23 in 18:12idman

Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir

Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir
“Ümid edirəm ki, həm yığmadan kənarda qalmağım, həm də evin məsələsi aidiyyatı orqanlar tərəfindən nəzarətə götürüləcək”
Ötən sayımızda Almaniyanın Düsseldorf şəhərində qıncoynatma üzrə Avropa çempionatının keçirildiyini və ölkəmizi sözügedən yarışda Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakovanın təmsil etdiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, Kərimova və Bünyatova qrup mərhələsində uğursuzluğa düçar olduğundan pley-offa vəsiqə qazana bilməyib. Başta ilə Bolşakova isə 1/16 finalda mübarizəni dayandırıb.
Sablyaçılarımızın qitə çempionatında uğursuzluğu bu növdə yığmaya cəlb olunan idmançıları narazı salıb. Konkret hazırda yığma üzvü olan Sevilin bacısı Sevinc Bünyatova-Yusubovanı qeyd etmək olar. Xatırladaq ki, Sevinc xanın 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarında bürünc medala sahib çıxıb və ölkə prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb. Qitə çempionatında yığmadan kənarda qalan milli üzvü bizimlə söhbətdə bunları bildirdi: “Biz iki bacı, mən və Sevinc qılıncoynatmanın sablya növündə yığma üzvləriydik. Bizim şəxsi məşqçimiz isə Amerikaya köç edən Fikrət Vəliyev idi. Onun ölkəni tərk etməsindən sonra bir müddət məşqçisiz qaldıq. Müəyyən aradan sonra yığmaya Almaniyadan Vadim Ştubabin adlı mütəxəssis dəvət olundu. O qısa vaxtda məşqlərimizi izlədikdən sonra mənə milliyə lazım olmadığımı bildirdi. Ona başa saldıq ki, xeyli müddətdi məşqsiz qalmışıq və bu üzdən ola bilsin, hansısa göstəricidə zəifləmişik. Sonradan bu məsələ ilə bağlı yığmanın baş məşqçisi Çingiz Mustafayevə müraciət etdik. O mənə milliyə 5-ci nömrə kimi dəvət olunacağımı bildirdi. Fərdi yarışlarda bir ölkəni neçə nəfərin təmsil edəcəyi önəm kəsb etməsə də, yığma səviyyəsində bir komandaya 4 nəfər cəlb olunur. Çingiz müəllim mənimlə söhbətdə onu da bildirdi ki, ilboyu müxtəlif turnirlər olur və idmançının səviyyəsindən asılı olaraq yığmanın heyəti dəyişə bilər. Mənə həvəsdən düşməməyi və məşqləri davam etdirməyi məsləhət bildi. Təəssüf ki, sonradan başqa münasibətlə üzləşdim və Çingiz müəllimə dediyi sözləri xatırladanda, bu fikirləri səsləndirmədiyini bildirdi. Məsələ ilə bağlı federasiyanın baş katibi Vasif Məmmədova da müraciət etmişəm. Ancaq o da heç bir qarşılıq verməyib. Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarovdu. Üzləşdiyim haqsızlıqla bağlı federasiya prezidenti ilə görüşüb yaşananlara aydınlıq gətirmək istəmişəm. Bir ay ərzində dəfələrlə nazirliyə getdim və hər dəfə də eyni sözü eşitdim: “vaxt olan kimi Mikayıl müəllimlə görüşəcəksiz”. Mən nə qədər gözləməliyəm? Bu qədər səbr etmək olmaz. Çox istərdim ki, federasiya prezidenti mətbuat vasitəsi ilə səsimi eşidib məni qəbul etsin. Çingiz müəllimlə bununla bağlı danışımız olub. Bilirsiz mənə nə deyib? Bakıda keçirilən yarışda yer tutmağınız o demək deyil ki, sizə xüsusi diqqət ayrılmalıdı. Hara istəyirsiz, şikayət edə bilərsiz. Bu nə deməkdi? Mən demirəm ki, mənə başqalarından fərqli münasibət göstərilsin. Sadəcə, istəyim odu ki, hər məsələdə obyektivlik qorunsun, düzgünlük olsun”.
Yuxarıda qeyd etdiyimiz kimi, Sevinc xanım 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarında bürünc mükafata layiq görülüb. Bu nəticəyə görə ölkə başçısı onu “Tərəqqi” medalına layiq görməklə yanaşı, mənzil də verib. Ancaq sablyaçımız hələ də həmin evə köçə bilməyib. Səbəbini isə özündən eşidin: “Birinci Avropa Oyunlarında qazandığım nəticəyə görə mənə mənzil də verildi. Həmin mənzilin sənədləri məndə olsa da, bina hələ də tikilməyib. Layihə üzrə 26 mərtəbədən ibarət olan binanın bu günə kimi cəmi 2 mərtəbəsi hazırdı. Binanı tikən isə Tağı İbrahimovdu. Deməyim odu ki, mənə verilməli olan mənzilə də sahib çıxa bilməmişəm. Hər dəfə iş icraçılarına “bina nə vaxt hazır olacaq” sualını verdikdə dəqiq cavab ala bilmirik. Bir gün 2020-ni, ertəsi 2021-ci ili nişan verirlər. Belə çıxır ki, mənə inşası nə vaxt başa çatacağı bilinməyən binadan ev veriblər. Belə münasibət kimə lazımdı? Biz beynəlxalq yarışlarda ölkəmizin bayrağını yüksəltməklə idmançı kimi borcumuzdan çıxırıq. Ancaq nədənsə, bəzi iş adamları və məmurlar bizə ögey münasibət bəsləyirlər. Ümid edirəm ki, həm mənim yığmadan kənarda qalmağım, həm də xidmətimə görə verilməli olan evin məsələsi aidiyyatı orqanlar tərəfindən nəzarətə götürüləcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar