12 mar 14:33gundem

Tural Əsgərov: “AEK-in şərtləri Mahirlə “Qarabağ”ın adına layiq deyildi”

Tural Əsgərov: “AEK-in şərtləri Mahirlə “Qarabağ”ın adına layiq deyildi”
Əcnəbi agentlər Bakıya Mədətova görə gəlməyib
Son günlərin əsas söhbət mövzusu Mahir Mədətovun Yunanıstan AEK-inin maraq dairəsinə düşməsidi. Yunan həmkarlarımızın yazdıqlarına inansaq, Afina təmsilçisi yanvarda 21 yaşlı “Qarabağ”lının keçidində maraqlı olub. Transferi gerçəkləşdirmək mümkün olmasa da, yığma üzvü hələ də AEK-in hədəfindədi. Yazılanlara inansaq, qarşı tərəf Mədətovun heyətə qatmaq üçün yayda yenidən bu mövzuya qayıdacaq.
Mənbələrimizi işə salmaqla kifayət qədər maraqlı məlumat əldə edə bildik. Öyrəndik ki, AEK-in Mahirin izinə düşməsi həqiqəti əks etdirir. Klub rəsmiləri qış fasiləsində məlum transferi həyata keçirmək üçün futbolçunun özünə müraciət ediblər. Şərtlərini deyiblər və cavab gözləyiblər ki, növbəti addımda “Qarabağ”a rəsmi müraciət ünvanlasınlar. Futbolçu ilk cəhddəcə təklifi rədd edib. Buna səbəb afinalıların həmyerlimizi icarəyə götürmək istəyi olub. Həm də necə? “Qarabağ”a “qara qəpik” də ödəmək istəmədən. Loru dildə desək, klubuna pul vermirik, sən hələ ki müəyyən məbləğ qarşılığında gəl, bizdə oyna, hər şey yaxşı olsa, mövsüm başa çatandan sonra transferin haqda “Qarabağ”la danışarıq. Bir sözlə, Çempionlar Liqası və Avroliqanın qrup mərhələsində çıxış edən, daim yığmaya çağrılan futbolçunu 5 aylıq baxışa çağırırmışlar. Mədətov bunu eşidincə, dərhal “yox” deyib.
Eşitdiklərimizin nə dərəcədə həqiqət olduğunu öyrənmək üçün futbolçunun agenti Tural Əsgərovla əlaqə saxladıq. Əsgərov qısa danışmaqla məlumatı nə təsdiq, nə də təkzib etdi: “Tərəflər arasında olan danışığın detalları haqda danışmaq istəmirəm. Çünki belə məsələlər məxfi saxlanılır. Yalnız onu deyə bilərəm ki, AEK-in şərtləri Mahirlə “Qarabağ”ın adına layiq deyildi”.
Məlum mövzu yalnız şifahi danışıq müstəvisində olsa da, mətbuatda Mahirin mövsümün sonunda ağdamlılarla yollarını ayıracağı haqda xəbərlər dolaşır. Hətta bəzilərinin fikrincə, artıq bununla bağlı Yunanıstan klubunun rəsmilərindən Bakıya səfər edənlər də olub. Buna səbəb isə “Keşlə” – “Sabah” oyununu izləyənlər arasında əcnəbilərin görünməsidi. Özü də kiminlə? Mahirin agenti Tural Əsgərovla. Ehtimal olunur ki, Avropadan gələnlər şənbə günü “Qarabağ” – “Zirə” qarşılaşmasına baxmaqla yanaşı, “ASK Arena”dakı oyunu da canlı izləyiblər. Tural bəylə söhbətdə bu suala da aydınlıq gətirdik: “Bəli, həmin şəxslər əcnəbi agentlərdi. Və ikisi dostumdu. Amma Mahir Mədətovla və ya onun transferi ilə heç biri əlaqəsi yoxdu. Biri portəgizdi, Riçard Almeydanın agentidi. Cənubi Afrikadan olan həmkarım isə “Zirə”nin yeni futbolçuları Robin Nqalande və Mfo Kqasvane ilə əməkdaşlıq edir. Təbii, Azərbaycana müştəriləri ilə bağlı işgüzar səfər ediblər. Sadəcə, fürsətdən istifadə edib premyer-liqanın digər oyunlarını da izləyirlər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar