12 yan 15:54gundem

“Neftçi”nin 4-cü tərəfdaşı “Meqa Sığorta” oldu

“Neftçi”nin 4-cü tərəfdaşı “Meqa Sığorta” oldu
Uğur İbrahimli: “Neftçi” ölkə futbolunun tarixidi və biz də bu tarixin bir parçası olmaq istəyirik”
Dünən “Bakcell Arena”da keçirilən tədbirdə “Neftçi” daha bir şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı. Sığorta bazarında fəaliyyət göstərən "Meqa Sığorta" bundan sonra “ağ-qaralar”ın tərəfdaşlarından biri olacaq. Saat 12-də başlayan tədbirdə flaqmanın prezdenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Uğur İbrahimli, Marketinq və PR idarəsinin müdiri Emin Quliyev və media nümayəndələri iştirak edirdi. “Neftçi”nin baş məşqçisi Roberto Bordin və kapitan Ruslan Abışovla vitse-kapitan Emin Mahmudov da tədbirə qatılanlar arasında idi.
Görüşü giriş sözü ilə “ağ-qaralar”ın mətbuat katibi Rüstəm Allahverdiyev açdı. Rüstəm bəy qonaqları təqdim etdikdən sonra tədbir haqda qısa məlumat verdi: “Bu günə kimi artıq 3 - Türk Hava Yolları, "Nike" və "Vita1000" şirkətləri ilə əməkdaşlıq müqaviləsi imzalanmışdı. “Meqa Sığorta” ilə onların sayı 4 oldu. Razılaşmaya əsasən klubun əsas və ikinci komandasının oyun formalarının arxa hissəsində “Meqa Sığorta”nın loqosu əksini tapacaq”.
Allahverdiyev çıxışını başa vurandan sonra sözü Kamran bəyə verdi. Klub prezidenti çıxışında bu tərəfdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirdi: “Hörmətli qonaqlar və mətbuat nümayəndələri, belə bir gündə klub olaraq sizlərlə birgə olmağımız çox xoşdu. Bu gün futbol ölkəmizdə ən kütləvi və ən çox maraq göstərilən idman növüdü. Klub olaraq güclənməyimiz və inkişaf etməyimiz üçün bu gün bir çox nüfuzlu şirkətlələ əməkdaşlıq edirik. İnanıram ki, bu cür dəstəkləyicilərimiz daha da artacaq. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Sevindirici haldı ki, bu gündən “Meqa Sığorta” şirkəti ilə önəmli əməkdaşlığın başlanmasına nail olduq. Əminəm ki, imzalanan müqavilə hər iki tərəf üçün xeyirli olacaq və gələcəkdə də davam etdiriləcək”.
Quliyevin ardından söz “Meqa Sığorta”nın İdarə Heyətinin sədr müavini Uğur İbrahimliyə verildi: “Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Bu tədbirdə iştirak şirkətimiz üçün çox qürurvericidi. “Neftçi” Azərbaycan futbolunun tarixidi və bu tarixdə adını yazmaqda davam edir. Fəxr edirik ki, tarixin yazılmasında bizim də payımız olacaq. Şirkətimizin sosial məsuliyyət layihələrində idmana dəstək həmişə mühüm yer tutub və “Neftçi” ilə əməkdaşlığın əsas məqsədlərindən biri cəmiyyətimizi sağlam həyata yönəltmək və futbolun kütləviliyini artırmaqdan ibarətdi. İnanıram ki, əməkdaşlığımız hələ uzun müddət davam edəcək”.
“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov isə bunları söylədi: “Əslində mənim çıxış etmək fikrim yox idi. Ancaq bir məsələni sizlərin diqqətinə çatdımaq istədim. Mən də vaxtilə “Meqa Sığorta”da çalışmışam. Həmin vaxt şirkət sığorta bazarında hələ yeni idi. Loqonun və rəngin seçilməsində mənim də müəyyən payım var”.
Çıxışlar başa çatandan sonra tərəflər arasında ilyarımlıq əməkdaşlıq müqaviləsi imzalandı. Ardınca isə Kamran bəy İbrahimliyə kürəyində “10” yazılmış formanı hədiyyə etdi. “Meqa Sığorta”nın İdarə Heyətinin sədr müavini də borclu qalmadı. Uğur bəy dünən doğum gününü qeyd edən Roberto Bordinə arxasında “54” yazılan formanı verdi. İtalyan mütəxəssis təbrikə görə təşəkkür etməyi unutmadı.
Bundan sonra isə media nümayəndələri həm klub rəsmilərinə, həm də “Meqa Sığorta”nın rəhbərliyinə suallar ünvanladı.
- “Meqa Sığorta”nın xidmətindən “Neftçi” fanatları da yararlana biləcək? Belə olacaqsa, onlara hansısa formada güzəştlər nəzərdə tutulub?
- U.İ.: - Bizim əsas məqsədimiz də elə budu. İstəyirik ki, müştərilərimizin sayı daha çox olsun. Heç şübhəsiz, əməkdaşlıq müqaviləsi çərçivəsində müəyyən güzəştlər nəzərdə tutulub. Bundan başqa, gələcəkdə müxtəlif layihələr də həyata keçirməyi planlaşdırmışıq.
- Niyə məhz “Neftçi”? Ola bilərmi ki, Elnur Eyvazovun klubun vitse-prezidenti olması seçiminizə təsir edib?
- U.İ.: - Bayaq çıxışımda da bildirdim ki, “Neftçi” ölkə futbolunun tarixidi və biz də bu tarixin bir parçası olmaq istəyirik. Buna qədər də bəzi idman tədbirlərində, məsələn, Şahmat Olimpiadasında sponsorlardan biri olmuşuq. Futbolda ilk addımımızdı. Elnur bəyin klubda çalışmasının seçimə heç bir təsiri olmayıb.
- E.E.: - Sözün düzü, mən özüm “MeqaSığorta”nın bizimlə əməkdaşlıq müqaviləsi imzalamaq istəyini yaxın günlərdə bilmişəm və bu mənim üçün xoş sürpriz oldu.
- Adətən, Avropada əməkdaşlıq müqaviləsinin maliyyə tərəfi ictimaiyyətə açıqlanır. Bizdə isə belə ənənə yoxdu. Siz açıqlaya bilərsiz?
- K.Q.: - Ən yaxşısı ənənəyə sadiq qalaq (gülür). “Neftçi” həmişə ənənələrə əməl edən klub olub. Özünüz də bilirsiz ki, klubun loqosu və rəngi artıq neçə illərdi dəyişmir. Eyni yolla davam etsək, yaxşı olar. Onsuz da yeni qərara əsasən hər bir premyer-liqa klubu öz saytı vasitəsi ilə il ərzində bir dəfə maliyyə hesabatını açıqlayacaq. Həmin hesabatda hər şey əksini tapacaq. Onda sponsorlardan gələn gəlirlərlə tanış ola biləcəksiz.
Mətbuat konfransının ardından zala üzərində "Neftçi" və "Meqa Sığorta"nın loqolarının əksi olan tort gətirildi. Klub və şirkət rəhbərliyi Bordinlə birgə tortu kəsdilər. Tədbirin sonunda isə media nümayəndələri və qonaqlar üçün çay süfrəsi təşkil olundu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar