09 yan 10:57gundem

Antalya əvvəlki Antalya deyil...

Antalya əvvəlki Antalya deyil...
...və ya yarıtmaz sınaqçı-rəqib seçimi
Premyer-liqa içtirakçılarının hamısı təlim-məşq toplanışına start verib. Əksər klublar hazırlığın ilk mərhələsini ölkədə gerçəkləşdirib, daha sonra Antalyaya üz tutacaq. Lakin iki elita iltirakçısı artıq Türkiyədədi. “Sabah”la “Qarabağ” hazırlığa birbaşa qardaş ölkədə başladı. Onu da qeyd edək ki, yanvarın 13-dən sonra heç bir komanda vətəndə olmayacaq. Çünki klublarımızdan ən gec Antalyaya üz tutanlar məhz qeyd etdiyimiz tarixdə ölkəni tərk edəcək. Onların dönüşü isə yanvarın 27-dən gec olmayacaq. Daha erkən qayıdanlar da olacaq, lakin Antalyada maksimum qalanlar ayın 27-də geri dönəcək.
Təbii, qış fasiləsində komandalarımızın Antalyaya üz tutması illərdi davam edir. Yayda da qardaş ölkəyə yollananlar olur. Ancaq mövsümlərarası fasilədə başqa ölkələrə də üz tutanlar tapılır. Qış fasiləsində isə ənənə pozulmur, “köçəri quşlar” Bakıdan Antalyaya səfər edir. Klubların bu baxımdan seçimini müəyyən mənada anlamaq olar. Ən əsası Türkiyənin bu bölgəsində toplanış üçün lazımi şərait var və sınaqçı-rəqiblər tapmaq mümkündü. Çünki təkcə bizimkilər yox, bir sıra başqa çempionatların içtirakçıları da toplanış üçün Antalyanı seçir. Saysız-hesabsız otelləri və futbol meydanları ilə öyünə bilən bu bölgə klubları özünə cəlb edir. Bundan başqa, qardaş ölkəyə səfər maddi baxımdan da klublarımızın işinə yarayır.
Ancaq son illər vəziyyət bir qədər dəyişib. Ardıcıl bir neçə il Antalyada qış aylarında hava şəraiti heç də əlverişli olmur. Klublarımızn üzləşdiyi yağıntılı, futbol oynamaq üçün elə də uyğun sayılmayan hava şəraitinin şahidi olmuşuq. Ümumi səbəbin iqlim dəyişikliyi olmasını qeyd etməyə ehtiyac yoxdu. Bunu hər kəs anlayır. Sadəcə, ortada bir fakt var ki, Antalyaya əvvəlki axın yoxdu. Artıq əksər klublar bu aylarda daha əlverişli hava şəraitinin hökm sürdüyü Pireney və Ərəbistan yarımadasını seçir. İspaniya, BƏƏ kimi ölkələrdə futbol meydanlarının, otellərin olması komandaların toplanış üçün ora üz tutmasını şərtləndirir. Ola bilər, qiymətlər bir qədər yüksək olsun. Lakin komandalar mövsümün ikinci yarısına, yaxud da “yaz-payız” sistemi ilə keçirilən çempionatlarda növbəti “futbol ili”nə yüksək səviyyədə hazırlaşmaq istəyir. Bu üzdən Antalyaya axın əvvəlki səviyyədə deyil və ölkəsinin iddialılarından olan klubların əksəriyyəti Türkiyə varinatına isti yanaşmır. Düzdü, bəziləri hazırlığın ilkin mərhələsi üçün bu ölkəyə üz tutur. Ancaq fiziki durumu qaydasına qoyduqdan sonra yoxlama oyunları üçün başqa ölkələrə, yuxarıda adını çəkdiyimiz yerlərə yollanırlar. Təbii, istənilən komandanın durumunu, çatışmazlıqları görmək üçün yoldaşlıq oyunları əvəzsiz sınaqdı. Bunun üçün isə oyunların əlverişli hava şəraitində və güclü rəqiblərlə keçirilməsi vacibdi. Hazırda bizimkilərdən başqa, Antalyaya əsasən Şərqi Avropa ölkələrindən və Mərkəzi Asiyadan klublar gəlir. Rusiyanın iddialıları isə yoxlama oyunları üçün, adətən, İspaniyaya üz tutur. Şimal qonşularımızın elə bir iddası olmayan və aşağı liqa təmsilçiləri təlim-məşq toplanışı üçün Türkiyəni seçir.
Öncə onu qeyd edək ki, təmsilçilərimizin rəqiblərinin heç də hamısı bəlli deyil. Bu baxımdan "Sumqayıt"ın vəziyyəti daha acınacaqlıdı. Belə ki, "kimyaçılar" qardaş ölkədə 4 yoxlama görüşü planlaşdırsa da, rəqiblərdən heç biri bilinmir. Yalnız 3 komandanın - “Qəbələ”, “Qarabağ” və “Neftçi”nin bütün rəqibləri açıqlanıb. “Sabah”, “Səbail” və “Keşlə”nin 1, “Zirə”nin isə 2 yoxlama oyununda hansı kollektivlə qarşılaşacağı məlum deyil. İndi isə dəqiqləşən siyahını diqqətinizə çatdıraq.
Neftçi - Qaz Metan (Rumıniya), Slovan (Çexiya), Beroe (Bolqarıstan)
Qarabağ - Botoşani (Rumıniya), Paxtakor (Özbəkistan), Bohemians (Çexiya), Pyast (Polşa), Şaxtyor (Donetsk, Ukrayna)
Səbail - Aqvital (Macarıstan), Desna (Ukrayna), Kaysar (Qazaxıstan)
Sabah - Əskişəhərspor (Türkiyə), Tobol (Qazaxıstan), MTK (Budapeşt, Macarıstan)
Qəbələ - Meppen (Almaniya), Yenisey (Rusiya), Fakel (Rusiya), MTK (Budapeşt, Macarıstan)
Keşlə - Özbəkistan U-23, Konkordiya (Rumıniya), Çertanovo (Rusiya)
Zirə - Taraz (Qazaxıstan), Konkordiya (Rumıniya)
Elə təkcə siyahıya nəzər salanda, əlavə şərhə ehtiyac qalmır. Göründüyü kimi, bu komandalar arasında çıxış etdiyi çempionatda ab-havanı müəyyənləşdirənlər çox azdı. Yalnız hazırda Ukrayna çempionatında lider olan “Şaxtyor”u fərqləndirmək mümkündü. Qeyd etdiyimiz kimi, Donetsk təmilçisi ilə “Qarabağ” yoldaşlıq görüşündə üz-üzə gələcək. Bundan başqa, “Paxtakor”un da adını çəkə bilərik. Vaxtilə avrokuboklarda bizimkilərə rəqib olan “Pyast”, MTK və “Slovan” kimi komandalar isə ölkəsinin ortabablarından sayılır. Sınaqçı-rəqiblər arasında Rusiyanın üç klubu var ki, onlardan yalnız biri – “Yenisey” elitada mübarizə aparır. Hərçənd bu komanda da hazırda turnir cədvəlinin sonuncusudu. Qalan iki Rusiya klubu isə divizion təmsilçiləridi. “Sabah”ın qarşılaşacağı “Əskişəhərspor” da Türkiyə 1-ci liqasında autsyaderlər qrupunda qərarlaşıb. Rəqiblər arasında Rumıniya təmsilçiləri də yetərincədi. Ancaq siyahıda adı olan Rumıniya klublarının hamısı hazırda turnir cədvəlində 8-ci və daha aşağı pillərdə olanlardı. Bir sözlə, sınaqçı-rəqibləri saf-çürük edəndə klublarımızın heç də uğurlu seçim etmədiyini görə bilərik. Hamıya bəllidi ki, komandanın əsas problemləri, çatışmazlıqları güclü rəqiblərlə duellərdə üzə çıxır. Antalyanın isə bu mənada klublarımız üçün artıq o qədər də əlverişli məkan sayılmaması gercəkliyi ilə barışmalıyıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar