06 yan 13:27gundem

“Kəpəz”də maaş problemi davam edir

“Kəpəz”də maaş problemi davam edir
Klub Ziyabil Məmmədovun əməliyyatına görə 2500 manat borcu ödəməyib
Ötən saylarımızın birində “Kəpəz”də maliyyə böhranının yaşandığını, komanda üzvlərinin maaş üzünə həsrət qaldığını bildirmişdik. Bu məlumatı bizə redaksiyamızla əlaqə saxlayan, ancaq adının çəkilməsini istəməyən bir qrup futbolçu demişdi. Digər divizion təmsilçilərinin bayram ərəfəsində əməkhaqqı aldıqlarını bildirən “sarı-göylər”in oyunçuları AFFA-nın “Kəpəz”ə belə ögey münasibətindən narazı qaldıqlarını bildirmişdilər.
Artıq bayram başa çatıb, görəsən, Gəncə təmsilçisinin şərəfini qoruyan futbolçular maaşlarını ala bildilər? Bu suala cavab tapmaq üçün adının çəkilməsini istəməyən komanda üzvü ilə əlaqə saxladıq. Və məlum oldu ki, “Kəpəz”in oyunçularının pulsuz günləri davam edir: “Bayrama görə bir qəpik də pul verilmədi. Bu üzdən yeni ili qara bayram kimi keçirdik. Yiyəsiz klubun aqibəti məhz belə də olmalıdı. Bilmirik dərdimizi kimə deyək, kimdən yaramıza məlhəm umaq. Uşaqlar məşqə gəlməyə belə pul tapmırlar. Görünür, yiyəsiz klubun gözəgörünməz sahiblərinə Qusmao kimi futbolçular sərf edir. Onun adı ilə pul yemək daha münasibdi. Bizi isə saya salan yoxdu. Belə komanda, futbolçuya belə münasibət olar? Sonra da hamı deyir ki, Gəncə futbolunun tarixi ənənəsi var, bu şəhərdə həmişə yaxşı futbolçular olub. Kim mətbuata, televiziyaya çıxır, çıxışını yalan üzərində qurur. Kimə yaltaqlanırlar, kimə özlərini baha satmağa çalışırlar, başa düşmürük. Qaradan tünd rəng yoxdu ki? Niyə bəziləri qorxularından səslərini çıxarmırlar, mənə çatmır. Sözün həqiqi mənasında gülməli vəziyyət yaranıb. Futbolçusuna bayram keçirmək üçün 10 qəpik verməyən klubun rəsmiləri uşaqlar üçün Yeni il bayramı təşkil edir. Ola bilsin, futbolçulardan heç nə qazana bilmədiklərindən “uşaqlara bayram” adı altında yeni yeyinti variantını düşünüblər. Futbolçular isə hələ də oktyabr, noyabr və dekabrın maaşını almayıb”.
Həmsöhbətimiz Ziyabil Məmmədovun başına gələnlər barədə də məlumat verməyi unutmadı: “Ziyabil son turlar ərəfəsində üzündən zədələndi. Daha dəqiq desəm, üz sümüyü sındı. Klub onu əməliyyat etdirdi. Ancaq bu günə kimi əməliyyat üçün tələb olunan 2500 manat ödənilməyib. Hər gün xəstəxanadan zəng vurub pullarını tələb edirlər. Bütün bunlardan sonra sabah hansısa oyunçunun başına bir iş gəlsə, həmin xəstəxana ona yardım edər? Təbii ki, yox. Klub rəsmiləri üçün əsas uşaqlara bayram keçirmək lazımdı. Çünki belə tədbirlərdən özləri qazanır, uşaqlara çatan isə quru qəlet və bir-iki ucuz konfetdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar