23 in 18:14idman

Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı

Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı
Toğrul Əsgərov hazır olmadığına görə kənarda qaldı
İyunun 20-də güləş yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutub. Olimpiya Güləş Mərkəzində gerçəkləşən hazırlıq prosesinin sonunda Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev 2-ci Avropa Oyunlarında iştirak edəcək heyəti açıqlayıb.
Sərbəst güləşdə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) çıxış edəcək.
Qadınların mübarizəsində ölkəmizi 5 güləşçi təmsil edəcək. Baş məşqçi Aslan Ağayev və böyük məşqçi Rövşən Umudovun tapşırıqlarını Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) icra edəcək.
Yunan-Roma güləşçilərimizin də sayı bu qədərdi. Baş məşqçi Şaban Donat və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) Minskdə uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, 2-ci Avropa Oyunlarında beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.
Namiq Əliyev heyəti açıqladıqdan sonra brifinqdə jurnalistlərə açıqlama verib: "Avropa Oyunlarında bir neçə aparıcı güləşçimizlə yanaşı, gəncləri də sınaqdan keçirəcəyik. Həmin gənclər də nəticə vermiş güləşçilərdi. Bu il əsas hədəfimiz Qazaxıstanda keçiriləcək dünya çempionatıdı. Bildiyiniz kimi, mundial Tokio-2020 üçün ilk lisenziya yarışı sayılır. Ondan öncəki turnirlər DÇ-yə hazırlıq xarakteri daşıyır. Ona görə bəzi güləşçiləri Avropa Oyunlarında yoxlamaq istəyirik. Onlardan bir neçəsi uzunmüddətli zədədən sonra ilk yarışına çıxacaq. Son vəziyyətlərini görmək istəyirik. Qarışıq tərkibdə Minskdə iştirak edəcəyik. Əsas hədəf güləşçiləri sınaqdan keçirmək olsa da, həmişə olduğu kimi, Minskdə də pəhləvanlarımızdan uğurlu çıxış gözləyirik.
Hazırda yeniyetmələrin Avropa çempionatı keçirilir. Geridə qalan 3 gündə güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Bu, böyük nailiyyətdi. Biz həmişə güləşçilərimizin qarşısına məqsədlər qoyuruq. Belarusa kifayət qədər təcrübəli güləşçilər də, Avropa və dünya çempionları da yollanacaq. İnanırıq ki, Minskdən medallarla qayıdacaqlar.
Toğrul Əsgərov gələn ay Türkiyədə keçiriləcək "Yaşar Doğu" turnirində çıxış edəcək. Həmin yarışda ABŞ və Kuba kimi güclü yığmaların üzvləri də mübarizə aparacaq".
Siyahıdan göründüyü kimi, olimpiya çempionu Toğrul Əsgərovla (74 kq) yanaşı, digər titullu pəhləvan Cəbrayıl Həsənov (87 kq) Minskə yollanmayacaq. Halbuki bir müddət öncə bu pəhləvanlara Avropa Oyunlarında şans veriləcəyi bildirilmişdi. Toğrul fiziki hazırlığının qaydasında olmadığına görə kənarda qalıbsa, Cəbrayıl çəki problem ilə üzləşib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar