05 fev 14:32gundem

“Qarabağ” “Neftçi”yə faktla cavab verdi

“Qarabağ” “Neftçi”yə faktla cavab verdi
“Qaldığımız yerdən davam etməyə hazırıq”
İnternet, yəni sosial şəbəkələr günümüzün tələbatına çevrilib. Vaxtilə telefona danışıq vasitəsi kimi baxırdıqsa, indi simsiz aparatı “vatsap”, “feysbuk”, ya da “instaqram”sız təsəvvür etmək mümkün deyil. Futbol azarkeşləri müzakirələri tribunadan çox “feysbuk”da aparırlar, atmacaları da orda görmək mümkündü.
Artıq neçə müddətdi klublar da bu yolu seçib. Mətbuat katibləri rəqib komandanı və azarkeşləri qıcıqlandırmaq üçün ya hansısa videolardan istifadə edir, ya da bir-birinə statuslarla “iynə batırırlar”. Bu mənada əzəli rəqiblər – “Qarabağ”la “Neftçi” başqalarından bir addım öndədi.
Meydandakı derbidən əvvəl əsas duel sosial şəbəkələrdə başlamışdı. Bir-birinə acıq verən fanatlara klublar da qoşuldu. “Neftçi”nin “yutub” kanalı və “feysbuk” səhifəsində yerləşdirilən 2 dəqiqə 59 saniyəlik videoda “ağ-qaralar”ın tarixi qabardılıb, vaxilə bu komandayla üz-üzə gəlib, sonradan tarixin yaddaşına qovuşan rəqiblər yada salınıb. Promo-videoda “Neftçi”nin dilindən bu sözlər səsləndirilmişdi: “Oğlum, başa düşürsən, mən hər şey görmüşəm bu həyatda. İçindən sağ çıxdığım döyüşlərin sayı-hesabı yoxdu. Qərb dəliqanlılığı, şimal əyilməzliyi, cənub yağışları, xəzri soyuqluğu, gilavar hərarəti... İndi isə növbə başqasınındı, sonra başqa birinin, sonra yenə başqasının. Amma məni heç nə dayandıra bilməyib. Başa düşürsən, mən qəhrəmanlığı elə-belə qazanmamışam. İllərimi, gecələrimi, gündüzlərimi bu yolda qurban vermişəm. Mən tarixin özü olmaq üçün hər şey etmişəm. Rəqiblərimə hörmət edirəm. Ancaq öz adım, öz tarixim hər kəsdən üstündü. Qaldığımız yerdən davam edirik. Hə, harda qalmışdıq?!”
Promo-video “Qarabağ”la qarşılaşmadan öncə hazırlanıbsa və məlum oyun üçün afişa xarakteri daşıyırsa, deməli, “harda qalmışdıq” sualı da bu komandaya ünvanlanıb. “Qarabağ”ın bu atmacanı cavabsız qoyacağını ağlın ucundan keçirməyə də dəyməzdi. Və çox keçmədən qarşı tərəfdən cavab gəldi. Şənbə günü “köhlən atlar”ın “feysbuk” səhifəsində video yerləşdirildi. 2016-cı ilin mayında, kubokun final görüşündə, məhz “Qarabağ” – “Neftçi” qarşılaşmasında Miçelin 120-ci dəqiqədə prinsipial rəqibin qapısına vurduğu qol təkrar-təkrar təqdim edilib. Videonun altına isə bu sözlər yazılıb: “Qaldığımız yerdən davam etməyə hazırıq. Respublika stadionunda “Neftçi”ylə oyunlarda son qol və qələbəmiz”.
Təbii, bu cür “atışmaların” olması azarkeş marağının artması baxımından olduqca əlverişlidi. İllah da, bu cür kreativ düşüncələr olanda. Sağ əlləri başqalarının başına...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar