17 fev 12:45gundem

“Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir

“Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir
Nikola Yurçeviç gəldi və rəsmi müqaviləyə imza atdı. Artıq millidə ikinci xorvat dönəmi başlamış sayılır. Robert Prosineçkinin həmyerlisi ilə işbirliyinin Azərbaycan tərəfinə nə dərəcədə faydalı olduğunu müəyyən vaxtdan sonra biləcəyik. Əlbəttə, AÇ-2020-yə qatılmaq arzusu millinin potensialı, AFFA-nın yürütdüyü yanlış siyasət və daha bir neçə məqamla əsla uzlaşmır. Buna görə də yazıda öhdəlik yükünə bənzəyən hədəfdən yox, Yurçeviç - yığma “izdivac”ının nə vəd etməsindən danışacağıq.
Təcrübəsi qənaətbəxşdi
Yurçeviç bütün hallarda normal təcrübəyə sahibdi. Öz dövrünün ulduzlarından sayılmasa da, normal səviyyədə futbol oynayıb. Məşqçilik karyerası ərzində həm millidə köməkçi, həm də ölkəsinin üç klubuyla yanaşı, “Zaltsburq”da da çalışıb. Təcrübə məşqçi üçün çox şey deməkdi. Azərbaycan yığmasında təcrübə sarıdan “axsayan” birinin nəyəsə nail olması qeyri-mümkün sayılırdısa, bu baxımdan seçim o qədər də pis deyil. Hərçənd AFFA daha təcrübəli, daha məşhur çalışdırıcı ilə anlaşaraq yığmaya havayı reklam imkanı da qazandıra bilərdi.
52 yaş çox deyil
Berti Foqtsun 70 yaşını haqlaması ciddi qınaqlara meydan verən əsas amilllərdən idisə, Robert Prosineçki dönəmində yaşın münasib olmasının faydalı tərəfləriylə tanış olduq. 52 yaş məşqçi üçün fəaliyyətin ən qızğın dövrüdü. Bəzi mütəxəssislər çalışdırcı qismində 50-dən sonra parlayırsa, əlavə şərhə ehtiyac yoxdu. Bu baxımdan, adətən, əcnəbi seçimlərində “yandıran” assosiasiya məmurları inamlı addım atıb.
Liderliyi bacarmır
Yurçeviç nəinki işlədiyi komandalarda, heç belə desək, evinin içində də liderliyi bacarmır. Hər halda, Xorvatiya mətbuatının yazdıqlarından belə qənaətə gəlmək olar. İki qızının - Lana və Lauranın sevgi münasibətləri dillərdə dastandısa, onu “xanımının sözü ilə oturub-duran kişi” adlandıranların da hamısı qisasçı təyini ilə dəyərləndirilməməlidi. Nikola sözün əsl mənasında münasibətlərdə liderliyi qorumaq sarıdan əziyyət çəkən insandı. Bəs əsl başçı olmaq işinin öhdəsindən gəlməyən adama baş məşqçi postunu həvalə edənlər nəyə ümid edir? Bu mütəxəssis “Zaqreb”də, “Dinamo”da, “Zaltsburq”da işlədiyi dönəmlərdə futbolçuların intizam məsələlərində tez-tez problemlər yaranıb. İstiqanlı azərbaycanlıların “ipini yığmaq” isə çətin yox, çox çətin məsələdi. Rəşad Sadıqov kimi kapitanın köməyindən məhrumsansa, lap çətin olacaq.
Psixoloji təsir bacarığı necə?
Onu münaqişələrdən qaçan, aqressivlikdən uzaq adam qismində təqdim edirlər. Heç kimlə əlbəyaxa olmayacağı, söyüb-söyülməyəcəyi bəllidi. Ancaq Azərbaycan yığması kimi zəif komandalar nəticələrin çoxunu psixoloji hazırlıq hesabına qazanır. Futbol tariximizdə onlarla belə nümunə var. Hər biri haqda ayrı-ayrılıqda sözhbət açmaq başqa yazı mövzusudu. Yurçeviç çox pis psixoloqdu. Prosineçkinin “hakimiyyət”i zamanı “niyə də yox?!”un yaranmasını şərtləndirən amillərdən biri də bir çalışdırıcının yetirmələrinə psixoloji təsir bacarığı idi. Aprel döyüşləri zamanı ailəsini də götürüb qaçmasaydı, bəlkə də uğurlu təsadüflər ardıcıllığının davamı da gələrdi. İndiki çalışdırıcıdan buna bənzər nəsə gözləməyin. Özü də özünə çox inanmadığı üçün “əbədi ikinci” ləqəbini daşıyır.
Qısa “Zaltsburq” macərası
Bacarıqlı mütəxəssisin müxtəlif ölkələrdə hansı fəaliyyətlə diqqəti çəkməsi də olduqca önəmlidi. Yurçeviç top qovduğu vaxtlarda uzun müddət oynadığı “Zaltsburq”a 2005-ci ilin martında baş məşqçi təyin edilib. Fəqət çox uğursuz işlə yadda qalıb. Yenilgiləri sıralayan xorvat yazın birinci ayında başladığı işdən mayda qovulub. Ümid edək ki, millimiz ölkə xaricində ilk dəfə komanda çalışdırmaq cəhdi rəzalətlə nəticələnən adamın rəhbərliyi altında antirekordları yeniləməyəcək. Düzdü, o 2006-12-ci illər aralığında Xorvatiya yığmasında kömək etdiyi Slaven Biliçlə Rusiyada “Lokomotiv”, Türkiyədə “Beşiktaş”, İngiltərədə “Vest Hem”də də yardımçı olub. Ancaq öz başıyla qərar verdiyi yeganə xarici ölkə klubu “Zaltsburq”du. Digər tərəfdən, Biliçin özünün də “Lokomotiv”də klub tarixinin ən pis nəticəsini göstərdiyini yada salaq. Rusiya klubuyla 9-cu yeri tutan Biliç – Yurçeviç tandeminin uğursuzluğunun səbəbini isə komandanın üzvü Denis Qluşakov mətbuata verdiyi qalmaqallı müsahibədə açıqlamışdı. Futbolçu Biliçin köməkçilərinə oyuncaq kimi baxdığını, onunla yalnız zəif adamların işləməyə razı ola biləcəyini vurğulamışdı. “Beşiktaş” və “Vest Hem”də də adından söz etdirməyən Biliçin özü də dəmir intizam qaydasına əməl etməyi sevənlərdən deyil və bu xarakterinin cəzasını çəkib.
NİHAT
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar