06 mar 12:57gundem

Təbriz Həsənov “Vətən”ə dəyən ziyandan danışdı

Təbriz Həsənov “Vətən”ə dəyən ziyandan danışdı
“Binanın damından başqa, müəyyən avadanlıqlara, inventarlara da zərər dəyib”
Xəbər verdiyimiz kimi, martın 2-də “Vətən”in 7-ci mikrorayondakı bazasında yanğın olub. Hadisənin elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi güman olunur. Yanğndan dərhal sonra təhsil nazirinin müavini, “Sabah”ın Müşahidə Şurasının sədri olan Firudin Qurbanov da olay yerinə baş çəkib.
Fövqəladə Hallar Nazirliyinin bölmələri çağırışa əsasən hadisə yerinə özünü vaxtında çatdıraraq, yanğının qarşısını alıblar. Buna görə də hadisənin miqyası elə də geniş olmayıb. Təbii ki, “Vətən”ə maddi planda ziyan dəyib. Bəs ümumiyyətlə, futbol məktəbinə nə qədər ziyan dəyib? Bu suala aydınlıq gətirmək üçün “Vətən”in əlaqələndiricisi, təcrübəli məşqçi Təbriz Həsənovla əlaqə saxladıq: “Hadisə qısaqapanma nəticəsində baş verib. Yanğın yataqxananın damından başlayıb. Çünki damda naqillər var. Bundan başqa, bina qazlaşmayıb. Odu ki, yeganə versiya elektrik qısaqapanmasıdı. Yanğınsöndürənlər vaxtında özünü çatdırdığına görə yanğının geniş əraziyə yayılmasının, başqa tikililərə keçməsinin qarşısı alınıb. Sadəcə, dam zərər görüb. Dam örtüyü və tavan sökülüb. Həmin vaxt yataqxanada yeniyetmə futbolçulardan heç kim yox idi. Buna görə təxliyəyə də ehtiyac duyulmadı. Bazaya nə qədər ziyan dəydiyini indidən demək çətindi. Çünki hələ ekspertlər gəlib hesablama aparmayıblar. Bina sığortalıdı. Sığorta mütəxəssisləri gəlib detalları dəqiqləşdirəcəklər. Bundan sonra dəqiq rəqəm bəlli olacaq. Binanın damından başqa, müəyyən avadanlıqlara, inventarlara da zərər dəyib. Məsələn, həkim otağının tavanı yanarkən dərman deposu, bir başqa otaqda kompüter, yataq ləvazimatları sıradan çıxıb. Yanğın söndürülərkən həm də otaqları su basıb. Təbii ki, belədə ziyanın miqyasının artması anlaşılandı. Amma qeyd etdiyim kimi, sevindirici məqam odu ki, ölüm-itim yoxdu. Yəni xəsarət alan olmayıb.
Güman edirəm ki, məktəbə dəyən maddi ziyanın həcmi bir həftəyə, on günə müəyyənləşəcək. Bundan sonra sığorta edən qurum ödəniş edərək zərəri qarşılayacaq. Bu prosedurlar başa çatandan sonra isə binanın təmirinə start veriləcək”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı Bütün xəbərlər
Ən çox oxunanlar