan qadınlardan ibarət yığmayla da belə görüş keçirərlər. Yunan-Roma güləşi millimiz Dünya Kubokunda gümüş medal qazandı. Ancaq finalda ruslar hakim haqsızlığı nəticəsində qələbə əldə etdi. İstənilən halda, gümüş medalı uğurlu nəticə sayıram. İdmançılar uğura daha çox inanmalıdı ki, finalda qələbə qazana bilsin. Burda U-23 Avropa çempionatının medalçıları da əyləşib. Sevindirici haldı ki, böyüklərin davamçıları olan gənc nəsil yetişir. Özlərinə inamı çox olsa, Tokio-2020-də əsas yığmanın şərəfini qoruya bilərlər. Yığmamız mayın əvvəllərində Serbiyada keçiriləcək Avropa çempionatında, 10 gün sonra isə ölkəmizdə təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Heyəti məşqçilər korpusu müəyyənləşdirəcək. Çalışacağıq ki, bundan sonra da beynəlxalq arenada sözümüzü deyək… Bu gün Dünya Güləş Birliyinin (UWW) strukturunda rusiyalı mütəxəssislər çoxluq təşkil edir. Hakimlərin bərabər görüşlərdə ruslara simpatiya bəsləməsinin kökündə də bu məqam dayanır. Özlərinin seçdiyi hakimləri həmin görüşlərə təyin edirlər. Gərək bizim hakimlər də prinsipial mövqe ortaya qoyub sözlərini desinlər. Hansısa bir yolla bunlarla hesablaşmaq lazımdı. Yoxsa növbəti yarışlarda da bizi sıxacaqlar. UWW çalışır ki, gücündən asılı olmayaraq, bütün ölkələr medal qazansın. Axı, bu mümkün deyil. Fransada keçiriləcək dünya çempionatından sonra ali qurumun konqresi olacaq. Orda güləş dərəcələrinin dəyişdirilməsi gözlənilir. Belə bir fikir var ki, çəkilər 50 kq-dan başlasın və güləşçilər ümumilikdə 10 kateqoriya üzrə yarışsın. Ancaq bunlardan altısının olimpiya çəkisi olması nəzərdə tutulub. Bu gün dünya üzrə güləşə axın azdı. Bu idman növünün itirilmiş mövqeyini qaytarmaq, axını çoxaltmaq üçün çəkiləri artırmaq istəyirlər. Elə ölkəmizdə də güləşə axın azalıb. Güləşçiləri yığmaq üçün məktəblərə getmək, kompleks işlər görmək lazımdı. Bəzi rayonlarda sərbəst güləş, birində cüdo, digərində futbol daha populyardı. Bu, ümumi problemdi. Gördüyümüz işlərlə kifayətlənməməliyik. Biz AGF olaraq həmişə çalışmışıq ki, bütün çəkilərdə yerli idmançılarımız olsun. Ancaq hər hansı vətəndaşımız bayrağımızı qaldırmağı, güləşməyi, əziyyət çəkməyi istəmirsə, o zaman boş oturub, nə vaxtsa həmin çəki üçün kiminsə neçə ildən sonra yetişəcəyini gözləyə və o kateqoriyanı boş qoya bilmərik. Bir çoxu tələblərə cavab vermir, təlim-məşq toplanışlarına dözmür, intizamı olmur, ya da hansısa yarışda medal qazanıb, əlinə 5 manat düşən kimi gedib maşın alaraq şəhərdə “avtoşluq” edir. Təəssüf ki, belə problemlərimiz var. İnsanları küçələrdən, çayxanalardan, qəlyan məclislərindən, siqaretdən, narkotikdən uzaqlaşdırıb idmana cəlb etməliyik. Həmişə istəmişik ki, ağır çəkilərdə də güclü güləşçilərimiz olsun. Ancaq buna müəyyən qədər vaxt lazımdı. 25-30 il qabaq bu işlər görülməliydi ki, hansısa güclü güləşçi karyerasını bitirəndə onun layiqli əvəzləyicisi olsun. O yer boş qalmasın. Bölgələrdə iş görərək, infrastruktur yaradaraq müəyyən nailiyyətə çatmışıq. Bununla da kifayətlənmək fikrində deyilik. Bu gün 80, 85 və 98 kq-da güclü güləşçilər yetişdiririk. O gəncləri qorumaq lazımdı. Onlar da özlərini qorumağı bacarmalıdı. Qırmızı xətti keçməməlidilər. İntizama əməl etməli, toplanışlara ciddi yanaşmalıdılar… UWW indiyə kimi 200-ə yaxın qaydanı dəyişib. Bunların heç biri uğurlu olmadığı üçün davamlı qayda dəyişikliyi olur. İnsanlar da çaş-baş qalır. Bilmir ki, yarışa necə hazırlaşsın. Qaydalar dəyişən kimi hazırlığı tam yeni istiqamətdə qurmağa məcbur olursan. AGF olaraq dəfələrlə bəyan etmişik ki, yunan-Roma güləşini belə bərbad duruma salmaq olmaz. Çünki bu növ hazırda baxımlılığını itirməkdədi. Hələ ki mövcud vəziyyət belədi. Bizim əlimizdən heç nə gəlmir. Bu durumla razılaşmalıyıq”.
Firdovsi Umudov, sərbəst güləş yığmasının baş məşqçisi: “AÇ və İslamiada üçün heyət qarşıdakı təlim-məşq toplanışının yekununda müəyyənləşəcək. Əslində heyət təxmini məlumdu. Bir neçə çəkidə sual var. Onları aydınlaşdırıb heyəti ictimaiyyətə açıqlayacağıq. Yalnız bir məqam dəqiqdi ki, Cəmaləddin Məhəmmədov ən ağır çəkidə hər iki yarışda mübarizə aparacaq. Hacı Əliyevin də 61, ya da 65 kq-da çıxış edəcəyini bir müddət sonra açıqlayacağıq. Toğrul Əsgərovun əməliyyatı üçün iş gedir. Bu yaxınlarda cərrah masasına uzanacaq. Əməliyyatın nəticəsinə uyğun həkimlər onun dünya çempionatına kimi sıraya dönüb-dönməyəcəyinə qərar verəcək”.
Akif Əliyev, yunan-Roma güləşi yığmasının baş məşqçisi: “Bəzi güləşçilər həm Avropa çempionatında, həm də İslamiadada çıxış edəcək. Bir müddət sonra heyətləri açıqlayacağıq. 71 kq-da iki güclü güləşçimiz var. Hələ bizi qarşıda yarışlar gözləyir. Sabah (dünən) Bolqarıstanda keçiriləcək test turnirinə yollanacağıq. Məşqçilər korpusu yarış bitdikdən sonra güləşçilərin çəkilər üzrə bölünməsini reallaşdıracaq. Hansı idmançı gündəlik məşqlərdə özünü doğruldursa, məşqçi onu hazır sayırsa, o da yarışa buraxılır. Rövşən Bayramov Azərbaycan güləşinin tarixi və lideridi. Onu hamı tanıyır və sevir. O da hazırda yığmanın məşqlərində adi qaydada iştirak edir. Bizə karyerasını bitirəcəyi ilə bağlı heç nə deməyib. O həmişə sözünü deyə bilər, deyəcək də. Elçin Əliyev zədəsi olduğuna görə ölkə çempionatında iştirak edə bilmədi. Zədəsi tam sağaldıqdan sonra komandaya qoşulacaq”.
Şaban Donat, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmanın böyük məşqçisi: “Avropa çempionatı çox yaxşı keçdi. Partersiz güləş oldu. Bu baxımdan test yarışı sayıla bilər. Parter güləşində bir qədər istedadlı güləşçilər üzə çıxmırdı. Turnir bizim üçün çox yaxşı keçdi. Güləşçilərimiz ilk gündə sözünü dedi. 3 qızıl və 1 bürünc medal qazandıq. Rusiya və Gürcüstan kimi güclü güləş ölkələri “qızıl”sız qaldı. Hakimlərin idarəçiliyindən də razı qaldıq. İkinci yarış günündə medalsız qalmağımız arxayınlıqla bağlı deyildi. Bu yarışdı, hamı qalib gəlmək istəyir. Ola bilərdi ki, ilk gündə də medal qazanmayaydıq. Ruhin Mikayılov buna qədər 71 kq-da çıxış edirdi. Bu dəfə 75 kq-da onu sınaqdan keçirdik. Yeni kateqoriyada yarışdığı üçün çətinlik çəkdi, medalsız qaldı. Ona bir az zaman lazımdı. İslam Abbasov, Orxan Nuriyev, Orxan Babayev, İslambek Dadov tezliklə böyüklər arasında da sözünü deyə bilər. Azərbaycanda istedadlı güləşçilər çoxdu. Yetər ki, böyüklər mövqeyini qoruya bilsin (gülür). Gənclərdən ibarət yığmamızın üzvləri qarşıdan gələn böyüklər arasında Avropa çempionatı və İslamiadada da iştirak edə bilər”.
Rafiq Hüseynov, güləşçi: “Olimpiadadan sonra yunan-Roma güləşində parterdə güləşmək yığışdırılıb. Ancaq bu sınaq xarakteri daşıyır. Bolqarıstanda keçiriləcək yarışda isə hər güləşçiyə parterdə bir dəfə özünü göstərmək imkanı veriləcək. Güləşdə qaydalar tez-tez dəyişir. Bir-iki aya buna uyğunlaşa bilirik. Məşqçilər hazırlıq planını elə qurur ki, qısa vaxtdan sonra yeniliyə tam uyğunlaşırıq”.
İslam Abbasov, güləşçi: “Dünya Kubokundan qayıtdıqdan sonra yenicə toplanışa başlamışıq. İslamiadaya qədər Avropa çempionatında iştirak edəcəyik. Qitə birinciliyindən sonra tam Bakıda keçiriləcək yarışa köklənəcəyik. Ola bilər, Oyunlara 2-3 gün qalmış zədə alasan. Yaxşı hazırlıq keçsək, uğur qazana bilərik. Ancaq qəti proqnoz vermək olmur”.
Həsən Əliyev, güləşçi: “Təbii ki, hər idmançının komandayla birgə olan ümumi hazırlıqla yanaşı, özəl hazırlıq planı olmalıdı. Çünki qarşıdakı yarışlara uyğun planlı şəkildə işləmək daha rahatdı. Qaydalar da tez-tez dəyişir. Buna uyğunlaşmaq lazımdı. Dünya Kubokunda iştirak edəndə qaydaların yenidən dəyişəcəyini bilmirdik. Bakıya qayıtdıqdan sonra öyrəndik ki, Bolqarıstandakı turnirdə test kimi yenidən parterdə güləş tətbiq ediləcək. İndi parterdə hazırlığı artırmışıq. Məşqçinin iradlarını əlavə hazırlıqla aradan qaldıra bilərsən”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar