05 apr 18:58idman

İki dünya çempionu Şəmkirdə yarışacaq

İki dünya çempionu Şəmkirdə yarışacaq
“Bu turniri “Linares” və “Veyk-An-Zee” ilə müqayisə edirlər”

Xəbər verdiyimiz kimi, ardıcıl dördüncü dəfə Şəmkirdə tanınmış qrossmeysterimiz, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə beynəlxalq superturnir keçiriləcək. “Sinerji Qrup” və Şahmat Federasiyasının dəstəyi ilə baş tutacaq memorialda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, Uesli So (ABŞ), sabiq dünya çempionları Vladimir Kramnik (Rusiya), Veselin Topalov (Bolqarıstan), eləcə də Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna) və Radoslav Voytaşek (Polşa) iştirak edəcək. Yarışın reytinq-favoriti Uesli So olacaq.
Memorialın direktoru, “Shamkir Chess 2017” Təşkilat Komitəsinin sədri Fərid Hüseynov turnirin yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirib: "Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess” turniri artıq ənənəyə çevrilib. Məşhur şahmatçıların iştirak etdiyi superturnir dördüncü dəfədi ki, Şəmkirdə təşkil olunur. Yarışın əsas məqsədi mərhumun xatirəsini yad etmək, eyni zamanda ölkəmizdə şahmatın inkişafına dəstək olmaqdı. Şəmkirdə qələbə uğrunda ən güclü qrossmeysterlər mübarizə aparacaq. İnanırıq ki, bu dəfə də şahmat həvəskarlarını bir-birindən maraqlı partiyalar və güzəştsiz mübarizə gözləyir. "Sinerji Qrup" özünün korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq bu turnirin keçirilməsinə böyük diqqət və qayğı göstərir. Hər il məşhur şahmatçılarla Şəmkirə toplaşmağımız artıq ənənə halını alıb. Demək olar ki, Şəmkir artıq dünya şahmat şəhərləri siyahısına daxil olmağı bacarıb. Əcnəbi şahmatçılar əvvəlki yarışlarda təşkilatçılığı həmişə yüksək qiymətləndirib, “Shamkir Chess” turnirini böyük tarixə malik “Linares” və “Veyk-An-Zee” kimi yarışlarla müqayisə edirlər. Qarşıdakı yarışın da yüksək səviyyədə keçiriləcəyinə inanırıq".
Xatırladaq ki, 2014 və 2015-ci illərdə turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olubsa, ötən il Şəhriyar Məmmədyarov birinci yeri tutub. Yarışın açılış mərasimi aprelin 20-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 30-da yekun vurulacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar