06 apr 00:04idman

Həndbol yığmamız Ukraynaya yollanır

Həndbol yığmamız Ukraynaya yollanır
İndoneziya İslamiadaya qatılmaqdan imtina edib

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına təxminən 1 ay qalıb. Təşkilatçılarla yanaşı, idmançılarımız da Bakı-2017-yə hazırlığın son mərhələsinə qədəm qoyur. İslamiadanı Avropa Oyunlarından müsbət mənada fərqləndirən əsas cəhət komanda növlərinin çoxluq təşkil etməsidi. Məsələn, Bakı-2015-in proqramından kənarda qalan həndbol gələn ay baş tutacaq Oyunların proqramında yer alıb. Ötən ilin sonlarından dirçəlməyə başlayan bu idman növündə qadınlardan ibarət yığmamızdan uğur gözləməyə dəyər. Çünki zərif cinsin nümayəndələri ənənə və potensial baxımından daha yaxşı çıxış etməyə qadirdi. Ancaq eyni sözləri kişilər haqda söyləyə bilmirik. Çünki müstəqillik qazandıqdan sonra kişilərdən ibarət yığmamız ciddi uğurlara imza atmayıb. Bunun da əsas səbəbi biganə münasibət olub. İndi Həndbol Federasiyasının yeni prezidenti Saleh Məmmədov həndbolun hər iki qoluna eyni qayğını göstərir. Ən azı hələ ki görünən mənzərə belədi. Sonrası necə olacaq - bunu zamanla görəcəyik.
Dünən millinin baş məşqçisi Hikmət Abdullayevlə əlaqə saxlayıb, İslamiadaya hazırlıqla bağlı fikirlərini öyrəndik: “Hazırda “ABU Arena”da gündəlik məşqlərimizi davam etdiririk. Həftəsonu Ukraynaya yollanacağıq. Əvvəlcə Kiyevə təyyarə ilə uçub, ordan qatarla Zaporojye şəhərinə gedəcəyik. Həmin şəhər Ukraynada həndbolun məskəni sayılır. Yerli komandalarla yanaşı, Kiyev klubları da mini-turnirdə iştirak edəcək. Ümumilikdə 6 komanda olacaq. Dairəvi sistem üzrə 5 oyun keçirəcəyik. İndiki vaxtda başqa ölkələrin yığmaları bu turnirə qatıla bilmir. Çünki çempionatlar davam etdiyindən “açıq pəncərə” deyil. Aprelin 16-da vətənə qayıdacağıq. Ondan sonra İslamiadaya qədər Bakıda hazırlıq keçəcəyik. Xaricdə çıxış edən iki-üç həndbolçumuz var. Onlar çempionatlar başa çatdıqdan sonra yığmanın toplanışına qoşulacaq. Alınsa, bir neçə komandanı yarış ərəfəsində bura dəvət edəcəyik ki, yoxlama oyunları keçirək. Ən pis halda bir komandanı dəvət edib, onunla 3-4 oyun keçirəcəyik. Aprelin 6-da püşkatma mərasimi keçiriləcək və İslamiadada qrupdakı rəqiblərimiz müəyyənləşəcək. Əlcəzair, Türkiyə, Səudiyyə Ərəbistanı, Mərakeş, İraq, Kamerun kimi komandalar yarışda iştirak edəcək. İndoneziyanın da turnirə qatılacağı gözlənilirdi. Ancaq onlar yarışa qatılmaqdan imtina etdilər. Əlcəzairi əsas favorit sayıram. Bu komanda Afrika çempionu olub. Çalışırıq ki, yarışa ən yüksək səviyyədə hazırlaşaq. Ancaq çoxdandı beynəlxalq turnirlərdə iştirak etməmişik. Qarşımızda hansı hədəf qoyulub? Bu çox maraqlı sualdı (gülür). Hər idmançı, gücündən asılı olmayaraq, qalib gəlməyə çalışır. Biz sonuncu dəfə 2006-cı ildə İslamiadada oynamışıq. Ondan sonra dünya və Avropa çempionatlarının seçmə mərhələlərinə qatılmaqdan imtina etdik. Çünki hazırlığımız yetərli səviyyədə deyildi. İndi oyun praktikası sarıda çatışmazlığı aradan qaldırmaq üçün tez-tez mini-turnirlərə qatılırıq, yoxlama oyunları keçiririk. İki dəfə Həştərxana və Tiflisə yollandıq. Qarşıda bizi Ukraynadakı mini-turnir gözləyir. Çalışacağıq ki, azarkeşlərimiz önündə ən yaxşı şəkildə çıxış edək”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar