12 yan 16:02gundem

“Neftçi” hücumçu və yarımmüdafiəçi transfer edəcək

“Neftçi” hücumçu və yarımmüdafiəçi transfer edəcək
Kamran Quliyev: “Azarkeşlərimiz əvvəlki kimi klubun damarıdılar”
“Meqa Sığorta” ilə əməkdaşlıq müqaviləsinin imzalandığı tədbirdə “Neftçi"nin prezidenti Kamran Quliyev brifinq keçirdi. Kamran bəy “ağ-qaralar”ın qış hazırlığını dəyərləndirməklə yanaşı, paytaxt təmsilçisinin transfer siyasəti ilə bağlı sualları da cavabladı.
- Komandamız artıq məşqləri bərpa edib, yanvarın 13-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaq. Keçirəcəyimiz 3 yoxlama oyununda rəqiblərimiz də bəllidi. Hər şey qaydasındadı. Paralel olaraq, transfer çalışmalarımızı davam etdiririk. Yaxın vaxtlarda bu məsələdə də yeniliklər olacaq.
- Albaniya mətbuatının yazdığına əsasən, Kvame Karikarini transfer etmək istəyən "Partizani" "Neftçi" ilə razılığa gələ bilmir. Bu iddia nə dərəcədə həqiqətəuyğundu?
- Doğru məlumat deyil. Bildiyim qədər hücumçumuza bir neçə təklif gəlib. Amma bunlar qeyri-rəsmi təkliflərdi. O mənada ki, "Neftçi"yə heç bir rəsmi müraciət olmayıb. Olanda da mətbuata məlumatlar tez çatır. Ona görə sizin də xəbəriniz olacaq.
- Sərfəli təklif müqabilində Karikarini buraxmaq fikriniz var?
- Ola bilər ki, daha çox təcrübə toplaması üçün icarəyə verək. Karikariyə ümidimiz tükənməyib. Keçmiş komandalarındakı statistikasına baxsaq, yetərincə məhsuldar futbolçu olduğunu görərik. Görünür, ilk 6 ay onun üçün çətin keçdi. Səbəbkar isə digər hücumçumuz Mirabdulla Abbasovdu. Bu da rəqabətin nəticəsidi. Amma inanmaq istərdik ki, Kvame özünü ya "Neftçi"də, ya da başqa klubda yaxşı forvard kimi göstərəcək, idman və ya maddi baxımdan bizə fayda verəcək.
- "Neftçi"də oyununun alınmamasının səbəbi haqda özü ilə danışmısız?
- Bunu Karikarinin özü də qəbul edir, anlayışla qarşılayır. Əməkdaşlarımız onunla daim ünsiyyətdədi. Bilir ki, hazırkı rəqabətdə Mirabdulla Abbasovdan bir addım geridədi. Başqa sözlə, Mirabdulla daha öndədi. Amma hər şey bir anda dəyişə bilər. Ona görə də heç bir hücumçu, ümumiyyətlə, bütün mövqelərin oyunçuları “boşalmamalıdılar”. Mən bunu belə görürəm. Ola bilsin, Abbasov daha çox çalışdı və daha şanslı oldu.
- Amma Karikari son müsahibələrində "meydanda daha çox olmalıyam ki, özümü göstərə bilim" deyib...
- Vaxt qazanmağın da öz şərti var. Baş məşqçimiz Roberto Bordin çox təcrübəlidi. Onun siyasətinə və futbola baxışına bələdik. Bəziləri başqa cür düşünə bilər, amma bu insanın düşüncəsi belədi: futbolçu əzmkar olmalı, məşqdə canını, bacardığını verməli, özünü maksimum dərəcədə ortaya qoymalıdı. Bunlar olandan sonra futbolçu oyunlarda meydana çıxa bilər.
- "Neftçi" liderliyini sonadək qoruya biləcək?
- İnşallah.
- Baş məşqçi hansı mövqelərə transferlər istəyib?
- Onunla bu haqda danışığımız olub. Dekabrın ortalarında Mamadu Mbocu transfer etmişik. Müdafiə xəttimizə transferlər tamamlanıb. Heyətə qapıçı Aqil Məmmədovu cəlb etmişik. Hazırda yarımmüdafiəçi və ola bilsin, hücumçu transfer etmək istəyirik. Hücumçu almaq şərt deyil. Oyunçu gətirmək xatirinə yox, keyfiyyətlisini almaq niyyətindəyik. Onu da nəzərə alın ki, qış bazarı "axşambazarı" kimi olur.
- Hazırda "Qəbələ"dən Stiven Jozef-Monroz və "Qarabağ"dan Bədavi Hüseynovu almaq istədiyinizə dair xəbərlər var...
- Onların heç birinə müraciət etməmişik. Hər ikisinin öz klubları ilə müqavilələri davam edir. Biz belə məsələlərdə həssasıq.
- Gözaltı etdiyiniz oyunçular var?
- Daha çox yarımmüdafiəçi axtarırıq. Bəli, var. Bir neçəsi ilə danışıq aparmışıq. Ola bilər ki, yaxın günlərdə yeni transferimiz gerçəkləşsin.
- Yeni hücumçunun gəlişi Karikarinin komandadan ayrılmasından asılı olacaq?
- Təbii ki... İlk növbədə Karikarinin özünə və kluba sərf edən təklif gəlsə, bu ya satış, ya da icarə olacaq.
- "Qarabağ" Reynaldonu komandaya qaytardı. Deyilənə görə, Riçard Almeyda da artıq düşərgədədi. Mövsümün ikinci hissəsində "Neftçi" və "Qarabağ" arasında daha qızğın mübarizə gedəcəyini düşünürsüz?
- Onsuz da mübarizə qızğındı. Biz ilk növbədə özümüzü fikirləşir və təbii ki, rəqibləri də izləyirik. Digər komandalar güclənir. Hətta bəziləri yanvarın əvvəlindən qış təlim-məşq toplanışına yollanıb. Bu, onların iddiasından və qarşıdakı iki dövrədə ciddi rəqabət olacağından xəbər verir.
- Reynaldonun özü də açıqlama verib ki, "Neftçi"dən ona təklif olub. Niyə onu komandaya cəlb edə bilmədiz? "Qarabağ" mənim üçün doğmadı" dedi, yoxsa maliyyə məsələlərində razılaşa bilmədiz?
- "Qarabağ" onun üçün doğmadı. Yəqin ki, buna görə o klubu seçdi.
- Mövsümün sonunda klubla "Forza Neftçi" azarkeş qruplaşması arasında uçurum oldu. Bəzi söz-söhbətlər var idi. Azarkeşlər də bəyanat yaydı...
- Heç bir uçurum yoxdu. Azarkeşlərimiz əvvəlki kimi klubun damarıdılar. Daim onları tribunalarda görürük. Onlar əsas komandamıza ən böyük dəstək verənlərdəndi. Onlarla görüşümüz də olub və problemlər arxada qalıb. Hamı bilir ki, "Forza Neftçi" klubdan idarə olunan bir struktur deyil. Bu, bir fanat qrupudu. İnanmaq istəyirik ki, problemlərimiz artıq arxadadı və öz komandalarını dəstəkləməyə davam edəcəklər.
- Birvaxtlar prezidenti olduğunuz "Sumqayıt" "Neftçi"ni ölkə kubokundan kənarlaşdırdı. Qış çempionu olduqdan sonra arxayınlıq yarandı və "Sumqayıt"a ona görə məğlub olduz, yoxsa "Neftçi"də həqiqətən də problemlər var?
- Bu, ağır məğlubiyyət idi. Amma hər məğlubiyyəti dərindən təhlil etməyə ehtiyac yoxdu. Çünki futbolda qalibiyyət və məğlubiyyətlər paralel gedir. Biz daha çox qalib gəlirik. "Sumqayıt"dan öncə uduzduğumuz matç da olub. Məsələn, avrokubokda. Hardasa yeni il ab-havası, insanların yeni illə bağlı planlarını qurması da təsirini göstərdi. Amma inanmaq istəyirəm ki, bu hal bir daha yaşanmayacaq. Bizim komandada peşəkarlar çoxluq təşkil edir. Klubda peşəkarlar işləməlidi. Məğlubiyyəti qəbul edirlər və bu məğlubiyyət səhvlərin təkrarlanmaması üçün onlara işarə idi. Komanda oyuna psixoloji cəhətdən lazımi qədər köklənməmişdi. Bunu futbolçulara da demişəm.
- Qış fasiləsində başqa klublardan "Neftçi"nin futbolçularına rəsmi təklif olub?
- Bəli, yerli oyunçularımıza yerli klublardan təkliflər olub. Çünki bizdə kifayət qədər güclü yerli oyunçu var. Rəşad Əzizli "Sumqayıt"a keçdi. Bir neçə ay öncə Rəşad özü bizə müraciət etmişdi ki, belə bir söhbət var. Onun ora getməsi təsadüfi hal deyil.
- Mirabdulla Abbasov istər İAM-ın, istərsə də “Futbol+”in seçimində ilin futbolçusu seçildi. Bunu gözləyirdiz?
- Onu təbrik edirəm. Bu il Azərbaycan futbolu üçün çətin oldu. Etiraf edək ki, başqalarından böyük fərqlə seçilən oyunçu yoxdu. Abbasovun bir il öncəki və indi statusu arasında böyük fərq var. Azərbaycan futbolunda 23-25 yaşlı oyunçuya “gənc və perspektivli” deyilir. Onun 23 yaşı var. Bu yaşda öz sözünü deməyi az da olsa, bacarıb. Jurnalistlərin ona bu münasibətini və dəstəyini, sadəcə, alqışlayıram. Çünki siz ona dəstək olduz, Mirabdullaya stimul verdiz ki, daha da yaxşı olsun.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar