05 apr 18:56idman

“Klassiklər” birinci, yığma üçüncü oldu

“Klassiklər” birinci, yığma üçüncü oldu
“Ona indi müsbət emosiya lazımdı”

Ölkəmizin sərbəst güləş üzrə yığmasının üzvü Hacımurad Ömərov wrestdag.ru saytına müsahibə verib. Macarıstanın Şombateli şəhərində keçirilən U-23 Avropa çempionatında 70 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan dağıstanlı legioner bunları deyib: “10 yaşımda Mahaçqalada güləş məşqlərinə başladım. Şamil Geroyev ilk məşqçim olub. Atam Ömər Ömərov sərbəst güləşdə SSRİ çempionu olub. Mən də onun yoluyla getmək qərarına gəldim. 2010-cu ildən Azərbaycanı təmsil edirəm. Həmin il turnirlərin birində qalib gəldikdən sonra həmin ölkədən təklif aldım və təklifi qəbul etdim. Çox vaxt Azərbaycanda oluram. Orda çoxlu təlim-məşq toplanışları olur. Ən çox Bakıda hazırlıq keçirik. Hərdən paytaxtdan kənara da çıxırıq. Azərbaycanda bir çox rayonlarda yaxşı idman zalları var. Martda yığma Kislovodskda hazırlıq keçəndə, mən U-23 Avropa çempionatına Bakıda hazırlaşdım. Ölkə çempionatında 3-cü yeri tutdum. Yaşıdlarım arasında ən yüksək göstəriciyə imza atdım. Buna qədər müxtəlif yaş qruplarında dörd dəfə Avropa çempionatında iştirak etmişəm. Bunların üçündə medal qazanmışam. Ötən il finalda rusiyalı Rəsul Arsanaliyevə 9:10 hesabıyla uduzdum. Bu dəfə isə yalnız fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı hədəfləmişdim. Məni gümüş və bürünc medal qane etmirdi. Heç vaxt olmadığı qədər yaxşı hazırlıq keçmişdim. Halbuki ölkə çempionatında zədəli güləşmişdim. Bu yarışda isə heç bir problemim yox idi və özümü əla hiss edirdim. 3 görüşümü vaxtından əvvəl qələbəylə başa vurdum. Yalnız finalda çətinliklə üzləşdim. Finalda rusiyalı Zaurbek Sidakovla qarşılaşdım. Taktika belə qurulmuşdu ki, onu ayağıma yaxın buraxmamalıydım. Buna da nail oldum. Görüş gözlədiyim kimi ağır keçdi. Mən onu sırf qeyri-fəal güləşə görə aldığım xalla üstələdim. Bu qələbəmə ən çox atam sevindi. Çünki o mənim ən sadiq azarkeşimdi. Atam bütün yarışlarda yanımda olur. Hətta məşqlərimə də gəlir. Ona indi müsbət emosiya lazımdı. Çünki bir müddət öncə ağır əməliyyat keçirib. Şadam ki, onu sevindirə bildim. Aprelin 15-də növbəti təlim-məşq toplanışımız başlayacaq. Qarşıda bizi Avropa çempionatı və 4-cü İslam Həmrəyliyi Oyunları gözləyir. Bu yarışlar üçün heyət toplanışın sonunda müəyyənləşəcək. Hər iki yarışın nüfuzu böyükdü. Ancaq İslamiada Bakıda keçirildiyi üçün daha böyük önəm kəsb edir. Hərçənd mənim üçün ciddi fərq yoxdu. Əsas odu ki, bu yarışlardan birində iştirak edim”.
Yeri gəlmişkən, Macarıstanın Şombateli şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatının nəticələrini diqqətinizə çatdırmışdıq. Xatırladaq ki, qitə birinciliyində 3 yığmamız ümumilikdə 5 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb. Çempionatın ilk iki günündə sərbəst güləşçilər yarışıb. Yığma üzvləri 2 qızıl və 3 bürünc medala sahib olub. Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) üçüncü yeri tutub. Sərbəst güləşçilərimiz komanda hesabında Rusiya, Gürcüstan və Türkiyədən sonra dördüncü sırada qərarlaşıb. Qadın güləşçilərimiz çempionatı 1 gümüş və 1 bürünc medalla başa vurublar. Leyla Qurbanova (53 kq) yalnız finalda uduzub. Alyona Kolesnik (58 kq) isə “bürünc”ü boynundan asıb. Qadın güləşçilərimiz komanda hesabında 7-ci olub. Qitə birinciliyinin sonuncu iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 3 qızıl və 1 bürünc medal əldə edib. Qızıl medalları yığmamıza Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) qazandırıb. Bürünc medala isə Eltun Vəzirzadə (80 kq) sahib olub. Bu nəticə ilə yığmamız 42 xalla komanda hesabında üçüncü pillədə qərarlaşıb. Gürcüstan 47 xalla birinci, Rusiya isə 45 xalla ikinci yeri tutub. Medalların əyarına görə isə “klassiklər” çempionatı birinci sırada tamamlayıb. İki qızıl medal qazanan İsveç ikinci olub. Türkiyə, Macarıstan və Polşa komandası hərəyə 1 qızıl medal qazanıb. Rusiya və Gürcüstan kimi ölkələrin “qızıl”sız qalması diqqəti çəkir.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar