06 mar 12:31gundem

İK-nın qərarlarına sözardı

İK-nın qərarlarına sözardı
Dünən AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirildi. Komitə 6 qərar qəbul etdi ki, bunların da hər birinə müəyyən şərh vermək bizim işimizdi. Əlbəttə, bəzilərinə bütöv məqalə də həsr etmək olar. Ancaq bu gün üçün qısa şərhlə diqqətdə saxlamaq daha məqsədəuyğundu.
1. Qadınlardan ibarət Azərbaycan milli komandalarının baş məşqçiləri təsdiq olunsun:
A milli komanda – Siyasət Əsgərov
U-19 – Vüqar Əsgərli
U-17, U-15 – Zamir Həsənov
Qadın futbolu Azərbaycanda xüsusi inkişaf vəd etmədiyindən baş məşqçi təyinatları haqda geniş müzakirələr aparmağa dəyməz. Bizdə zərif cinsin nümayəndələrinin yaşıl meydanlara axınını təmin etmək yetərincə çətin məsələdi. Var olmaq xatirinə formalaşdırılan, öz ölkələrinə lazım olmayan “milliləşdirilmiş” əcnəbilərin hesabına fəaliyyət göstərən bu komandalara xərclənən vəsaiti fərqli istiqamətlərə yönəldərək daha səmərəli işlər görmək olar.
2. 2019/20 mövsümündə premyer-liqa klublarının əvəzedici komandalarının 1-ci divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50000 (əlli min) AZN vəsait ayrılsın. Əvəzedici komandanın 1-ci divizonda iştirakından imtina edən TPL klubu 100 min AZN məbləğində cərimə olunsun.
İK bu qərarla müstəqil klubların rəsmiləri üçün əks-hücum hazırlamış sayılır. Məsələn, “dubl”unu aşağı liqada oynatmaq istəməyən “Qəbələ”nin bu “gediş”ə necə reaksiya verəcəyi xüsusi maraq doğurur.
Şübhəsiz, əvəzedici komandaları heç vaxt elitaya yüksəlməyəcəyi hamımıza bəlli klubları eyni çempionata “yığmaq” özlüyündə qarışıq və lazımsız görünür. Deməli, cərimə məsələsinin çıxış yolu sayılmasını da alqışlamağa dəyməz. Məntiqlə, niyə oynamağa məhkum edilməlidilər ki? Məgər 1-ci divizondakı xaosun faydalı tərəfləri artıq üzə çıxıb? “Sınaq poliqonu” nəinki ümid, heç onun cücərtilərini də vəd etmirsə, qərarı tələsik qəbul etməyə, qisasçı imicini möhkəmləndirməyə ehtiyac yox idi.
3. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosessual Qaydalarına aşağıdakı dəyişikliklər edilsin:
- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 1‐ci bəndi aşağıdakı redaksiyada verilsin:
"Oyunçuların Statusu və Transferi Komitəsinin sədrini AFFA‐nın İcraiyyə Komitəsi təyin edir. Komitənin digər üzvləri də AFFA‐nın İcraiyyə Komitəsi tərəfindən aşağıdakı hər kateqoriya üzrə iki (2) nəfərə qədər olmaqla təyin edilir:
5.1.1. Peşəkar Futbol Liqası – Nihad Məmmədov
5.1.2. Klublar Komitəsi – Orxan Əhmədov
5.1.3. Müstəqil hüquqşünas – Fərid Haqverdiyev
5.1.4. Qeydiyyat və statistika şöbəsi – Seymur Səlimli
- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 2‐ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Komitənin sədri AFFA‐nın üzvü ola bilməz. Komitənin sədri, üzvləri və məsul katibi öz vəzifələrini icra edən zaman onlara məlum olan bütün faktlar barədə məxfiliyi qorumaq öhdəliyi daşıyırlar”.
- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 3‐cü bəndinin "seçilir” sözü "təyin edilir” sözü ilə əvəz edilsin.
Bütün hallarda kosmetik dəyişikliklərdi. Futbol ictimaiyyətinin əksər nümayəndələri üçün AFFA-nın özü qeyri-demokratik üsulla idarə olunan qurumdusa, komitədəki bütün təyinatlar bir əlin barmağıyla həyata keçirsə, “seçilir”lə “təyin edilir”in bir-birindən nə ilə fərqləndiyi haqda yorucu fikirlər yazmamaqda qərarlıyıq.
4. Lisenziya Komissiyası və Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi aşağıdakı tərkibdə təsdiq olunsun:
Lisenziya Komissiyası
Sədr - Elçin Səmədli
Sədr müavini - Sərxan İbadov
Üzvlər - İslam Bayramov, Firdovsi Qasımov, Mahmud Yusifov, Vladimir Fyodorov, Zaur Hacı-Məhərrəmov
Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi
Sədr - Nazim Əliyev
Sədr müavini - Rauf Quluzadə, Mikayıl Xəlilzadə, İlham Hacıyev, Anar Yusubov, Zamin Hüseynov, Orxan Hüseynzadə
3-cü qərar haqda söylədiklərimizi bu dəfə də təkrarlaya bilərik. Sizcə, lisenziyalaşdırmanın tələbləriylə bağlı hər şey qaydasındadı? “Yumşaltmağa” və ya sadələşdirməyə belə ehtiyac yox idi? Belə çıxır ki, İK-dakılar - əsas söz sahibləri bu mənada mövcud durumdan və tətbiq edilən sistemdən tam razıdı, ona görə də tərkibləri müəyyənləşdirməklə mümkün ciddi dəyişikliklər azı gələn dəfəyə saxlanılıb. Bəli, bizim də bu yöndə fərqli təkliflərimiz var. Növbəti yazılarımızda məsələyə qayıtmağa ehtiyac duyacağıq.
5. Tovuz rayonunda, "Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyası təsis olunsun. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunsun.
Elxan Məmmədov axır ki ölkə futbolu üçün nəsə etmək ərəfəsindədi. 10 il öncə başlamalı olduğu işi uzun müddət yubadan baş katib “mən hazır, siz də təsdiqləyin” əmrini özü vermiş lideri xatırladır. Ağızdolusu danışdığı planla çoxlarından “bravo” alacaq. Hətta millidəki məlum “təmizlik” əməliyyatından sonra bu işə qol qoymaq uğurlu qeyri-futbol manevridi. “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyası təsis etmək həm də tezliklə Tovuz təmsilçisini elitaya qaytarmaq hədəfinin erkən işartısıdı.
6. VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilsin.
VAR dünya futbolunu çirkinləşdirməklə yanaşı, ədalətsizliyə də 80 faiz son qoyub. Hakimlərin gedə biləcəyi çirkinliklərin böyük qismini “sığortalayan” sistemə vaxtında qucaq açmaqda pis nəsə axtarmaq absurddu. VAR bəlkə də ən çox Azərbaycan futboluna – şəffaflıq sözünün bir neçə məna verdiyi ölkənin yaşıl meydanlarına lazımdı.
NİHAT
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı Bütün xəbərlər
Ən çox oxunanlar