08 fev 14:19gundem

Azərbaycan derbisi AFFA-ya 2800 manat qazandırdı

Azərbaycan derbisi AFFA-ya 2800 manat qazandırdı
Çərşənbə axşamı AFFA-nın İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Budəfəki toplantı premyer-liqanın ikinci yarısının ilk turunda, həmçinin digər yarışlarda baş verən qayda pozuntularının müzakirəsinə həsr olunub. Əvvəlcə “cərimə büdcəsi”nə təsiri olmayan qərarlardan ən önəmliləri diqqətinizə çatdıraq. Ən ağır cəza U-15 Liqası ilə bağlı olub. Belə ki, “Xilə” – “Keşlə” görüşü başa çatdıqdan sonra birincilərin məşqçisi Əsəd Kərimov hakimlər otağına daxil olaraq, onları təhqir edib və bu azmış kimi fiziki təzyiq də göstərib. Buna görə İK məşqçini bir il müddətinə diskvalifikasiya edib. Region Liqasının “Araz” (Saatlı) – “Füzuli” qarşılaşmasının fasiləsində ikincilərin inzibatçısı Ramil Məmmədov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb. Bundan başqa, komitə növbəti dəfə texniki məğlubiyyət cəzaları verib ki, onlardan biri futzal üzrə yüksək liqaya aiddi. “Ekol”la qarşılaşmaya çıxmayan “Yasamal” MFK 0:5 hesablı texniki məğlubiyyət cəzasına məruz qalıb.
O ki qaldı Topaz premyer-liqasına, 4 oyundan 3-də sanksiyaya səbəb olan qayda pozuntuları baş verib. “Zirə” – “Sabah” matçında hər iki komandanın 4 üzvü sarı vərəqə ilə cəzalandığına görə tərəflər hərəyə 800 manat cərimələnib. Bundan başqa, həm “Zirə”nin, həm də “Sabah”ın nümayəndələri matçın protokolunu vaxtında təqdim etməyiblər. Nəticədə hər iki klub 800 manat cərimə ödəyəcək. Oyunun 25-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Sabah”ın üzvü Məqsəd İsayev 15-ci turu buraxacaq. Müdafiəçiyə görə klub 200 manat cərimə ödəyəcək. “Zirə”nin işi isə daha ağırdı. 62-ci dəqiqədə aqressiv davranışa görə birbaşa “qırmızı” alan Vüqar Mustafayev 2 oyunluq cəzalanıb, klubunu 1600 manat ziyana salıb.
“Qəbələ” – “Sumqayıt” qarşılaşmasında isə hakimlər otağında lazımı inventarlar olmadığına görə meydan sahibi 1600 manat ödəməlidi.
“Qarabağ” – “Neftçi” derbisi AFFA-ya 2800 manat qazandırıb. 70-ci dəqiqədə qonaqların müdafiəçisi Anton Krivotsyuk, 90+2-də isə meydan sahiblərinin yarımmüdafiəçisi Qara Qarayev ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırıldıqlarına görə 1 oyun cəzalanıb, hərəyə 200 manat cərimələniblər. Bundan başqa, 10-cu dəqiqədə “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib ki, bu da 800 manat cərimə deməkdi. Ağdamlılar bununla da canını qurtara bilməyib. Belə ki, matçdan əvvəl hakimlər otağına icazəsiz daxil olan “Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi, bolqar Mario Dobromirov klubunu 1600 manat “tərlədib”.
Beləliklə, komitə klublara 9400 manat cərimə kəsilib. Nətcədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 90900 manata çatıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar