08 yan 15:35gundem

Əfqan Həmzəyev sürpriz vəd etdi və “açdı sandığı, tökdü pambığı”

Əfqan Həmzəyev sürpriz vəd etdi və “açdı sandığı, tökdü pambığı”
“Komitədə olsam, gərək 6 nəfərin arxasınca danışım”
Son vaxtlar sosial şəbəkədə xeyli fəallaşıb. Şərhlərindən hiss etdik ki, “tüfəngi doludu”. Ondan soruşacaqlarımız var idi. Ki, Elçin Məmmədov, Anar Salmanov, Vüsal Əliyev kimi silahdaşlarından fərqli, səni Hakimlər Komitəsinə niyə dəvət etmədilər? Komitə bir yana, inspektor kimi də işə yaramırsan? Premyer-liqa oyunlarına daha çox ehtiyat hakim kimi təyinat alan Əmrah İbrahimov qədər də deyilsən? Deyəsən, “barıtı tünd etdik”, çünki səs-küylü müsahibə verdi. Əfqan Həmzəyevi hələ bu qədər sərt danışan görməmişdik. İlişmədiyi adam qoymadı.
- Deyəsən, çimərliklə bağlı planların var. Yeni il ərəfəsində sorağın Moskvadan gəlirdi.
- İlk növbədə “Futbol+” qəzetinə təşəkkürümü bildirirəm. Bir idman adamı kimi məndən tez-tez müsahibələr götürür, diqqətdə saxlayırsız. O ki qaldı Rusiyanın paytaxtına səfərimə, bildiyiniz kimi, mən 2 ildi mini-futbol üzrə beynəlxalq hakimlər komitəsinin sədr müaviniyəm. Artıq yeni sistem qururuq. Dünyanın 18 ölkəsindən hakimlər bizim A siyahımıza daxil olub. Hansı ki, həmin ölkələrdə mini-futbol geniş inkişaf edib. Həmin hakimlər çoxdan hakimlik edirlər. 2017-ci ildə Tunisdə təşkil olunan dünya çempionatında hakimlər qrupunun rəhbəri idim və ondan qabaq 4 ölkədə seminar keçirdim. Seminarın yekunlarına əsasən 18 hakim seçdim. Bizim sədrimiz Moez Bentalem Tunisdəndi. O, 7 il futzal üzrə FİFA hakimi olub. Komitə üzvlərindən biri Fernando Penadı, o Meksikadandı. O da 6 il FİFA hakimi olub. Hazırda Meksika Mini-Futbol Federasiyasında hakimlər qrupunun rəhbəridi. Həmçinin Şimali Amerika hakimlər kollegiyasının – həm böyük, həm də mini-futbolda - üzvüdü və Amerika futbol liqasında inspektordu. Bir sözlə, sözünü demiş hakimlərdəndi. Komitənin başqa bir üzvü Canluka Fenazzi İtaliyadandı. Keçmiş futbolçudu, “Torino”nun, “Leççe”nin şərəfini qoruyub. Hazırda İtaliyanın 3-cü və 4-cü liqalarına inspektor kimi təyinat alır. İtaliya Mini-Futbol Federasiyasının sədridi. Yəni bunların hamısı futbol adamıdı. Dünya Mini-Futbol Federasiyasının sədri isə Filip Çudadı. 10 ildən artıqdı mənlə dostdu. Çexiyadandı, əvvəl FİFA-da işləyib. Çexiya parlamentinin üzvü və Çexiya - Rusiya dostluq komitəsinin sədridi. Yəni həm də siyasət aləmində nüfuzlu şəxsdi. Məni şəxsən dəvət etdi və sistem qurmağı tapşırdı. Qurum üçün seminarlar təşkil edir və hakimlər yetişdirirəm. Bu il oktyabrın 10-21-i aralığında Avstraliyada mini-futbol üzrə dünya çempionatı olacaq. Dünyanın 32 komandasının mübarizə aparacağı nəhəng turnirdi. Mundialı idarə edəcək hakimləri müəyyən etmək üçün yenidən seminarlara start vermişik. Rusiyaya da bu məqsədlə getmişdim. İlk seminarımız yeni il ərəfəsində Moskvada baş tutdu. Orda 28 hakim üçün seminar keçirdim və onların arasından ikisini seçdim. Növbəti seminarımız İraqda olacaq, apreldə ora gedəcəm. Asiyadan 32 hakim dəvət etmişik, yəqin həmin toplanışdan da 3-nü və ya 4-nü seçəcəyik. Üçüncü səfərim mayda Nigeriyanın Laok şəhərinə olacaq. Orda Afrika qitəsindən seçəcəyik. İki gün nəzəri, bir gün fiziki olmaqla, üç günlük seminarın yekununda daha 3 ədalət təmsilçisini müəyyənləşdirəcəyik. Sonuncu seminar Braziliyanın San Paulu şəhərində olmalıdı. Ancaq hələ vaxtını dəqiqləşdirməmişik. Ya iyulun sonu, ya da avqustun əvvəlində olmalıdı. Tarixin dəqiqləşməməsi mənim qrafikimə görədi. Çünki bildiyiniz kimi, mən həm də Azərbaycanda Futnet Federasiyasının baş katibiyəm və Bakı yayda beynəlxalq turniri qəbul edəcək. Həmin turnirin tarixi dəqiqləşmədiyi üçün sonuncu seminarın günü də müəyyənləşməyib. Beləliklə, Braziliyada seçimimizi tamamlayıb DÇ üçün 18 hakimin adına aydınlıq gətirəcəyik.
Bu yaxınlarda isə sizə sürprizim olacaq (gülür).
- Nə məsələdi? Bəlkə sirr saxlamayasan.
- Beynəlxalq futbol qurumlarından birinə yüksək vəzifəyə getmək şansım var. Ancaq bu barədə detalları açıqlamaq istəmirəm. Adi məsələ deyil, dövlət səviyyəsində diplomatik sənədləşmə olmalıdı. Rəsmiləşsin, geniş mətbuat konfransı keçirəcəm. Səs-küylü bir təyinat olacaq və Azərbaycanın imicinə xidmət edəcək. Elə vəzifəyə gedəcəm ki, Azərbaycanda məni sevənlər üçün xoş, sevməyənlər, kölgəmdən qorxanlar üçün qıcıq olacaq. Burda təklənməyimə, sıxışdırılmağıma baxmayın, mən Azərbaycanın oğluyam və ölkəmə xidmət edəcəm.
- Deməli, Azərbaycanın hüdudlarını aşmağa hazırlaşırsan. Biz isə sənin halına acıyır, Hakimlər Komitəsində və ya inspektorların siyahısında yer almamağına təəssüflənirdik. Halbuki Elçin Məmmədov, Anar Salmanov kimi həmkarların yeni komitənin üzvləridi.
- Bir futbol adamı, uzun illər hakimlik etmiş və bu gün də bu sahədə Azərbaycanı ölkədən kənarda uğurla təmsil edən biri kimi mənə etimad göstərilməməsinə münasibətim necə ola bilər? Çox pis. Əfqan Həmzəyev 12 il FİFA referisi statusu daşıyıb. Bir nəfər göstərin ki, bu qədər uzun müddətdə fəaliyyət göstərsin. Nə komitədə, nə də kənarda eləsi yoxdu. Öz çempionatımızda ən çətin, həmkarlarımın ayağının əsdiyi oyunlara məni göndəriblər. Qorxmamışam, getmişəm. İndi nə oldu, heç kimin yadına düşmədim? Frits Stuxlik bura gələndə AFFA-da görüş olmuşdu və hamını, veteran hakimləri də, hətta bir neçə məşqçini də ora çağırmışdılar. Yalnız Əfqanı unudublar. Ancaq “feysbuk”da bir nəfərin statusuna şərh yazan kimi zəng vururlar.
- Kim zəng vurub?
- Elçin Məmmədov. Dedim sənin komitədə işinin adı nədi: sosial şəbəkələrdəki statuslara nəzarət etmək, yoxsa kimisə təhdid etmək, hədələmək?
- Axı bildiyimə görə, Stuxliklə görüşmüsən?
- Sədrlə bir-birimizi çoxdan tanıyırıq. Eyni turnirdə bir yerdə olmuşuq. Bura gələndən sonra 3 dəfə görüşmüşük. Məni AFFA-ya dəvət etmişdi. Bir dəfə 2, bir dəfə 1 və bir dəfə də yarım saat söhbət etmişik. Amma görünən odu ki, Hakimlər Komitəsində çox şey onun iradəsindən kənarda həll olunur. Yəqin “yuxarılar” mənim orda olmağımı istəmir.
- Onunla nə danışdız? Ümumiyyətlə, Stuxlik necə adamdı?
- Geniş söhbətimiz oldu, vəziyyəti başa saldım. Avstriyalı savadlı, yüksək mədəniyyətə sahib insandı.
- Səncə, ətrafı sağlam deyil?
- Mənim Elçin Məmmədovun, Anar Salmanovun şəxsiyyəti ilə işim yoxdu. Komitəyə necə düşüblər, kimin əli ilə dəvət alıblar, heç nə deyə bilmərəm. Bacarırlar, lap yaxşı. Ancaq nə iş görəcəklər və ya görürlər, söhbət budu. Geridə qalan 3-4 ay ərzində heç nə yoxdu ortada. Gözləməyə də dəyməz. Yenilik təkcə köhnələri uzaqlaşdırmaq deməkdi? Əksinə Əli Hüseynovu, Xaqani Məmmədovu, Gülağa Cabbarovu hakimlik institutunun, sistemin formalaşdırılmasına cəlb etmək lazım idi. Çünki pis-yaxşı – bugünkü hakimləri onlar yetişdiriblər. Gülağa Cabbarovu necə bəyənməyə bilərsən ki, FİFA-ya namizəd təqdim etdiyin Raufun atasıdı. Qurban Qurbanovu millidən kənarlaşdırarkən “iki yerdə işləyə bilməz” deyənlər nədənsə Hakimlər Komitəsinin tərkibini məhz “bir əldə iki qarpız tutanlar”dan formalaşdırıb. Əliyar Ağayev istedadlı hakimimizdi, FİFA-da birinci kateqoriyaya yüksəlib. Buna görə onu təbrik edirəm. Ancaq niyə komitənin ştatlı üzvüdü, başa düşmürəm. Əksinə, o diqqətini bir istiqamətə yönəltməlidi ki, daha çox irəli getsin. Dünyanın heç yerində hakimlik karyerasını davam etdirən bu yaşda komitə üzvü yoxdu, olmamalıdı. Vüsal Əliyev, Şahin Cəfərov həm komitə üzvüdü, həm də inspektor. Nədənsə AFFA-nın baş katibi bu məsələlərə diqqət yetirməyib, yetirmək istəməyib.
- Bu açıqlamalarla “körpüləri tam yandırdığının” fərqindəsən? Nəinki komitədə yer, çox güman, heç inspektor kimi də dəvət almayacaqsan.
- Heç marağında da deyiləm. Mən elə mühitdə işləyə bilmərəm. Orda olsam, gərək 6 nəfərin arxasınca danışım. Çünki komitədəkilər vaxtilə, çox güman, elə indi də bir-birinin arxasınca danışan insanlardı. Ancaq mənim buna nə həvəsim, nə də etikam imkan verir. Mən öz xidmətimi sırf Stuxlikə təklif etmişdim. Bu, komitənin tərkibi tam təsdiqlənməmişdən əvvəl olmuşdu. Məni yaxşı tanıyırsız, jurnalist dostlarım çoxdu. Bilirsiz ki, təkəbbürlü insan deyiləm. Bunu məni tanıyan, əqidəmə bələd olan hər kəs bilir. Savadıma, qabiliyyətimə, bacarığıma arxayınam ki, komitəyə metodiki işdə kömək edə bilərdim. Bir müqayisə aparım: Bakı Dövlət Universitetində də riyaziyyat, tarix fənni keçirlər, Azərbaycan Dövlət Pedaqoji Universitetində də. Ancaq fərqli metodika ilə, çünki biri elmi nəzəriyyə ilə bağlı istiqamət verir, digəri pedaqogikanı da öyrədir. Mən hakimlərə metodikanı başa sala bilərəm. Ən azı müəllim ailəsində böyüdüyüm, ali təhsil aldığım üçün bu qabiliyyətə sahibəm. Bu yaxınlarda AFFA-da seminar təşkil olunmuşdu. Kiros Vassarasın mühazirəsini dinləyənlərdən neçəsi onu başa düşürdü? İnandırıram ki, çoxu anlamadı. Tərcümə heç də həmişə effektli olmur. Amma Əfqan Vassarasın nə dediyini anlayacaqdı, yenilikləri gənc həmkarlarına başa salacaqdı. Deməli, itirən təkcə mən olmadım...
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar