04 yan 23:22gundem

Samir Abasov transfer limitini qapıçıda itirmək istəmir

Samir Abasov transfer limitini qapıçıda itirmək istəmir
“Mən hər dəqiqə qərarını dəyişən adam deyiləm”
Klublar qış fasiləsi start götürən kimi heyətlə bağlı çalışmalara start verdi. Premyer-liqa iştirakçılarından bəziləri bu baxımdan fəaldı, bəziləri isə işini yavaş-yavaş görür. Çempionatın ilk yarısındakı nəticələri ürəkaçan olmayan “Zirə” də transfer çalışmalarını həyata keçirir. “Sumqayıt”dan Bəxtiyar Həsənalızadəni rənglərinə bağlayan qəsəbə təmsilçisi 3 futbolçu ilə vidalaşıb. Adil Nağıyev, Anar Nəzirov və Vüsal İsgəndərli bundan sonra karyerasını başqa klubda davam etdirəcək. Adilin “Sumqayıt”a keçidi rəsmiləşibsə, Anarın “Qəbələ”nin uğurları üçün tər tökəcəyi deyilir. Yalnız Vüsalın karyerasını hansı klubda davam etdirəcəyi bilinmir. Dünən “Zirə”nin baş məşqçisi Samir Abasovla əlaqə saxlayıb, transfer məsələləri ilə bağlı fikirlərini öyrəndik.
- Artıq “Zirə”dən qısa zamanda 3 futbolçu gedib. Halbuki ayrılanların sayının bu qədər çox olacağını gözləmirdik. Çünki heyət o qədər də geniş deyil. “Yarpaq tökümü” problem yaratmayacaq?
- Problem deyəndə ki, gedənlərin əvəzinə oyunçu götürməyə çalışırıq. Sadəcə, bizdən asılı olmayan səbəblər var. İstədiyimiz futbolçular var, hələ ki gəlmirlər. Səbəbləri haqda isə daha öncə danışmışam. Söhbət legionerin karyerasını Azərbaycanda davam etdirmək istəyindən, onu razı salmaqdan gedir. Biz də onların tərəddüdlərindən əziyyət çəkirik. İndiki məqamda gedənlərin bizim üçün problem olub-olmayacağını deyə bilmərəm.
- Hər halda, mətbuat konfranslarında daha çox oyunçu almaq haqda düşündüyünüzü deyirdiz. Üçü gedib, biri gəlib.
- Gəlin belə danışaq. Yalnız Anarın məsələsi fərqli oldu. O, özü mövsümün ilk yarısı başa çatandan sonra getmək qərarını verdi. O birilərin ayrılacağı isə artıq bəlli idi. Biz özümüz buna qərar vermişdik. Öncədən bilirdik və buna da hazır idik. Onlar qalsaydı belə, 2-3 oyunçu almaq haqda düşünürdük. Ancaq getdilər deyə, tələsib kimlərisə götürmək fikrimiz yoxdu. İstədiklərimiz razı olacaqsa, götürəcəyik. Əks halda, belə də davam edəcəyik.
- Konkret neçə futbolçu almağı planlaşdırırsız? Yenilər hamısı əcnəbi olacaq, yoxsa yerlilərdən də gözaltı etdiyiniz oyunçular var?
- Yerli futbolçu alımaq fikrimiz yoxdu. Sadəcə, Bəxtiyarı Adillə dəyiş-düyüş etmişik. Çünki yerli oyunçu yoxdu. İstədiklərimiz klublarındadı. Əcnəbi oyunçu almağı isə düşünürük. Onların da sayı 2, maksimum 3 ola bilər.
- Anarın gedişindən sonra qapıçı almaq haqda düşünürsüz?
- Xeyr, belə bir fikrimiz yoxdu.
- Komandada olan “çərçivə qoruyucuları”nın kifayət edəcəyi fikrindəsiz? Kamal Bayramovdan başqa əlinizin altında gənc Abdulla Seyidəhmədov var...
- İnşallah, kifayət edər. Hətta Kamal da getsəydi belə, legioner qapıçı almaq fikrimiz yox idi. Çünki həmin legioner almaq limitini qapıçıda itirmək fikrimiz yoxdu. Komandada olan iki qapıçıya güvənib, bu durumla barışıb, mövsümün axırına kimi belə davam etməliyik.
- “Zirə”dən yenə də ayrılan ola bilər? Yoxsa getməyə namizədlər artıq komandadan ayrılıb? Bundan sonra heç kim “Zirə”ni tərk etməyəcək?
- İnanmıram ki, bundan sonra kimsə getsin. Sadəcə, 2-3 oyunçumuz var ki, aqibətlərinin necə olacağı haqda danışmışıq. Yəni qarşıdakı oyunlarda nə qədər şans qazanacaqlar, nə qədər oynayacaqlar. Həmin futbolçulara öz fikrimizi bildirmişik. Artıq qərar onlarındı. Çox güman, heç kim getməyəcək.
- Bildiyimizə görə, Vüsal əvvəlcə getmək istəyib, daha sonra fikrini dəyişib və “Zirə”də qalmaq istədiyini bildirib. Sırf getmək fikrinə düşdüyünə görə onu saxlamaq istəmədiz?
- Yox-yox. Əvvəlcədən özü rəhbərliyə də yaxınlaşmışdı, mənim köməkçilərimə də dəfələrlə demişdi ki, qalmayacam, gedəcəm. Biz də qərarımızı vermişdik ki, çempionat başa çatandan sonra sakitcə yolları ayıracağıq. Ondan sonra nə oldu, nə olmadı – bilmirəm. Sadəcə, mən hər dəqiqə qərarımı dəyişən adam deyiləm. Ona görə də Vüsalla yolarımızı ayırdıq. Konkret olaraq öz istəyi ilə oldu.
- Son vaxtlar sizinlə futbolçular arasında münasibətlərin elə də yaxşı olmadığı haqda söz-söhbət gəzir. Bu üzdən klubdan gedənlər olduqca, həmin informasiyanın doğruluğuna dair şübhələr yaranır. Adı çəkilən futbolçuların məhz münasibətlərin qaydasında olmaması üzündən klubdan ayrıldığını düşünməyə əsas var?
- Belə deyim, Anarı başa düşmək olar. Onun özü ilə də danışmışıq. Detalları açıqlamaq istəmirəm. Yaxşı olar ki, özündən fikir öyrənəsiz. Nə olubsa, özü danışsa, daha düzgün olar. Sırf qapıçılarla bağlı “kim gedəcək, kim qalacaq” kimi düşüncəmiz yox idi. Hamısı ilə yola davam edəcəyimizi fikirləşirdik. Nəzirovun yaşını nəzərə alsaq, fikirlərinə, qərarlarına hörmətlə yanşamağa məcbur idik. Bu gün Anar maddiyyatı, gələcəyi fikirləşir və biz bununla razılaşıb, barışıb, yolları ayırdıq. Burda nə bizim Anarla problemimiz oldu, nə də onun bizimlə. Adamı başa düşdük və bu qərarı verdik, vəssalam. Getmək istəməsi baş məşqçi ilə bağlı məsələ deyildi.
- Belə deyək, münasibətlər normaldı, sadəcə, hərə öz karyerasını düşünür.
- Təbii. Münasibət pis olsaydı, bəs Vüsalın yenidən “Zirə”də qalmaq istəyi nə idi? Həmin dəqiqə konkret deyərdi ki, gedirəm. Qalmaq istəməsi o deməkdi ki, baş məşqçiylə bağlı verilən qərar deyil. Sadəcə, nələrsə yazırlar, belə şeylər də normaldı, arada olur.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar