19 in 18:05idman

Kaprara özünü də batırdı, yığmamızı da...

Kaprara özünü də batırdı, yığmamızı da...
Qadınlardan ibarət voleybol yığmaları arasında keçirilən Qızıl Avropa Liqasının qrup mərhələsinə 6-cı turun görüşləri ilə yekun vuruldu. C qrupunda mübarizə aparan yığmamız son görüşdə də yenilməklə biabırçı çıxışına nöqtə qoydu. Turnir ərəfəsində baş məqşçi postuna əyləş(diril)ən Covanni Kaprara adını voleybol tariximizə qara hərflərlə yazdırdı. Heyət nə qədər gənclərdən ibarət olsa da, 6 oyunda qeydə alınan 6 məğlubiyyət təcrübəli italiyalı mütəxəssisin voleybol təsərrüfatında qazandığı müsbət imici alt-üst etdi. Vətənində “Pyaçentsa”nı iki dəfə çempionluğa daşıyan, İtaliya kubokunu və Superkuboku (2012/13 və 2013/14) qazanan 56 yaşlı mütəxəssis “Əczaçıbaşı” ilə Çempionlar Liqasının və klublararası dünya çempionatının (2014/15) qalibi olub. Rusiya millisini də böyük uğurlara daşıyıb. Belə ki, şimal qonşularımız onun rəhbərliyi altında AÇ-2005 və AÇ-2007-də bürünc medal qazanıbsa, DÇ-2006-nı titulla başa vurub. Göründüyü kimi, təcrübəli mütəxəssis çalışdığı yerlərdə ancaq zirvəyə oynayıb. Yığmamızın “sükanı arxasında” fəaliyyəti isə tam bir fiasko ilə başladı. İnanmaq istərdik ki, qarşıdan gələn daha nüfuzlu turnirlərdə fərqli ssenariyə şahidlik edəcəyik. Əks halda Kaprara vətəninə bilet sifariş verməli olacaq...
Son turun oyunları iyunun 15-də baş tutub. Millimiz Mikelli şəhərində Finlandiyanın qonağı olub. 17.00-da başlayan oyunu latviyalı Audrius Qarqasas idarə edib ki, yardımçısı yerli referi Ari Yokelaynen olub. Meydan sahibləri ilk iki setdə üstün olsalar da, voleybolçularımız hesabı bərabərləşdirib. Amma turniri heç olmasa, 1 qələbə ilə başa vurmaq istəyi alınmayıb. Tay-brekdə daha dəqiq oynayan rəqib sevinən tərəf olub – 3:2 (25:19, 29:27, 27:29, 19:25, 15:13). 1087 tamaşaçının izlədiyi qarşılaşma 129 dəqiqəyə tamamlanıb. Tapio Kanqasnieminin yetirmələrinin əksəriyyəti yüksək məhsuldarlıq nümayiş etdirsə də, ikisi qələbədə daha çox pay sahibi olub. Pia Korhonen 23, Suvi Kokkonen 18 xal toplayıb. Yığmamızın heyətində isə Odina Əliyeva 21, Anastasiya Bezsonova 17 xalla diqqəti çəkib. Alikante şəhərində baş tutan zirvə savaşından – İspaniya – Belarus duelindən meydan sahibləri məğlub ayrılıb – 2:3 (11:25, 23:25, 26:24, 25:21, 9:15).
1. Belarus 6 6 0 18-6 16
2. İspaniya 6 4 2 15-8 13
3. Finlandiya 6 2 4 8-15 5
4. AZƏRBAYCAN 6 0 6 6-18 2
Qeyd edək ki, reqlamentə əsasən “dördlər finalı”na yalnız qrup qalibi vəsiqə qazanıb.

Reaksiya
Covanni Kaprara: "Qızıl Avropa Liqasında əldə etdiyimiz nəticələrdən məmnunuq. Komandamız qısa müddətdə bir yerdə oldu. Bu gün əvvəlcə top qəbulu ilə bağlı problemlərimiz oldu. Finlandiya çox yaxşı voleybol oynadı".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar