29 mar 23:44idman, manset

“Telekom” – yeni çempion!

“Telekom” – yeni çempion!
Yelena Parxomenko karyerasını bitirdi

Dünən Dərnəgül Voleybol Mərkəzində qadın voleybolçuların ölkə çempionatı başa çatdı. 2016/17 mövsümünün yekununda yeni çempion müəyyənləşdi. “Telekom” ilk dəfə ölkə çempionu oldu. Zoran Qayiçin yetirmələri son oyunda “Lokomotiv”ə çətinlik çəkmədən qalib gəldi – 3:0 (25:9, 25:11, 25:18). Belədə “Azərreyl”in titulunu qoruya bilməyəcəyi dəqiqləşdi. Bununla belə, Famil Ağayevin komandası “Azəryol”u rahat üstələməklə mövsümü major notda bitirdi – 3:0 (25:15, 25:14, 25:22). Bu qarşılaşma Yelena Parxomenko üçün əlamətdar oldu. Çünki təcrübəli blokçu təkcə “Azəryol”un heyətində yox, karyerasında son oyununu keçirdi.
Turnir cədvəli qələbə sayına əsasən müəyyənləşdiyindən yekun sıralama belə oldu:
1. Telekom 16 14 2 44-18 39
2. Azərreyl 16 13 3 45-14 40
3. Azəryol 16 9 7 33-21 28
4. Lokomotiv 16 4 12 14-38 12
5. Gürcüstan 16 0 16 3-48 0
Bundan sonra mükafatlandırılma mərasimi keçirildi. Əvvəlcə Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov bunları dedi: “Bu gün çox gözəl gündü. Çünki ilk dəfə federasiya prezidenti kimi qarşınızda çıxış edirəm. Voleybol Azərbaycanda bir çox əfsanəvi insanların adı ilə də bağlıdı. Onlardan Vaqif Əliyev, Faiq Qarayev burdadı. Azərbaycan ərazisinə görə çox böyük olmasa da, 25 illik müstəqillik dövründə inamlı qələbələrə imza atıb. Azərbaycan voleybolu da həm ölkə, həm də Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin tapşırığı ilə qələbələrə doğru addımlayır. Birvaxtlar Olimpiya Oyunları Azərbaycan üçün xəyal kimi görünürdü. Amma artıq idmançılarımız Olimpiadalardan yüksək əyarlı medallarla qayıdır. Bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı və dünya çempionatının seçmə oyunları keçiriləcək. Arzum budu ki, Olimpiya Oyunlarında iştirak edək. Bu üzdən bütün voleybolçulardan uğurlu çıxış gözləyirəm. Lisenziya uğrunda birgə çalışacağıq. Siz böyük işlər görmüsüz. Bu gün şadam ki, komandalarımızın baş məşqçiləri yerlilərdi. Yığmaya 30-a yaxın azərbaycanlı qızın çağırılması böyük fərəhdi. Bu gün bizim ehtiyat qüvvəmiz var. Bunu birgə qazanmışıq. Hesab edirəm ki, daha da yaxşı olacaq. Mən həmişə sizinləyəm”.
Daha sonra gənclər və idman nazirin müavini İsmayıl İsmayılov çıxış edərək mükafatçıları AGİN adından təbrik etdi. AVF-nin vitse-prezidenti Faiq Qarayev isə çempion komandanın baş məşqçisi Zoran Qayiçə xüsusi mükafat verərək onu xeyli təriflədi. Bundan sonra komandalar təltif edildi. “Azəryol” bürünc, “Azərreyl” gümüş, “Telekom” isə qızıl medallara sahib oldu. Qurbanov və Qarayev çempionluq kubokunu “Telekom”un kapitanı Yelizaveta Səmədovaya təqdim etdikdən sonra atəşfəşanlıq baş tutdu və mərasim başa çatdı.
SƏRXAN

Reaksiyalar
Zoran Qayiç, “Telekom”un baş məşqçisi: “Çempion olduğumuz üçün şadam. Fikrimcə, titul qazanmaq bizim haqqımız idi. Çünki mövsüm ərzində 3 dəfə son çempion “Azərreyl”ə qalib gəldik. Bu rəqiblə çempionluq uğrunda mübarizə aparmaq çox çətin idi. Bu, Azərbaycan çempionatında qazandığım 3-cü medal oldu. 2011/12 mövsümündə “Rabitə”ylə çempion olmuşdum. Ötən mövsüm “Telekom”un baş məşqçisi kimi “gümüş”lə kifayətlənmişdiksə, bu dəfə titul qazandıq. Növbəti mövsüm haqda bir şey deyə bilmərəm. Buna rəhbərlik qərar verəcək. Heyətin necə formalaşdırılması qarşıya qoyulan hədəfdən asılıdı”.
Famil Ağayev, “Azərreyl”in baş məşqçisi: “Reqlamentlə bağlı anlaşmazlıq oldu. Buna baxmayaraq, “Telekom”u çempion olması münasibətilə təbrik edirəm. Çempionlar Liqasında yaxşı çıxış etdik. 6 oyundan 4-də qələbə qazandıq. Ötən il “Azərreyl”də 3 azərbaycanlı voleybolçu vardısa, bu dəfə 8 yerli oyunçu ilə mübarizə apardıq. Əcnəbilərin sayı isə 9-dan 4-5-ə enib. Bu da birbaşa yığmaya hesablanıb. Məqsəd azərbaycanlıların yetişməsidi. Komandanın baş məşqçisi vəzifəsində qalıb-qalmayacağım bilinmir. Hər şeyə yaxın aylarda aydınlıq gələcək. Bütün bunlara rəhbərlik qərar verəcək”.
Eldar Yusubov, “Azəryol”un baş məşqçisi: “Mövsümə gec başladıq. Oktyabrın ortalarında komanda mənə tapşırıldı. Təlim-məşq toplanışı keçmədən çempionata start verdik. Buna baxmayaraq, çempionluq uğrunda mübarizə aparan komandalara ciddi müqavimət göstərdik. Bir neçə oyunda tay-brekdə uduzduq. Hətta bir görüşdə “Telekom”a 3:0 hesabıyla qalib gəldik. Mövsümün 2-ci yarısında isə “Azərreyl”lə zəif oynadıq. Mövsüm ərzində qeyri-sabit çıxış etsək də, qızlardan razı qaldım. Maaşla bağlı problemlər komandamıza təsir göstərmədi. Çünki bizə söz verilmişdi ki, hər şey yaxşı olacaq. Komandanın eniş-yoxuşlu qrafik cızmasının əsas səbəbi heyətin kasad olması idi. 6-7 voleybolçu ilə oynayırdıq. Heyətimizdəki oyunçulardan üçü libero idi. İkisi isə çimərlik voleybolundan gəlmişdi. Ən çox 4-cü zona hücumçusu qıtlığından əziyyət çəkirdik. Yelena Parxomenko da zədələndiyi üçün ondan mövsüm boyunca lazımınca istifadə edə bilmədim. Növbəti mövsüm komandada qalsam və avqustdan hazırlıqlara başlasaq, daha yaxşı nəticə qazana bilərik. Hansı voleybolçumuzu milliyə namizəd görürəm? Hazırda yığmamızda toppaylayıcı mövqeyində çatışmazlıq var. Bu mənada Kristina Yaqubovanın adını namizəd kimi çəkə bilərəm. Ancaq hələ gənc olduğundan qeyri-sabit çıxış edir”.
Şamxal Məmmədov, “Telekom”un direktoru: “Bu, son 8-9 ildə əldə etdiyimiz qələbələrdən növbətisidi. Ötən mövsüm 2-ci yeri tutduq. Ancaq bu il çempion olduq. Hamımız şadıq və ümid edirik ki, növbəti mövsümlərdə də qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyik. “Telekom”a sponsorluq edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə, xüsusən nazir Ramin Quluzadəyə mövsüm ərzində bizə göstərdiyi diqqət və qayğısına görə minnətdarlığımı bildirirəm. Komanda üçün hər cür şərait yaradıldı. Klubun büdcəsinin artırılıb-artırılmayacağı ilə bağlı indidən danışmaq erkəndi. Çünki əvvəlcə oturub, başa çatan mövsümü təhlil etməliyik. Bundan sonra nazirliyin rəhbərliyi verəcəyi qərarlara uyğun planlarımızı quracağıq”.
Yeri gəlmişkən...
Çempionatın ən dəyərli oyunçusu (MVP) “Telekom”un kapitanı Yelizaveta Səmədova seçildi. Yığma üzvü eyni zamanda ən yaxşı hücumçu və servis atan voleybolçu oldu. Onun komanda yoldaşı Alyona Həsənova ən yaxşı blokçu kimi fərqləndi. “Azərreyl”dən Danika Radenkoviç ən yaxşı toppaylayıcı, Malika Kansonq isə ən yaxşı top qəbul edən voleybolçu seçildi. “Azəryol”un hücumçu Alyona Yakimçuk çempionatın bombardiri oldusa, komanda yoldaşı Yuliya Kərimova həm ən yaxşı libero, həm də ən yaxşı müdafiəçi kimi fərqləndi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Bu gün, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Bu gün, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Bu gün, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Bu gün, 18:18 Malta ayağımızın altını qazdı Bu gün, 18:15 Haşımov Bebeki bəyənib Bu gün, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Bu gün, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Bu gün, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Bu gün, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Bu gün, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 18:04 Həftənin idman proqramı Bu gün, 18:03 Xal itirməyən iki komanda qaldı Bu gün, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Bu gün, 18:00 Yaxşı ki “Səbail” var… Bu gün, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Bu gün, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Bu gün, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Bu gün, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Bu gün, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar