17 may 21:50idman

Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək

Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək
Namiq Əliyev: “Tokioya turist aparmaq fikrində deyilik”
Mayın 14-də Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında aprelin 8-14-ü aralığında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanan güləşçilərin və yığmaların məşqçilərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən AGF-nin rəhbəri Namiq Əliyev güləşçilərin qitə birinciliyindəki nəticəsinin ürəkaçan olduğunu bildirməklə yanaşı, qarşıdakı planlara da toxunub: “Bu il əsas hədəfimiz Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatıdı. Ümid edirik ki, Tokio Olimpiadasına lisenziyaların 80 faizini həmin yarışdan əldə edəcəyik. Qalan vəsiqələri isə digər lisenziya turnirlərindən qazanmağı planlaşdırırıq. Son Olimpiadalarda, demək olar ki, 90 faiz heyətlə təmsil olunmuşuq. Hesab edirəm ki, Tokioda da ən azı 15 güləşçiylə iştirak etməliyik”.
Federasiyanın başçısı iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmindən də danışıb, güləşçilərimizin tam heyətlə festivalda iştirak edəcəyini və uğurlu nəticələr qazanacaqlarına inandığını dilə gətirib. Namiq Əliyev daha sonra AÇ-də medal qazanan güləşçilərə və yığmaların məşqçilərinə pul mükafatları təqdim edib. Baş məşqçilər və vitse-prezidentlər də ürək sözlərini çatdırıblar. Onlar diqqət və qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıq ediblər. Qeyd olunub ki, güləşçilər Tokio Olimpiadasında da ümidləri doğrultmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatında güləşçilərimiz 13 (4 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıb.
Mükafatlandırılma mərasimindən sonra Namiq Əliyev jurnalistlərin suallarını cavablayıb. AGF-nin rəhbəri bir sıra aktual məsələlərə toxunub.
* Azərbaycan güləş dünyasında böyük ölkələrlə rəqabət aparır və artıq öz yerini tutub. Mənim də Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinə üzv seçilməyim təsadüfi deyil. Bilirsiz ki, bu seçim Konqresdə baş tutur. 200-dən artıq ölkə Konqresdə təmsil olunur. Orda təmsil olunmağımız Azərbaycan güləşinin inkişafına xidmət edir. Dünya güləşində də bunu qiymətləndirirlər. İlk dəfə 2010-cu ildə İK-ya üzv seçilmişdim. İkinci dəfə 2016-da baş tutan seçkidə də İK üzvü kimi təsdiqləndim. Büro üzvləri arasında ən çox səs mənə verilmişdi. UWW-də bizimlə hesablaşırlar, orda sözümüz keçir. Bizə, idmançılarımıza qarşı haqsızlığa, ədalətsizliyə yol vermərik. UWW-nin prezidenti Nenad Laloviçlə çox yaxşı münasibətlərimiz var. Bir neçə dəfə dəvətimizlə ölkəmizə səfər edib. Gələn il Bakıda Avropa Olimpiya Təsnifat turnirini keçirməyi planlaşdırırıq. Düzdü, daha 4 ölkə namizədliyini irəli sürüb. Ancaq fikrimcə, bizim şanslarımız daha yüksəkdi. Baxmayaraq ki, burda keçirilən yarışlar zamanı ermənilər problem yaratmağa çalışır. Ancaq İK-nın iclaslarından birində Laloviç çox gözəl qeyd etdi ki, Bakıdakı yarışlarda heç vaxt erməni idmançılar problemlə üzləşməyib. Bizi nümunə göstərib.
* Hacı Əliyev 3 qat Avropa və 3 qat dünya çempionudu. Hesab etmirəm ki, o dünya çempionatı ərəfəsində arxayınlaşsın. Eyni sözləri Cəbrayıl Həsənovla Şərif Şərifov haqda da deyə bilərəm. Onlar müəyyən yaş həddinə çatıblar. Bəlkə də Cəbrayıl üçün son Olimpiadadı. Belə olan şəraitdə hansısa arxayınlıqdan söhbət gedə bilməz. Mariya Stadnik Avropa çempionatında da güləşmək istəyirdi. Biz ona icazə vermədik ki, tam bərpa olunsun. O da 3 dəfə olimpiya mükafatçısı olub. Tokio Olimpiadasında çempion olmağa köklənib. Biz də ona inanırıq. Toğrul Əsgərov bir müddət güləşdən uzaq düşmüşdü. Artıq o da qayıdıb. Avropa Oyunlarında 74 kq-da onu yoxlamağı planlaşdırırıq. Bu sınaqdan üzüağ çıxsa, dünya çempionatında da ona şans verəcəyik. Artıq eksperimentə vaxt qalmayıb. Ancaq Avropa Oyunlarına tam əsas heyətlə qatılmağı planlaşdırmırıq. Bu il bizim üçün ən önəmli yarış dünya çempionatıdı. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunları həm də Avropa çempionatını əvəzləyirdi. Ona görə də rəqabət çox güclü idi. Ancaq bu dəfə belə deyil. Artıq Avropa çempionatı geridə qalıb.
* Medal qazanmaq perspektivimizin olmadığı çəkilərdə Olimpiadaya lisenziya qazanmağımız mütləq şərt deyil. Biz Tokioya turist aparmaq fikrində deyilik. Olimpiya Oyunlarına vəsiqə qazanmaq çətinləşib. Artıq Olimpiadada hər çəkidə cəmi 16 güləşçi mübarizə aparacaq.
* Bütün dünyada idmanın inkişafında sponsor dəstəyi böyük rol oynayır. Bunsuz idmanı inkişaf etdirmək çox çətindi. Böyük dövlət qayğısı var. Möhtərəm prezident idmana böyük diqqət göstərir. Ölkə başçısının bu diqqəti fonunda sponsorlar da anlayır ki, idmana dəstək vermək lazımdı. Bu gün maliyyə problemimiz yoxdu. Hər şeyin qrafiki var. İdmançının hazırlıq prosesi, qidalanması, vitaminlə təminatı və sair var. İdmançı heç nədən nəticə qazanmır. Bu, böyük əziyyətin nəticəsidi.
* Mənim üçün kuboklardan ən doğması 2009-cu ildə İranda qazandığımız dünya kubokudu. Baxmayaraq ki, orda çox haqsızlıqla üzləşdik. Yadımdadı, təxminən 3000 soydaşımız yarış zalını tərk etmirdi. Həmin qələbə mənim üçün ən yaddaqalan nəticə oldu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar