12 apr 12:56idman

Sərbəst güləş millimizdən 3 “qızıl”, 1 “gümüş” və 2 “bürünc”

Sərbəst güləş millimizdən 3 “qızıl”, 1 “gümüş” və 2 “bürünc”
Hacı Əliyev: “Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm”
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Ötən sayımızda ilk yarış günündə mübarizəyə qoşulan 5 sərbəst güləşçimizin medallar uğrunda mübarizə aparmaq hüququ qazandığını xəbər vermişdik.
Mahir Əmiraslanov (57 kq) 1/4 finalda Türkiyə güləşçisinə uduzsa da, rəqib finala yüksəldiyindən təsəlliverici görüşə vəsiqə qazanmışdı. Mahir bu şansdan maksimum yararlanıb Öncə Zuheyir Əl Orajı (Fransa) 10:5 hesabıyla üstələyən Mahir bürünc medal görüşdə Georgi Valentinov Vangelovu (Bolqarıstan) yenməkdə çətinlik çəkməyib - 8:4
Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev (65 kq) isə növbəti dəfə səviyyəsini ortaya qoyub. Finalda Selahattin Kılıcsallayan (Türkiyə) ilə qarşılaşan pəhləvanımız rəqibini 7:0 hesabı ilə məğlub edib.
Karyerasında ilk dəfə qitə birinciliyinin finalına yüksələn Ağahüseyn Mustafayev (70 kq) himnimizi səsləndirə bilməyib. Onun zirvə yürüşünə Mustafa Kaya (Türkiyə) mane olub.
Millimizin kapitanı Cəbrayıl Həsənovu (79 kq) 6-cı dəfə AÇ-nin finalında güləşmək hüququ qazanmışdı. Amma onun rəqibi Əhməd Qazıməhəmmədov (Rusiya) xalça üzərinə çıxmayıb. Buna şimallı pəhləvanın yarımfinalda zədələnməsi mane olub. Nəticədə Cəbrayıl finalda güləşmədən 3-cü dəfə Avropa çempionu olub.
Nurməhəmməd Hacıyev (97 kq) isə təsəlliverici görüşlərdə gücünü sınayıb. Yığma üzvü öncə Gennadi Kudinoviçi (Almaniya) 10:0 hesabı ilə yenib. Üçüncülük uğrunda görüşdə isə Məhəmmədhacı Nurovdan (Şimali Makedoniya Respublikası) güclü olub - 5:0.
İkinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayıb. Əhmədnəbi Qvarzatilov zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev debütdə Rumıniyadan olan həmkarına müqavimət göstərə bilməyib.
Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev Moldova və Rumıniya təmsilçilərinə çox rahat qalib gələrək yarımfinala adlayıb. Ancaq finalın biraddımlığında italiyalı rəqibinə bata bilməyib. Hacıyev aprelin 10-da bürünc medal görüşünə çıxıb. Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən məğlub ayrılan Hacıyev debüt etdiyi yarışda 5-ci yerlə kifayətlənib.
Murad Süleymanov isə sırayla Macarıstan, Almaniya və İspaniya yığmasının üzvlərinə gücünü göstərib və yarımfinala vəsiqə qazanıb. Lakin gənc güləşçimiz bu mərhələdə rusiyalı həmkarına uduzub. Murad üçüncü yer uğrunda güləşib və təcrübəli belaruslu rəqibinə uduzub.
Mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanına da gücünü göstərən dünya və olimpiya çempionu ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə AÇ-nin finalına adlayıb. Finalda polşalı rəqibinə də heç bir şans tanımayan Şərif ilk dəfə Avropa çempionu olub. Şərifov həm də böyüklər arasında olimpiya, dünya və Avropa çempionu olan ilk güləşçimiz ünvanını qazanıb.
Seyid Məhəmmədrza Azərşakib isə ilk mərhələdə kosovolu güləşçiyə məğlub olub.
61 kq
təsnifat
Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (Rumıniya) 0:6
74 kq
1/8 final
Hacımurad Hacıyev - Georgi Paskalov (Moldova) 10:1
1/4 final
Hacıyev - Maksim Vasilioqlo (Rumıniya) 11:1
yarımfinal
Hacıyev - Frank Çamizo (İtaliya) 2:6
3-cü yer uğrunda görüş
Hacıyev - Timur Bijoev (Rusiya) 4:6

86 kq
Təsnifat
Murad Süleymanov - Riçard Ferents Liqeti (Macarıstan) 5:0
1/8 final
Süleymanov – Əhməd Dudarov (Almaniya) 10:1
1/4 final
Süleymanov - Teymuraz Naskidaeva (İspaniya) 7:2
yarımfinal
Süleymanov - Vladislav Vəliyev (Rusiya) 0:7
3-cü yer uğrunda görüş
Süleymanov - Əli Şabanov (Belarus) 2:11
92 kq
1/4 final
Şərif Şərifov - Məhəmməd Qurbanov (Rusiya) 6:2
yarımfinal
Şərifov - İrakli Mtsituri (Gürcüstan) 8:2
final
Şərifov - Zbiqnev Mateuş Baranovski (Polşa) 9:1
125 kq
təsnifat
Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (Kosovo) 9:13
Beləliklə, 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.
AÇ-nin 3-cü günündə qadın güləşçilər mübarizəyə başlayıb. Türkan Nəsirova və Elmira Qəmbərova gərgin keçən görüşlərdə uyğun olaraq Ukrayna və Rusiya təmsilçilərinə uduzublar. Ancaq rəqibləri finala yüksəldiyi üçün həmyerlilərimiz bu gün bürünc medal uğrunda güləşəcəklər. Dünya üçüncüsü İrina Netreba bu dəfə gücünü 68 kq-da sınayıb. Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn yığmamızın üzvü 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın biraddımlığında son dünya çempionuna müqavimət göstərə bilməyib. Netreba da bürünc medal uğrunda mübarizə aparacaq. Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarıyla bacarmayıb.
50 kq
1/4 final
Türkan Nəsirova - Oksana Livaç (Ukrayna) 8:10
3-cü yer uğrunda görüş
Nəsirova - Evin Dəmirhan (Türkiyə)
59 kq
1/4 final
Elmira Qəmbərova - Svetlana Lipatova (Rusiya) 2:4
3-cü yer uğrunda görüş
Qəmbərova - Angelina Lisak (Ukrayna)
68 kq
təsnifat
İrina Netreba – Yevgeniya Andreyçikova (Belarus) *1:1
1/4 final
Netreba - Sofiya Xristova Georgieva (Bolqarıstan) 3:2
yarımfinal
Netreba - Alla Çerkasova (Ukrayna) 0:10
3-cü yer uğrunda görüş
Netreba - Aqneşka Kordus (POL)/Anna Fransson (İsveç)
76 kq
1/8 final
Səbirə Əliyeva – Natalya Lanko (Belarus) 5:0
1/4 final
Əliyeva - Şanet Nemet (Macarıstan) 1:7
Bu gün - 4-cü yarış günündə mübarizəyə start verəcək qadın güləşçilərimizin rəqibləri müəyyənləşib.
53 kq
1/8 final
Tatyana Varansova - Vanesa Kaladzinskaya (Belarus)
62 kq
1/8 final
Tatyana Omelçenko - Hedda Hauq Strand (Norveç)
65 kq
təsnifat
Elis Manolova - Anna Katerina Yohansson (İsveç)

Reaksiyalar
Hacı Əliyev: "Gördüyünüz kimi, çox çətin “səbət”ə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim. Yarış mənim üçün ağır keçdi. Növbəti dəfə Avropa çempionu olduğuma görə şadam. Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdü, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram.
Yavaş-yavaş formamın zirvəsinə çatıram. Ancaq dayanmaq olmaz. Daha da artırmaq lazımdı. Çünki bizi çox güclü dünya çempionatı gözləyir. Bu yarışa çox yaxşı hazırlaşmalıyıq".
Cəbrayıl Həsənov: "Sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Həqiqətən də bu yarışda yenidən çempion olmağı çox arzulayırdım. Şükürlər olsun, Allah qismət elədi. Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim. Yorulmuşdum və hesabda geridə idim. Ancaq geridönüş edə bildim. Ən çətin görüşüm də məhz gürcü ilə qarşılaşmam oldu".
KƏNAN HƏSƏNOV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar