17 in 22:20idman

“Xəzər qasırğası” 75 yaşında!

“Xəzər qasırğası” 75 yaşında!
İnna Rıskal... 20-ci əsrdə nəinki SSRİ, hətta dünya idman tarixinə adını qızıl hərflərlə yazdıran nadir idmançılarımızdan biri. İkiqat olimpiya çempionu, dünya çempionu, dünya kubokunun qalibi, üçqat Avropa çempionu olan bakılı voleybol əfsanəsi bu gün 75 yaşını qeyd edir.
Rıskal ailəsi üçün idman boş əyləncə deyildi. Gələcəyin voleybolçusunun atası – Valeri Yakovleviç SSRİ-nin ən güclü motosikl ustalarından sayılırdı. Evdə idmana sevgi görən İnna əvvəlcə idman gimnastikası və yüngül atletika ilə məşğul olub. 12 yaşında isə artıq həyat yolunu müəyyənləşdirib. Əfsanəvi məşqçi Şamil Şamxalovun voleybol bölməsinə yazılan qızcığaz bir daha bu oyunun sehirli aləmindən ayrıla bilməyib. Voleybol meyarlarıyla yanaşanda o qədər ucaboy olmasa da, İnna dərhal məşqçinin diqqətini cəlb edir və artıq 15 yaşında sonradan bütün karyerasını həsr edəcəyi “Neftçi”də debüt imkanı qazanır. Təbii ki, “Neftçi” sovet voleybolunun nəhənglərindən sayılmırdı. Bununla belə, İnna məhz bu komanda ilə iki dəfə çempionatın bürünc medallarını qazanır, 1967-ci ildə Azərbaycan yığmasının heyətində SSRİ Xalqlarının Spartakiadasında 2-ci yeri tutur.
Bakılı voleybolçu 16 yaşında SSRİ yığmasının heyətinə düşür və tam 15 il ərzində yerini kimsəyə vermir. Bütün sovet voleybolsevərləri gücə söykənən oyun üslubuna görə ona “Xəzər qasırğası” ləqəbini vermişdi. Təbii ki, Rıskalın titullarını, uğurlarını dəyərləndirmək üçün bir qəzet yazısı bəs etməz. Amma xatırlatmağa dəyər ki, məhz İnna Olimpiadalarda qazanılan medal sayına (iki çempionluqla yanaşı, iki gümüş medalı da var) görə dünya voleybolçuları arasında rekordçudu.
...Voleybolla vidalaşan Rıskal Bakıda – qadın volybol məktəbində məşqçi kimi işə başlayır. 1988-ci ildə qardaşını itirəndən sonra xəstələnir, əməliyyat olunur və həkimlər ona daha mülayim iqlimə malik regionda yaşamağı məsləhət görür. Bu məsləhətə qulaq asan voleybol əfsanəsi Stavropolda yaşayan bacısının yanına köçür. Bir müddət sonra isə həyat yoldaşı ilə birgə Moskvaya köçürlər. Maraq üçün xatırladım ki, İnna xanımın həyat yoldaşı da idmançı, daha doğrusu, futbolçu olub. O, “Neftçi”nin heyətində ümumilikdə 83 oyun keзirən Aleksandr Syominlə 1968-ci ildə ailə qurub. İki oğul anası Rıskal hazırda Moskva vilayətində yerləşən Korolyov şəhərində yaşayır.
Rıskal 2000-ci ildə Voleybolun Şöhrət Zalına salınıb. 2001-ci ildə isə FİVB dünya voleybolundakı möhtəşəm uğurlarına görə ona xüsusi mükafat təqdim edib. Xanım həmyerlimiz 20-ci əsrin ən güclü qadın voleybolçusu adı uğrunda mübarizədə kubalı Reqlq Torresə cüzi fərqlə uduzub.
...Ötən əsrin 60-70-ci illərində dünya voleybolunda “Xəzər qasırğası” əsirdi. O qasırğa gücünü Xəzərdən, Azərbaycan torpağından alırdı. O qasırğa İnna Rıskal idi. 75 yaşın mübarək, azərbaycanlı əfsanə!
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar