21 yan 21:51gundem

Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı

Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı
“Zirə” gec də olsa, səhvini düzəltdi
Artıq 29 ildi ki, 20 yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakıya həmlə edərək görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirlərinə əl atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.
Premyer-liqa təmsilçiləri də hər il olduğu kimi, bu dəfə də yanvarın 20-də azadlıq uğurunda canlarını qurban verən şəhidlərimizi unutmayıblar. “Qarabağ”ın rəsmi saytı “Unutmadıq, unutdurmarıq” başlıqlı yazı ilə oxucularına 29 il əvvəl yaşananları bir daha xatırladıb. “Qəbələ”nin saytında yerləşdirilən “Başın sağ olsun, Vətən” sərlövhəli yazıda həmin məsum gecədə yaşananlar əksini tapıb. “Neftçi”nin saytı “20 yanvar – Xalqımızın Qəhrəmanlıq salnaməsi”, “Sumqayıt” ”20 yanvar – 29 il ötür”, “Keşlə” də eyni başlıqlı yazı ilə oxucularına facilə ilə bağlı ətraflı məlumat verib, şəhidlərin yaxınlarına səbir diləyiblər. Elitanın debütüntı “Sabah” və “Səbail”in rəsmi saytları hələ istifadəyə verilmədiyindən hər iki klubun “feysbuk” səhifəsində adını xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdıran şəhidlər yad olunub.
Ancaq elita təmsilçiləri arasında elə klub var ki, nədənsə onun saytı 20 Yanvar faciəsinə biganə yanaşıb. Söhbət “Zirə”dən gedir. Düzdü, “Sabah” və “Səbail”kimi Bakıətrafı qəsəbə təmsilçisinin “feysbuk” səhifəsində 29 il əvvəl yaşananlarla bağlı yazı paylaşılıb, hətta həmin dönəmdə çəkilən video-çarx da yerləşdirilib. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, “tələbələr” və “dənizçilər”in saytı olmadığından bu varianta əl atıblar. Bəs “Zirə”yə nə gəlib? Niyə sayt ola-ola, onlar da sosial şəbəkəyə üz tutublar? Əvvəl elə düşündük ki, ləqəbi “qaratallar” olub, hazırda heç “sərçə”yə də bənzəməyən klubun saytında texniki problemlər var. Buna görə də klubun mətbuat xidməti vəziyyətdən çıxmaq üçün bu yolu tutub. Ancaq sayta daxil olanda məlum oldu ki, bu yöndə heç bir problem yoxdu. Hətta yanvarın 18-də “Voluntari” ilə yoxlama görüşündən sonra portalda matçın hesabı və baş məşqçi Samir Abasovun fikirləri yerləşdirilib. Deməli, sayt işləyir, sadəcə, mətbuat katibi özünə əziyyət verib faciə ilə bağlı rəsmi sayta yazı və ya başsağlığı yerləşdirməyib. Buna isə biganəlikdən başqa ad vermək mümkün deyil.
“Zirə” rəhbərliyi unutmasın ki, hazırlıq dönəmində qarşılaşdıqları və ya üz-üzə gələcəkləri rəqiblərin azarkeşləri “Zirə” haqda məlumatı “feysbuk” səhifəsindən yox, rəsmi saytından əldə etməyə çalışırlar. Rəsmi sayt həm də klubun siması deməkdi. 20 Yanvarla bağlı portalda məlumat yerləşdirilsəydi, “Zirə” ilə maraqlanan 5-6 avropalı ən azı 29 il əvvəl yaşananlar barədə bilgi əldə edə bilərdi.
RƏŞAD
P.S. Günün ikinci yarısında “Zirə”nin rəsmi saytında da 20 Yanvarla bağlı ətraflı məlumat yerləşdirildi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar