14 dek 12:09idman, manset

Polina Rəhimovadan yüksək məhsuldarlıq

Qadın voleybolçular arasında Yaponiya çempionatında 13-cü turun oyunları keçirilib. "Toyota” evdə "Okayama”nı məğlub edib - 3:1 (25:23, 25:20, 23:25, 25:23). Polina Rəhimova 47 xalla qələbədə əsas pay sahibi olub. 20 xalla ilk "5-liy”i qapayan "Toyota” növbəti turda "Hitaçi”nin qonağı olacaq. Ancaq 14-cü turun oyunları yanvarda baş tutacaq. Buna səbəb Yaponiya çempionatında qış fasiləsinin yaranmasıdı.

İtaliya A seriyasında isə 11-ci tur geridə qalıb. "Firenze” evdə "Modena”yla bacarmayıb – 0:3 (23:25, 20:25, 20:25). Odina Bayramova 7 xal toplayıb. 11 xalla 9-cu pillədə yer alan "Firenze” növbəti turda "Montikiari”nin qonağı olacaq.

***

Həmzəyev ən məhsuldar oyunçu oldu

 

Ukrayna basketbolçempionatında 18-ci turun oyunları keçirilib. "Kremen” ardıcıl 2-ci qələbəsini qazanıb. Amil Həmzəyevin komandası doğma meydanda "Nikolayev”i məğlub edib - 66:63. Həmyerlimiz Ukrayna klubundakı ən yaxşı oyununu keçirib. Belə ki, parket üzərində 23 dəqiqə qaçan Həmzəyev 20 xalla görüşün bombardiri olub. Amil hesabına 2 ribaund da yazıb. O hətta həftənin ən yaxşı "5-liy”inə də düşüb. 9-cu pilləyə yüksələn "Kremen” növbəti turda "Bipa Basket”i qəbul edəcək.

Çexiyanın 1-ci divizionunda isə 11-ci tur geridə qalıb. "GBA Sparta” səfərdə "Basket Koşitse”yə uduzub – 62:81. Endər Poladxanlı meydanda olduğu 18 dəqiqə ərzində 9 xal, 4 ribaund və 1 məhsuldar ötürməyə imza atıb. 8-ci pillədə qərarlaşan "GBA Sparta” növbəti turda "Lokomotiv”i qəbul edəcək.

***

ATF ilin federasiyası, Mehmandost ilin məşqçisi seçildi

 

Bakıda Dünya Taekvondo Federasiyasının (WTF) qala-gecəsi keçirilib. "Badamdar" otelində keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub, Taekvondo Humanitar Fondu (THF) yaradılıb. WTF prezidenti Çunqvon Çu tədbirdə iştirak edən gənclər və idman naziriAzad Rəhimovu Rio-2016-da Radik İsayevin qızıl medal medal qazanması münasibətilə təbrik edib. O həmçinin Cibutinin ali quruma 207-ci tamhüquqlu üzv kimi qoşulduğunu bəyan edib. Ali qurumun rəhbəri Tokio-2020-də taekvondonun yeni qaydalarla keçiriləcəyini bildirib. O, dəyişikliklərin taekvondonu döyüş növləri arasında yaxşıların yaxşısı kimi nümayiş etdirəcəyinə inam ifadə edib.

WTF-nin vitse-prezidenti və Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin HeydərovÇunqvon Çudan xüsusi mükafat alıb. ATF başqanı "Qran-pri”nin final mərhələsinin və komandalararası dünya çempionatının Bakıda keçirilməsinə qərar verdiyi üçün koreyalı qonağa minnətdarlığını bildirib. Azad Rəhimov da WTF prezidentindən diplom alıb.

Daha sonra müxtəlif nominasiyalar üzrə qaliblər açıqlanıb. İlin ən yaxşı qadın taekvondoçusu adına britaniyalı ikiqat olimpiya çempionu Ceyd Cons sahib çıxıb. İlin kişi taekvondoçusu nominasiyasında İordaniyaya tarixində ilk dəfə olimpiya "qızıl"ı qazandırmış Əhməd Abuqauş fərqlənib. İlin qadın hakimi gürcüstanlı Mariya Merkuri, kişi hakimi Kanadanı təmsil edən Son-Çul Kim olub. Ən yaxşı milli federasiya adına ATF sahib çıxıb. Mükafatı federasiyanın icraçı vitse-prezidenti Nağı Səfərov alıb. İlin ən yaxşı zərbəsi mükafatına Olimpiadada 80 kq-ın finalında Böyük Britaniyadan olan Məhəmməd Lutalonun başına zərbə endirərək, qızıl medal qazanmış Kot d’İvuar taekvondoçusu Şeyk Salleh Cunior Sisse layiq görülüb. Ancaq o, tədbirdə iştirak etməyib. İlin məşqçisi nominasiyasında yığmamızın iranlı çalışdırıcısı Rza Mehmandost qalib olub.

Sonda WTF-nin "Lövhələri qırın, həyatınızı dəyişdirin" devizi altında qaçqınlara yardım məqsədilə yaratdığı Taekvondo Humanitar Fonduna köçürmələr edilib. Rəhimov və HeydərovMOK, AGİN və ATF adından fonda 30 min dollar köçürüb. Çunqvon Çu da 10 min dollar ödəyib. Eyni məbləği Rusiya Taekvondo Federasiyası adından Anatoli Teryoxov verib. WTF baş katibi Hoss Rafati 5 min dollar, Hakimlər Komitəsinin sədri Çakır Çelbat isə 4,5 min dollar söz verib. Tədbir şam yeməyi və musiqiçilərin ifaları ilə davam etdirilib.

***

Taekvondoçular DÇ-nin yarımfinalına yüksəldi

 

Dünən "Sərhədçi”də taekvondo üzrə komandalararası dünya çempionatı start götürdü.Qadın və kişilərdən ibarət komandalar iki qrupda mübarizə apdı. Əvvəlcə kişilərin yarışından başlayaq. Ötən il Meksikada analoji yarışın qalibi olan Rza Mehmandostun komandası qalib heyəti dəyişməmişdi. Belə ki, bir il əvvəl Mexikoda tarix yazan Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (+87 kq) "Sərhədçi”də də dayanq üzərinə çıxdı. B qrupundan yer alan komandamız ilk görüşü Belçika taekvondoçularına qarşı keçirdi və 27:8 hesablı qələbəyə sevindi. Millimiz daha sonra ABŞ-ı darmadağın etdi - 42:4. Beləliklə, yığmamız yarımfinala yüksəldi. Belçika isə ABŞ-dan güclü oldu – 19:11. A qrupunda İran, Rusiya, Koreya və Türkiyə yarışdı. Yekunda taekvondonun yaradıcıları qrup birincisi oldusa, türklər ikinci yerin sahibi kimi yarımfinala yüksəldi. Bu gün millimiz final yolunda qardaş ölkənin taekvondoçularını sınağa çəkəcək. Koreya isə Belçikayla münasibətləri aydınlaşdıracaq.

İndi isə qadınların turnirinə keçək. Yalnız legionerlərdən qurulmuş - Safiye Polat (49 kq), Zeyvi Kərimova, Gülhanım Yeşildal (hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq), Reşmi Uqink (73 kq) - yığmamız B qrupundakı ilk görüşündə ABŞ-ı üstələdi - 11:6. Ancaq Koreya beynəlmiləl komandamızı darmadağın etdi – 24:2. Elə Türkiyə də çətinlik çəkmədən yığmamızı yendi – 11:1. Koreya qrup lideri, Türkiyə isə 2-ci yerin sahibi kimi yarımfinala adladı. A qrupunda Çin, Rusiya, İtaliya və Fransa qüvvəsini sınadı. Çin birinci, Rusiya isə ikinci yeri tutaraq yarımfinala vəsiqə qazandı. Finalın biraddımlığında Koreya – Rusiya, Çin – Türkiyə qarşılaşmaları baş tutacaq.

Qeyd edək ki, mundial "G2” kateqoriyalı yarış olduğundan qalib komandanın hər üzvünün hesabına 20 reytinq xalı əlavə olunacaq. Gümüş medalçılar 12, "bürünc”ə sahib olanlar isə 7,2 xal əldə edəcək.

**

Rüstəm Orucov dünya cüdosunun ağasıdı

 

Beynəlxalq Cüdo Federasiyası (İJF)yeni reytinq cədvəlini açıqlayıb. 2016-cı ilin yekun reytinq cədvəlində Avropa çempionu, Olimpiya Oyunlarında gümüş medal qazanmış Rüstəm Orucov (73 kq) reytinq xalını 3010-a çatdıraraq həm öz çəkisində liderliyini möhkəmlədib, həm də bütün çəkilər üzrə ən çox xala malik cüdoçu olub. Rüstəm neçə ildi bu göstəriciyə görə lider olan, ikiqat olimpiya, 4 qat Avropa və 7 qat dünya çempionu Teddi Rineri (+100 kq) qabaqlayıb. Müqayisə üçün fransız cüdoçunun hesabında 2800 xal olduğunu nəzərinizə çatdıraq.

Digər yığma üzvlərinə gəlincə, Elmar Qasımov 100 kq-da liderliyini davam etdirir. Artıq 60 kq-da da cüdoçumuz ən yüksəkdədi. Söhbət Olimpiadanın gümüş medalçısı Orxan Səfərovdan gedir. İlqar Müşkiyev (66 kq) 12-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Uşanqi Kokauri (+100 kq) isə 18-ci pillədə qərarlaşıb.

***

ÇL mübarizəsi İtaliyada başlayır

 

Bu həftə voleybol üzrə Çempionlar Liqasının qrup mərhələsinə start veriləcək. Avropa Voleybol Konfederasiyasının (CEV) elit klub turnirində ölkəmizi "Azərreyl” və "Telekom”un təmsil etdiyini bilirsiz. Zoran Qayiçin yetirmələri sabah A qrupunda ilk oyununa çıxacaq.

Konelyano (İtaliya) – TELEKOM

Hakimlər: Arturo di Qiakomo (Belçika), Andrey Zenoviç (Rusiya).

14 dekabr. Villorba. "PalaVerde” İdman Sarayı. Saat 23.30

Gəlin əvvəlcə rəqibi yaxından tanıyaq. "Konelyano” Trevizo əyalətinin Villorba şəhərini təmsil edir. Ev oyunlarını 5 mindən artıq tamaşaçı tutumuna malik "PalaVerde” İdman Sarayında keçirir. Cəmi 4 il əvvəl əsası qoyulan klub qısa müddətdə top-komandaya çevrilib. Güclü sponsoru olan "Konelyano” A seriyasında debüt etdiyi 2012/13 mövsümündə gümüş medala sahib çıxıb. Növbəti il isə qazanc "bürünc” olub. 2014/15 mövsümünü boşa verən "Konelyano” son mövsümdə İtaliya çempionu olub. Elə hazırda da A seriyasının lideri bu komandadı. "Konelyano” 9 oyundan 7-ni qələbəylə başa vurub. Son turda məğlubiyyət üzü görməyən klubun heyətində bizim üçün tanış sima var. Belə ki, bir neçə il "Rabitə”də çıxış etmiş Katarjina Skorupa hazırda İtaliya klubunun toppaylayıcısıdı. Komandanın ən təcrübəli oyunçusu 36 yaşlı Karolina Kostaqrandedi. 4-cü zona hücumçusu İtaliya qadın voleybolunun canlı əfsanələrindən sayılır. Heyətdə 4 legioner var. Bunlar Samanta Brisio (Meksika), Berenika Tomsya, Katarjina Skorupa (hər ikisi Polşa) və Robin de Kruiyfdi (Belçika). Ümumiyyətlə, "Telekom”dan fərqli, "Konelyano”da təcrübəli oyunçular çoxluq təşkil edir. Düzdü, Zoran Qayiçin yetirmələri hələ ki cari mövsümdə məğlubiyyət üzü görməyib. Ancaq İtaliyadan qələbəylə qayıtmaq çox müşkül məsələdi. Bizim klublar, adətən, bu ölkədən yenilgiylə qayıdır. Bununla belə, təmsilçimiz matçı tay-brekə daşıyıb, Bakıya 1 xalla qayıtsa, bunu uğurlu nəticə saymaq olar.

Qeyd edək ki, A qrupunun digər oyunu dekabrın 15-də Polşada keçiriləcək. "Xemik” İtaliyanın digər təmsilçisi "Modena”nı qəbul edəcək.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar