26 fev 15:48gundem

Amit Quluzadə İntertoto kubokunun qalibi ilə müqavilə bağladı

Amit Quluzadə İntertoto kubokunun qalibi ilə müqavilə bağladı
“Burda əsas heyətdə möhkəmlənmək heç də asan olmayacaq”
Amit Quluzadənin növbəti dəfə legioner həyatı yaşamaq arzusu, nəhayət, çin oldu. Ötən yay Kosovo “Drita”sından ayrılandan sonra klubsuz qalan və az qala hər açıqlamasında ölkə xaricində top qovmaq istəyini dilə gətirən dayaq yarımmüdafiəçisinin arzusuna çatdığını deyə bilərik. İndiyə qədər Türkiyədə “Kayseri Ərciyəsspor”un, Portuqaliyada “Atletiko”nun, Yunanıstanda AEL-in, Kosovoda “Drita”nın formasını geyməyə imkan tapan 26 yaşlı futbolçu ölkəmizdə “Neftçi”, “Sumqayıt”, “Rəvan”, “Qəbələ” və “Səbail”in uğurları üçün tər töküb. Quluzadə Berti Foqtsun dönəmində 3 oyunda əsas yığmanın formasını geyib.
Əsas məsələyə gəlincə, Amit Bosniya və Hersoqovina “Çelik” ilə anlaşıb. Bu ad diqqətli futbolsevərlərə tanış olmalıdı. Ötən ay təmsilçilərimizin Antalya toplanışı zamanı “Çelik” “Sumqayıt”la qarşılaşmalıydı. Bosniyalılar stadiona təşrif buyursalar da, müxtəlif bəhanələrlə oynamaqdan boyun qaçırmışdılar. Sonradan məlum olmuşdu ki, “Çelik” rəhbərliyinin oyunun nəticəsini “fırlatmaq” istəyi puça çıxdığından meydana çıxmaq istəməyiblər. Sabiq milli üzvü “qırmızı-qaralar”la 1 illik anlaşıb, dəqiq desək, bu ilin dekabrına qədər. Yeni komandasında “18” nömrəli futbolkanı geyəcəyi də dəqiqdi.
“Çelik”ə gəlincə, paytaxt Sarayevodan 70 kilometr uzaqlıqda yerləşən Zenitsa şəhərini təmsil edən klub 1945-ci ildə yaradılıb. Çelik sözünün mənası dilimizə tərcümədə “dəmir” deməkdi. Zenitsa isə Avropada aparıcı sənaye şəhərlərindən biri kimi tanınır. Komandanın qızıl dönəmi 90-cı illərin oratalarına təsadüf edir. Hansı ki, “Çelik”lilərə 1995, 1996 və 1997-də çempionluq sevincini yaşamaq nəsib olmuşdu. O vaxtkı komanda üzvləri 1995 və 1996-cı illərdə həm də ölkə kubokunu qazanmışdılar. Amitin yeni komandasını məşhurlaşdıran ən əsas uğur 1975-ci ildə qazanılan İntertoto kubokudu. Həmçinin “Fənərbaxça”dakı oyunu ilə xatırladığımız Elvir Boliçin də gənclik illəri “Çelik”lə bağlıdı.
Zenitsalılar 20 turdan sonra topladıqları 24 xalla hazırda 12 komanda arasında 7-ci pillədə qərarlaşıblar ki, srağagün “Sloboda” ilə baş tutan oyunda Quluzadənin komanda yoldaşları 2:1 hesablı qələbəyə seviniblər. Lakin həmyerlimiz bu oyunun iştirakçısı olmayıb. Hə, onu da qeyd edək ki, “Çelik”in baş məşqçisi türkiyəli Adnan Örnəkdi.
Rəsmi müqaviləyə imza atan səbəbkarla dünən əlaqə saxlayıb keçidi ilə bağlı fikirlərini öyrəndik: “Çelik”lə Antalya toplanışında iştirak etmişdim. Təxminən iki həftə komanda ilə birlikdə oldum, hazırlıq keçdim. Sadəcə, müqavilə bağlamaq mümkün olmamışdı. Mənim mövqeyimdə futbolçu var idi, onun komandadan ayrılması gündəmdə idi. Bosniyada start heyətində 4 legioner oynaya bilər deyə, o getməliydi ki, mən müqavilə bağlayım. İş elə gətirdi ki, həmin oyunçu Antalya toplanışında ayrılmadı. Hazırlıq başa çatandan sonra rəhbərlik mənə komanda ilə birgə Zenitsaya getməyi təklif etsə də, razılaşmadım. Çünki dediyim futbolçunun ayrılacağı dəqiq deyildi. Ona görə də Bakıya yollandım. Başqa təklifləri götür-qoy etdiyim anda “Çelik”in baş məşqçisi mənə zəng vurdu, təcili Bosniyaya yollanmalı olduğumu dedi. Onsuz da şərtləri danışmışdıq, bircə qalırdı təyyarə biletini almaq. Bilet aldılar, dərhal bura gəlib, müqavilə bağladım… Mövqeyimdə rəqabət var. Xüsusən komandanın ən təcrübəli futbolçularından sayılan vitse-kapitan Nermin Yamakı qeyd edə bilərəm. Yəni burda əsas heyətdə möhkəmlənmək heç də asan olmayacaq. Amma mən də bura vaxt keçirmək üçün yox, oynamaq üçün gəlmişəm, Baş məşqçi Antalyada bəyənməsəydi, bu gün komandada olmazdım. Ümid edirəm ki, uğurlu çıxış edərəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar