30 mar 13:19idman

“Lokomotiv” ölkə çempionu oldu

“Lokomotiv” ölkə çempionu oldu
Xəbər verdiyimiz kimi, martın 28-də Naxçıvandakı İlham Əliyev adına Olimpiya İdman Mərkəzində kişi voleybolçuların ölkə çempionatının final mərhələsinin 2-ci dövrəsi start götürdü. Həmin gün həlledici mərhələnin 4-cü turunun oyunları keçirildi. Son çempion “Neftçi” MOİK-ə qalib gəldi – 3:0 (25:20, 25:21, 25:12). Turnir cədvəlinə başçılıq edən “Lokomotiv” isə “Naxçıvan”ı məğlub etdi – 3:0 (25:12, 25:22, 25:23). Telekanallarımız Muxtar Respublikada keçirilən görüşləri yayınlamadığından qarşılaşmalar haqda ətraflı məlumat verə bilmirik. Əvəzində son iki turun matçlarını daha yaxşı işıqlandırmaq imkanı qazandıq. Voleybol Federasiyasının (AVF) dəstəyi ilə dünən səhər saatlarında Naxçıvana yollandıq. 5-ci turun ilk oyununda çempionluq uğrunda mübarizə aparan komandalar münasibətləri aydınlaşdırdı. Tribunada, demək olar ki, boş yer qalmamışdı. Orda öyrəndik ki, naxçıvanlılar voleybola böyük maraq göstərir. Elə bunun əyani şahidi olduq. Onlar üçün neytral olan komandalar meydançaya çıxsa da, kompleksdə anşlaq yaratmışdılar.
İlk oyuna gəlincə, “Lokomotiv” ilk dəqiqələrdən daha mobil və hazırlıqlı komanda təsiri bağışlayırdı. “Neftçi”nin voleybolçuları rəqib blokunu yarmaqda çətinlik çəkirdi. Bu üzdən ilk setdə Fərid Cəlalovun komandası ciddi müqavimətlə üzləşmədi. Ancaq 2-ci setdə təşəbbüs son çempionun tərəfinə keçdi. Xüsusən Pərviz Səmədovun zərbələri “Loko” üçün qarşısıalınmaz idi. Liderin heyətində az-çox Dmitri Obodnikov müsbət mənada fərqlənirdi. Ancaq veteran voleybolçunun cəhdləri də bir fayda verməyincə, ümumi hesab bərabərləşdi. “Neftçi” 3-cü setdə də uzun müddət dominantlıq etdi. Hesab 17:12 olanda sanki komanda konsentrasiyanı itirdi. Hər halda, sonrakı dəqiqələrdə sıralanan uşaq səhvləri belə düşünməyə əsas verir. Setin sonlarında Səmədovun 2 səhvi həlledici oldu. “Lokomotiv” voleybolçularının çılğın sevincini anlamaq çətin deyildi. Axı Cəlalovun komandası bu seti almaqla praktiki olaraq çempionluğu təmin etmişdi. Ancaq “Loko” rəqib üçün nəzəri şans belə saxlamaq niyyətində deyildi. Bunun üçün görüşü qələbəylə başa vurmaq lazım idi. 4-cü setin ortalarına qədər başabaş mübarizə getdi. Ancaq sona yaxın “Neftçi”nin əzmi qırıldı. Artıq komandanın lideri Pərvizin də oyunu alınmırdı. Nəticədə “Lokomotiv” bu seti də qazanaraq final mərhələsində 2-ci dəfə əsas rəqibinə qalib gəldi. Beləliklə, “Loko” sona 1 tur qalmış ölkə çempionu oldu.
Digər oyun daha gərgin məcrada keçdi. Bakıda MOİK-ə qalib gəlmiş “Naxçıvan” azarkeşləri önündə də qələbə qazanaraq bürünc medalı təmin etmək niyyətindəydi. Böyük azarkeş dəstəyi altında yerli komanda 2:1 önə keçdi. Arenadakı dəstək bu dəqiqələrdə möhtəşəm idi. Ancaq bundan sonra voleybolçularda arxayınlaşma baş verdi. Kobud səhvlər sıralanırdı. Təcrübəli voleybolçulardan ibarət “hərbçilər”in bloklarını yarmaq mümkün deyildi. Nəticədə MOİK tay-brekdə qələbə qazanaraq “bürünc” üçün şanslarını son tura saxladı. Ancaq 3-cü yeri tutmaq üçün mütləq bu gün “Lokomotiv” məğlub edilməli və “Naxçıvan” “Neftçi”yə uduzmalıdı.
Neftçi – Lokomotiv 1:3 (19:25, 25:21, 24:26, 20:25), MOİK – Naxçıvan 3:2 (23:25, 25:19, 22:25, 25:18, 15:7)
1. Lokomotiv 5 5 0 15-1 15
2. Neftçi 5 3 2 10-6 9
3. Naxçıvan 5 1 4 5-13 4
4. MOİK 5 1 4 3-14 2
Mövsümün son oyunları bağlanış mərasimiylə bağlı daha erkən başlayacaq. 11.00-da “Lokomotiv” – MOİK görüşünün start fiti çalınacaqsa, 13.00-da “Neftçi” – “Naxçıvan” qarşılaşması başlayacaq.

Reaksiyalar
Elçin Orucov, “Neftçi”nin baş məşqçisi: “Bütün klublarda legionerlər oynayır. “Lokomotiv”də də əcnəbilər var. Biz isə onlara qarşı sırf yerli voleybolçularla mübarizə aparırıq. Məğlubiyyətimizin əsas səbəbi budu. Bakıda “Lokomotiv”ə uduzmağımız bugünkü oyunumuza çox təsir göstərdi. Hətta 3-cü setdə qalib gəlsəydik belə, bu heç nəyi dəyişməyəcəkdi. Çünki “Lokomotiv” ilk seti qazanaraq, praktiki olaraq çempionluğu təmin etmişdi. Onların sabah MOİK-ə set uduzacaqları inandırıcı deyil. Çünki “Lokomotiv” çox güclü komandadı”.
Tural Həsənli, “Lokomotiv”in toppaylayıcısı: “Bakıdan bura gələndə itirəcəyimiz heç nəyin olmadığını bilirdik. Hələ bütün suallara aydınlıq gəlməmişdi. “Neftçi”yə qalib gəlməliydik. Gərgin oyun keçdi. Demək olar ki, ömrümün 3 ilini itirdim. Allaha şükürlər olsun ki, qələbə qazandıq. 2-ci və 3-cü set çox gərgin mübarizə şəraitində keçdi. Bu setlərdə komanda daxilində çox qarışıqlıq oldu. Topun qəbulunda bəzi problemlərlə üzləşdik. Sonra orta oyunçulardan çox istifadə elədim və nəticədə 3-cü setdə qələbə qazandıq. Məşqçilərimiz tapşırıb ki, blokçuları tez-tez hücuma qoşum. Dmitri Obodnikov çox güclü zərbələrə sahibdi. Bu üzdən servisi yaxşı qəbul edəndə bütün topları ona ötürürəm və o da təcrübəli oyunçu kimi hücumu xala çevirir. İlk seti qazandıqdan sonra arxayınlıq yarandı. İlk setdən sonra komanda boşaldı. Çox çətinlik çəkdik. Ancaq güc yenə sözünü dedi. 3-cü seti necə öz xeyrimizə çevirdiyimizi heç özüm də bilmirəm. Gördüyünüz kimi, artıq səsim də batıb (gülür). Əsas hədəflərimdən biri İslamiadada yığmada 1-ci toppaylayıcı olmaqdı. Mənə elə gəlir ki, artıq bunun vaxtı çatıb. Ancaq əsas komandanın qələbə qazanmasıdı. Əsas heyətdə Turalın, ya Aleksey Çervyakovun oynaması o qədər də önəmli deyil”.
İrşad Seyidov, MOİK-in hücumçusu: “Bakıda “Naxçıvan”a uduzmağımızın əsas səbəbi toppaylayıcımız Eldar Zülfüqarovun oynamaması idi. Ancaq bu dəfə oyun qurucusu çox yaxşı çıxış etdi. Həmçinin gənc blokçumuz Vüsalın oyununu da fərqləndirə bilərəm. Ancaq yenə də bürünc medalı qazanmaq şanslarımız 20 faizdən yüksək deyil”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar