29 mar 23:17idman

Pevtsov Avropa Kubokunun qalibi oldu

Pevtsov Avropa Kubokunun qalibi oldu
Triatlon yığmamız bu il beynəlxalq arenada ilk mükafatını qazanıb.
Daha doğrusu, Rostislav Pevstov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa Kubokunda 1-ci yeri tutub. 1,5 kilometrlik su məsafəsini idmançımız 18 dəqiqə 40 saniyəyə başa vurub. Ardınca 40 kilometrlik veloməsafəni 1 saat 9 saniyəyə qət edib. Nəhayət, yarışın son mərhələsi - 10 kilometrlik qaçış zolağını Pevtsov 30 dəqiqə 45 saniyəyə yekunlaşdırıb. Ümumilikdə startdan finişə 1 saat 50 dəqiqə 42 saniyəyə çatan Rostislav bütün rəqiblərini qabaqlayıb.
Bu gün Avropa çempionatı başlayır
Bu gün Macarıstanın Şombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək. Aprelin 2-dək davam edəcək qitə birinciliyində 19-23 yaş arası pəhləvanlar mübarizə aparacaq. Çempionatda ilk olaraq sərbəst güləşçilər qüvvəsini sınayacaq. Yığmanın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), İsmayıl Abdullayev (74 kq), Kənan Əliyev (86 kq), Pərviz Axundov (97 kq) və Umar İsrailov (125 kq) döşəyə çıxacaq. Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çempionatda 7 qadın güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. Avropa çempionatının son iki günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Gənclərdən ibarət yığmanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Murad Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), İslambek Dadov (71 kq), Ruhin Mikayılov (75 kq), Elton Vəzirzadə (80 kq), Arif Niftullayev (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (125 kq) yollanıb. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.
Bu arada martın 24-dən 26-dək Bolqarıstanın paytaxtı Sofiyada İ-S kateqoriyalı beynəlxalq hakimlər üçün Dünya Güləş Birliyinin (UWW) seminarı keçirilib. Seminarda ölkəmizi İ-S kateqoriyalı beynəlxalq hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edib. 100-dən artıq ədalət təmsilçisinin qatıldığı seminarda güləş qaydalarında nəzərdə tutulan dəyişikliklər haqda nəzəri məlumatlar və xalça üzərində praktiki təlimlər verilib. Tədbirdə müzakirə olunan qayda dəyişiklikləri qarşıdakı yarışlarda sınaqdan keçiriləcək.
Qitə birinciliyinə ehtiyat heyətlə
Aprelin 2-dən 8-dək Xorvatiyanın Split şəhərində ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Qitə birinciliyində 42 ölkədən 324 atlet (144 qadın və 180 kişi) iştirak edəcək. Məşqçilər korpusu bu turnirə əsas heyət üzvlərini aparmağı məqsədəuyğun saymayıb. Belə ki, aparıcı atletlərin mayda Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında qüvvəsini sınaması nəzərdə tutulub. Belədə Xorvatiyada “körpücüy”ə ikinci heyətin üzvləri – Məhəmməd Məmmədli (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılov (94 kq) çıxacaq.
Yeri gəlmişkən, qadınlardan ibarət yığmamız Astaradakı təlim-məşq toplanışını başa çatdırmaq üzrədi. Kollektiv böyük məşqçi Natalya Prişepa və köməkçi-məşqçi Təranə Abbasovanın rəhbərliyi altında iki həftədi cənub bölgəsində hazırlıq keçir. Komanda martın 29-da Bakıya dönəcək. Yeniyetmə oğlanlardan ibarət komandamız da burda hazırlıq keçib. Asif Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına yekun vuran kollektiv artıq paytaxta qayıdıb. Qarşıda yeniyetmələri Taylandın paytaxtı Banqkokda keçiriləcək dünya çempionatı gözləyir.
Bu arada aprelin 1-də ağır atletika üzrə ölkə çempionatının ikinci seçmə mərhələ yarışı başlayacaq. Aprelin 9-dək keçiriləcək yarışda ölkənin bütün bölgələrini təmsil edən atletlər mübarizə aparacaq. Yarışın keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletikanın təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidi. Yarış Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Şəxsi xarakter daşıyan yarışda yalnız texniki cəhətdən hazırlıqlı, yaşı 10-dan yuxarı olan idmançılar iştirak edə bilər. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.
Naxçıvanda həlledici mübarizə başlayır
Bu gün Naxçıvanda kişi voleybolçuların ölkə çempionatının final mərhələsinin 2-ci dövrəsi start götürəcək. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək 3 turun yekununda qələbə sayına görə medalçılar müəyyənləşəcək. Bu baxımdan “Lokomotiv” bir addım öndədi. Bu gün final mərhələsinin 4-cü, sabah isə 5-ci turunun qarşılaşmaları baş tutacaq. Çox güman, sabah bir çox suallara aydınlıq gələcək.
28 mart
15.00 MOİK – Neftçi, 17.30 Naxçıvan – Lokomotiv
29 mart
15.00 Neftçi – Lokomotiv, 17.30 MOİK – Naxçıvan
Sədlərin quraşdırılmasına start verildi
Bakı Şəhər Halqası (BŞH) iyunun 23-dən 25-dək paytaxtımızda keçiriləcək “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si ilə bağlı hazırlıq işlərini davam etdirir. Dünəndən etibarən trekin marşrutuna düşən yol boyunca təhlükəsizlik sədlərinin quraşdırılması işlərinə start verilib. Trekin Xaqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün gecə saatlarında, saat 22.00-dan səhər saat 6-dək sədd quraşdırma işləri aparılacaq. Əməliyyat şirkəti paytaxt sakinlərinə müraciət edərək göstərilən müddətdə həmin ərazidə avtomobillərini saxlamamağı xahiş edib.
Yığma “Qran-pri”də ikinci oldu
Bədii gimnastika üzrə qrup komandamız Fransanın Tye şəhərində keçirilən “Qran-pri”də uğurlu çıxış edib. Ayşən Bayramova, Siana Vasilyeva, Diana Doman, Elif Zeynəb Çelep və Aleksandra Platonovadan ibarət heyət çoxnövçülükdə bürünc medal qazanıb.
Bu arada Ukraynanın Vinnitsa şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq hakimlik kursları keçirilib. Seminarda iştirak etmiş Aynur Hüseynova, Leyla Mehdizadə, Səbinə Məmmədova və Lalə Abdullayeva 4-cü, Dürdanə Əhmədova isə 3-cü hakimlik kateqoriyası əldə edib. Qeyd edək ki, bu kateqoriyalar hazırki Olimpiya dövrü ərzində (2017-20-ci illər) qüvvədə olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar