10 apr 18:47idman

Karlsen Zidanın “Real”a qayıtmasına sevinir

Karlsen Zidanın “Real”a qayıtmasına sevinir
“Ronaldo komandanı tərk etməklə düz etmədi”
"ShamkirChess2019" superturnirində birinciliyi təmin edən Maqnus Karlsen jurnalistlər önünə çıxıb. Dünya çempionu sona 1 tur qalmış qələbəni təmin etdiyinə görə məmnun olduğunu bildirib
- Sizi qələbə münasibətiylə təbrik edirik. Vaxtından əvvəl qələbə qazanmaqla birinciliyi təmin etdiz...
- Təbriklərə görə təşəkkür edirəm. Sergey Karyakinlə oyun maraqlı alındı. Risk etdi, açıq mübarizə apardı. Karyakinin qalib gəlmək istəyi aşkar görünürdü. Bu qələbə mənə yarışda qalib olmağa imkan verdi. Əvvəlcə düzgün gediş etmədi, sonra isə vaxta nəzarəti itirdi. Vaxtı azaldıqca vəziyyəti pisləşirdi. Vaxtından əvvəl qələbə qazanmaq çox sevindiricidi.
- Ən yaddaqalan oyununuz hansı oldu?
- 7-ci turda Giriylə matç çox maraqlı alındı. Eləcə də Karyakinlə partiyanı qeyd edə bilərəm. Bəzən nəticə yaxşı olur, oyun alınmır. Amma hər ikisi baxımlı oldu. Ümumiyyətlə, əksər rəqiblər risk etmədi. Karyakin isə həlledici görüşdə qələbəyə oynadı.
- Şəmkirin adı çəkiləndə yadınıza birinci nə düşür?
- Şəmkir sakit şəhərdi. Ona görə burda şahmat oynamaq həmişə xoş hisslər yaradır. Şəmkir deyəndə, sözsüz, şahmatı xatırlayıram. Dörd dəfə bu yarışda çempion olmuşam. Şahmat karyeramda özünəməxsus yer tutur. Şəmkirdə əksər insanları hər il yarışda görürəm. Şəmkir deyəndə həm də burda çalışan şahmat ailəsini yada salıram. Mənə göstərilən diqqətə görə təşəkkür edirəm.
- Uğurun sirrini açıqlaya bilərsiz?
- Sirr yoxdu. Dörd il ərzində iki-üç oyunda bəxtim gətirib. Qalan bütün oyunlarda maksimum yaxşı oynamağa çalışmışam. Vüqar Həşimov Memorialının təşkilatçılığı yüksək səviyyədədi. Təşkilatçılar hər incə məqamı nəzərə alıb. Şahmat oynamaq üçün əla şərait yaradılıb. Bəzən turnirlərdə kiçik təşkilati işləri həll etməyə çalışırsan. Şəmkirdə isə ancaq şahmat haqda düşünürsən. Şəmkirə gəlmək həmişə xoşdu.
- 2014-cü ilk dəfə burda qalib gəlmisiz. Beş il əvvəlki Maqnusla indiki arasında fərq nədi?
- Maraqlı sualdı. Beş il əvvəl reytinqim fərqli idi. Şahmata daha incə yanaşırdım. Hazırda komandam daha təcrübəlidi. Çempionluğu qorumaqla hər dəfə daha çox çalışmaq barədə düşünürəm. Beş il əvvəl ilk dəfə qələbə qazanmağı düşünürdüm. İndi isə titulu qorumağı istəyirəm. Maqnus yəqin az da olsa, dəyişib.
- İlin sonunda çoxlu sayda təklifləriniz olur. Gələn il Şəmkirdən gələn dəvəti daha tez qəbul edəcəksizmi?
- Şəmkirdə oynamaq xoşdu. Burdakı insanlar qonarpərvərdi. Mənə çox diqqətlə yanaşırlar. Şəmkirdən gələn dəvəti həmişə qəbul etməyə çalışacam.
- İstirahət günündə futbol oyununda çox əsəbləşdiz. Səbəbini bilmək olar?
- İlk növbədə hisslərimi cilovlaya bilmədiyim üçün üzr istəyirəm. Uduzmağı sevmirəm. İlk oyunda qol vurmaqda çətinlik çəkdik. Ona görə əsəbləşdim. Zalda oynanılan futbolda bu qədər kobudluq olmaz. Bəzi oyunçular çox kobud mübarizə apardı. Hakim isə qərar qəbul etməkdə çətinlik çəkirdi. Bizim oyunçuya qarşı kobudluq oldu, amma hakim heç nə demədi. İstənilən halda, futbol maraqlı alındı.
- Çempionluq görüşündə Sergey Karyakin və Fabiano Karuanayla partiyalarınızın yekunu heç-heçə bitdi. Yalnız tay-brekdə qalib olduz. Onlara qarşı çətinlik çəkməyinizin səbəbi nədi?
- Hər ikisiylə tay-brekdə görüşdük. Turnirlərdə risk etmək olur. Amma şahmat tacı uğrunda görüşdə risk etmək düzgün deyil. Rəqiblər qapalı oynayır. Belə olan halda qələbəyə oynamaq alınmır. Üstünlük qazanmırsan. Adətən, həmişə tay-brekə qədər uğur qazanmağa çalışıram.
- Heç kim sizi tituldan məhrum edə bilmir. Demək olar ki, biz Maqnus Karlsenin dövründə yaşayırıq?
- (gülür) Deyə bilərsiz. Amma titulumu qorumaq üçün çox çalışıram. Bütün komandam çox işləyir.
- Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyət göstərir. Orda hazırlaşan uşaqlar sizinlə görüşmək istəyir. Bakıya yolunuz düşəndə akademiyaya getmək planınız var?
- Hazırda vaxt yoxdu. Amma Vüqar Həşimov Şahmat Akademiyasına getmək barədə düşünürəm. Bakıda olanda mütləq ora baş çəkəcəm.
- Sevimli klubunuz "Real"da dəyişiklik oldu. Ronaldo getdi, Zidan yenidən “sükan arxasına” keçdi. Münasibətinizi bilmək istərdik?
- Zidanın "Real"a qayıtması yaxşı xəbər idi. Onun qayıdışına hamı sevindi. Bax, Ronaldo komandanı tərk etməklə düz etmədi. Bu qərarı başa düşmək çətindi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar