28 yan 18:32gundem

“Kəpəz” rəsmilərindən Maşallah Əhmədova cavab gəldi

“Kəpəz” rəsmilərindən Maşallah Əhmədova cavab gəldi
İslam Abbasov: “Ora bizim yerimiz olmasaydı, rəhbərlik təyin etməzdi”
İslam Abbasovun “Kəpəz”də əsas söz sahibinə çevrilməsi, Vaqif Sadıqovun isə İdarə Heyətinə üzv seçilməsi gəncəlilər tərəfindən birmənalı qarşılamır. Qərbin paytaxtında və yaxın bölgələrdə yaşayan “Kəpəz”sevərlər kluba yerli kadrlardan birinin rəhbərlik etməli olduğunu əsas gətirir.
Ötən sayımızda Gəncə futbolunun iki veteran futbolçusunun – Maşallah Əhmədovla Mehman Allahverdiyevin fikirlərini diqqətinizə çatdırmışdıq. Mehman bəy əsasən “şişlə kababı yandırmayan” cavablarla yadda qalmışdısa, Əhmədov sözün əsl mənasında “od püskürmüşdü”. Özünün Müşahidə Şurasında yer almasını istəyən və buna görə ötən ilin sonlarında AFFA-nın baş katibi Elxan Məmmədovla görüşən ötənlərin məşhur futbolçusu narazılığını bu cür bildirmişdi: “İslam Abbasovla Vaqif Sadıqovun “Kəpəz”də işləyə biləcəyinə inanmıram. Orda Mehman Allahverdiyevdən başqa heç kim işləyə bilməz. Mehman gəlməyənə qədər Gəncədə futbol dirçəlməyəcək. Bunların ağlı var ki, Vaqifi Gəncəyə göndərirlər? “Kəpəz” nə İslamın yeridi, nə də Vaqifin. Gəncə nə Sumqayıtdı, nə Lənkəran, ora başqa yerdi. Gəncədə işləmək çox çətindi”.
Maşallah bəyin söylədiklərindən sonra diqqətlər söhbətdə adı hallanan iki şəxsə - Vaqif Sadıqovla İslam Abbasova yönəlməliydi. Heç şübhəsiz, gəncəli veteranın dediklərinin qarşılığında bu iki şəxsin də fikirləri olmalıdı. Hazırda Məşqçilər Komitəsinin sədri kimi Antalyada olan Sadıqovla əlaqə saxladıq. Vaxtilə çiyin-çiyinə futbol oynadığı Əhmədovun söylədiklərini eşidib bir müddət suan Vaqif bəyin mövqeyi loyal oldu: “İslam da, Vaqif də Gəncədə futbolu dirçəltmək istəyən insanlardandı. Bu gün əsas məqsədimiz sağlam qüvvə ilə birləşib “Kəpəz”i ayağa qaldırmaq, əvvəlki əzəmətini geri qaytarmaqdı. Bunun üçün vaxtilə bu komandanın şərəfini qorumuş Yunis Hüseynov, Vidadi Rzayev, Arzu Mirzəyev, Mehman Allahverdiyev və başqaları ilə əl-ələ verib işləməliyik. İndiyə qədər heç vaxt Gəncəni, Lənkəranı, yaxud Tovuzu bir-birindən ayırmamışıq. Bundan sonra da ayırmayacağıq. Hamısı bizimdi, hər bir şəhər və rayon, eləcədə də orda yaşayan insanlar bizə doğmadı. Rəhbərlik bizə etimad göstərirsə, işimizi vicdanla yerinə yetirməyə çalışacağıq. Bir şeyi unutmayaq ki, Azərbaycan futbolu deyəndə, ağla Gəncə gəlir. Bu gün kiməsə söz atmaq, artıq-əskik nəsə danışmaq lazım deyil. Hamımız əl-ələ verib, “Kəpəz”i çətin durumdan çıxartmalıyıq. Yenə deyirəm, ötənlərin futbolçuları ilə görüşüb müzakirələr aparmalı, çıxış yolları tapmalıyıq. Və əsas məqam, mən “Kəpəz”də əsas söz sahibi yox, İdarə Heyətindəki üzvlərdən biri olacam. İdarə Heyətində yer almağım isə müvəqqəti xarakter daşıyır. Klubdakı maliyyə probleminin yoluna qoyulması üçün İdarə Heyətinin yaradılması vacib idi ki, orda yer almaqla hansısa mənada töhfə verməkdən imtina etmədim”.
İslam Abbasovun fikirləri də təxminən Vaqif Sadıqovun düşündükləri kimi oldu: “Maşallah Əhmədovun öz fikirləridi. Elə görür, elə düşünür, elə də danışır. Kimsə deyə bilməz ki, danışma, açıqlama vermə. Hər kəsin fikir bildirmək imkanı var. Ora bizim yerimiz olmasaydı, rəhbərlik təyin etməzdi. İşdən qorxan adam deyiləm. Harda işləmişəmsə, bacardığımın ən yaxşısını etməyə çalışmışam. Artıq neçə vaxtdı “Kəpəz”dəyəm. Əlimdən gələni edirəm ki, yaxşı olsun. Şükürlər olsun, alnım açıqdı, üzüm ağdı. Hamının gözünün içinə dik baxa bilirəm. “Kəpəz”də olduğum dönəmdə hamıyla xoş münasibətim olub, fikirlərini dinləmişəm, nələrisə müzakirə etmişik. Bu gün bir məqsədimiz var – Gəncə futbolunu və “Kəpəz”i ayağa qaldırmaq. Bunun üçün isə hansısa mənada kömək etməyə çalışıram. İdarə Heyətinin tərkibi tam dəqiqləşsin, gəncəli veteranlarla görüşüb, söhbətləşəcəyik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar