24 apr 15:27idman

“Anasını dəfn edib yarışa gəlmişdi”

“Anasını dəfn edib yarışa gəlmişdi”
Aslan Ağayev Minskdə bir dəst medal gözləyir
Qadınlardan ibarət güləş yığmamız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında uğurlu çıxışla diqqəti çəkdi. Halbuki millimiz qitə birinciliyinə lidersiz yollanmışdı. Ancaq Mariya Stadnik (50 kq) olmasa belə, Elis Manolova (65 kq) qızıl, Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq) və Tatyana Omelçenko (62 kq) bürünc medal qazandı. Yekunda 96 xal toplayan yığma komanda hesabında 4-cü yeri tutdu.
Komandanın baş məşqçisi Aslan Ağayev yarışla bağlı AGF-nin rəsmi saytına müsahibə verib.
- Liderin yoxluğu narahatlıq üçün əsas verirdi? Ümumiyyətlə, bu yarışa gedəndə nəticələrlə bağlı gözləntiniz nə idi?
- Avropa çempionatına qədər ölkə xaricində iki-üç təlim-məşq toplanışı keçdik. Fransada keçirilən “Qran-pri”də qüvvəmizi sınadıq. Maşanın olmamasına görə narahatlıq var idi. Təbii ki, Stadnik hamının yerinə güləşəsi deyildi. Ancaq komanda üçün lider aparıcı qüvvədi. Mariya sonuncu toplanışda bizimlə birgə idi. Elə Buxarestə də gəlib komandadan mənəvi dəstəyini əsirgəmədi. Bu yarışdan 3 medal gözləyirdim. Onların da “gümüş” və “bürünc” olacağını proqnozlaşdırırdım. Ancaq hazırlığımız yaxşı keçmişdi. Ona görə komandaya inamım vardı. Şükürlər olsun, 4 medal – 1 qızıl, 3 bürünc qazandıq. Komanda hesabında 3-cü yeri də tuta bilərdik. Türkiyə ilə bütün göstəricilərimiz eyni idi. Ancaq iki çəkidə güləşçimiz olmadığından onlar bizi 2 xal qabaqladı. Uğurlu çıxışımızı federasiya rəhbərliyi də qiymətləndirdi. Minnətdarlığımı bildirirəm ki, bu yarışa yaxşı hazırlaşmağımız üçün hər cür şərait yaradıldı. Bu da bizə böyük dayaq oldu. İnşallah, çalışacağıq ki, 2-ci Avropa Oyunlarında da ən azı bu nəticəni təkrarlayaq.
- Elis Manolovanın çempion olacağını gözləyirdizmi? Yarımfinalda dünya və Avropa çempionu Petra Olliyə qalib gəldi...
- Əlbəttə, ondan uğurlu çıxış gözləyirdim. Çünki ötən il Avropa çempionatının finalında Olliylə görüş 3:3 qurtardı. Hətta Kaspiyskdə Elisə qarşı haqsızlıq da oldu. Manolova orda çempion olmalıydı. Yeganə çempionluğu əvvəldən elə Elisdən gözləyirdik. Finalda 0:4 geriyə düşdü. Ancaq fasilədə ona tapşırıqlarımızı verdik. Dedik ki, görüş hələ başa çatmayıb, o səndən 3 dəqiqəyə 4 xal alıbsa, sən də bunu bacararsan. Elə də oldu. Toparlandı və geridönüş edərək qələbə qazandı.
- Bəs bürünc medal qazanan güləşçilərimizin çıxışı sizi qane etdi?
- Alyona Kolesnik də çempion ola bilərdi. Ona da çox güvənirdim. 1/4 finalda Macarıstan güləşçisiylə qarşılaşmada ilk hissəni 5:0 öndə tamamladı. Ancaq böyük üstünlüyü qoruya bilmədi. Qadın güləşində belə şeylər olur. Avropa Oyunlarında ondan çempionluq gözləyirəm. Elmira Qəmbərova Rusiya güləşçisinə 2:0 qalib gəlirdi. Son dəqiqədə üstünlüyü əldən verdi və finala çıxa bilmədi.
- Ötən il dünya üçüncüsü olan İrina Netrebadan da medal gözləyirdik. Ancaq alınmadı...
- Avropa çempionatına az qalmış onun anası dünyasını dəyişdi. Anasını dəfn edib yarışa gəlmişdi. İrinanı başa düşmək olar. Hər halda, o da sona kimi mübarizə apardı. Həm də bu dəfə dünya üçüncüsü olduğu 65 kq-da yox, 68 kq-da çıxış etdi. Anasının vəfatının yaratdığı psixoloji duruma görə uğur qazanmaq mümkün olmadı.
- Bəs başqa güləşçilərimizin çıxışını necə dəyərləndirirsiz?
- Səbirə Əliyeva ötən il Avropa çempionatında qalib gəldiyi Macarıstan güləşçisinə uduzdu. Rəqibin üslubunda güləşdiyi üçün məğlub oldu. Halbuki həmin rəqibə qalib gəlsəydi, finala kimi irəliləyə bilərdi. Tatyana Varansova ilk mərhələdə dünya çempionuyla qarşılaşdı. O da qalib gəlmək üçün əlindən gələni etdi. Unutmayaq ki, hələ gənclərdən böyüklərə yeni keçib. Yeniyetmə və gənclərdə Avropa ikincisi olub. Onu kənarda qoya bilmərik. Türkan Nəsirova əvvəllər ukraynalı rəqibinə müqavimət göstərə, xal ala bilmirdi. Amma bu yarışda 6:2 öndə idi. Son dəqiqələrdə qələbə üçün nəsə çatmadı. Özünəinam hissinin çatışmaması sözünü dedi.
- Avropa Oyunlarına qədər planlar necədi?
- Türkiyə yığmasıyla birgə toplanış keçməyi planlaşdırırıq. Olimpiya kateqoriyası olan 62 kq üçün Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova arasında seçim edəcəyik. Mariya Stadnik bərpa olunsa, Minskdəki məsul yarışda çıxış edəcək. Alyona Kolesnik (57 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) öz çəkilərində mübarizə aparacaq.
- Belarusdakı yarışdan nə gözləyirsiz?
- Bir dəst medal qazansaq, bunu uğurlu nəticə saymaq olar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar