30 yan 15:28gundem

Tovuzda həm təqdimat, həm də prezident seçkisi oldu

Tovuzda həm təqdimat, həm də prezident seçkisi oldu
Mehdi Salmanovu Nadir Nəbiyev əvəz etdi
Bazar günü Tovuz şəhər stadionunda müəllim kimi çalışsa da, futbol statistikasına da ciddi maraq göstərən Rasim Əliyevin “100 yaşlı Tovuz futbolu” kitabının təqdimat mərasimi keçirilib. 35 il əvvəldən bu ideya ilə yaşayan, nəhayət, arzusuna çatan Rasim bəyin 550 nüsxə ilə çap olunan kitabında 1914-cü ildə Tovuzda yaşayan almanlar tərəfindən əsası qoyulan futbolun inkişaf tarixi, həmin zamanlarda keçirilən oyunlar, nadir fotoşəkillər yer alıb. Həmçinin SSRİ dövründə yerli “Məhsul”un, müstəqillik dövründə isə “Turan”ın keçirdiyi oyunlar, 1992-2018-ci illər üçün Azərbaycan çempionatının bütün statistikası və başqa məlumatlar 285 səhifəlik nəşrdə əksini tapıb.
Təqdimat mərasimində rayonun ziyalıları, “Turan”ın sabiq oyunçuları və sabiq prezidenti Vidadi Əhmədov, Yaşar Sultanov, Namazəli Məmmədov, Çingiz Abbasov, Nəsimi Tovuzlu, Fikrət Məmmədov, Çingiz Qəribli və başqaları iştirak edib. Natiqlər kitabın əhəmiyyətindən, Tovuz futbolunun ənənələrindən, "Turan"ın uğurlarından, rayonda yetişən istedadlı futbolçulardan danışıblar.
Dünən isə şəhər stadionunda Qərb Regional Futbol Federasiyasının (QRFF) növbədənkənar konfransı keçirilib. Konfransda Regional Futbol Federasiyaları İctimai Birliyini vitse-prezidenti Rüfət Əmirov və həmin federasiyanın məsul işçisi Füzuli Nəcəfov, Tovuz, Qazax, Şəmkir, Ağstafa və Gədəbəy rayonlarının nümayəndələri iştirak edib. Konfrans işə 1946-cı ildə qəza nəticəsində faciəvi şəkildə dünyasını dəyişmiş futbolçuların abidəsi önünə gül qoyulması ilə başlayıb. Sonra nümayəndələr konfrans keçirilən otağa toplaşıb.
Rüfət Əmirov konfransın işini aparmaq üçün sədr və katibin seçilməsinin zəruriliyin diqqətə çatdırıb. Füzuli Nəcəfov sədr, Rasim Əliyev katib, Rəşid Məhərrəmov isə hesablayıcı komissiyanın sədri seçilib.
Konfransda aşağıdakı məsələlər müzakirə olunub:
1. Qərb Regional Futbol Federasiyasının prezidenti Mehdi Salmanovun istefasının qəbul edilməsi.
2. Qərb Regional Futbol Federasiyasına yeni prezidentin seçilməsi.
Konfransın sədri Füzuli Nəcəfov birinci məsələ ilə bağlı çıxışında qeyd edib ki, QRFF-nin prezidenti işləmiş Mehdi Salmanov 2012-ci ildən bu vəzifəyə seçilib. O, bu il yanvarın 15-də RFF-nin prezidenti İsgəndər Cavadova ərizə ilə müraciət edərək, tutduğu vəzifədən azad olunmasını istəyib. Konfransda Salmanovun istefasını qəbul edilib. Füzuli Nəcəfov həmçinin “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin 17 yanvar 2019-cu il tarixli iclasında QRFF prezidentliyinə Nadir Nəbiyevin namizədliyinin irəli sürüldüyünü bildirib. Başqa namizəd irəli sürülmədiyindən Nəbiyevin namizədliyi müzakirə olunub.
Çıxış edənlər hazırda klubda icraçı direktor kimi çalışan Nəbiyevin namizədliyini dəstəkləyiblər. Təklif yekdilliklə qəbul olunub. Beləliklə, Nadir Nəbiyev Qərb Regional Futbol Federasiyasının prezidenti seçilib. Yeni prezident etimada görə iştirakçılara təşəkkür etməklə yanaşı, futbolun inkişafına dəstək verməyə çalışacağını bildirib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar