18 dek 18:39gundem

Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar

Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar
Xəyalə Əzizzadə: “Bu günə qədər belə tərbiyəsizlik görməmişdim”
Frits Stuxlik Hakimlər və Hakim-İnspektorlar Komitəsinə rəhbər təyin olunandan sonra formalaşdırdığı komanda və həyata keçirdiyi yeniliklər heç də hamı tərəfindən xoş qarşılanmır. Əli Hüseynovun dönəmində nümayəndə kimi birinci divizion və elita oyunlarına təyinat alanların bir çoxlarının islahatlardan sonra kənarda qaldığını, bu üzdən narazılığın baş qaldırdığını ötən saylarımızın birində diqqətinizə çatdırmışdıq. Artıq onların sırasına hakimlər, özü də FİFA statuslu ədalət təmsilçiləri də qoşulub. Onlardan biri də Xəyalə Əzizzadədi. 4 il sinəsində FİFA loqosu daşıyan Xəyalə xanım aparılan islahatlardan sonra nəinki beynəlxalq dərəcəli hakim adından məhrum olub, hətta artıq çempionat oyunlarına da təyinat almır. Bununla bağlı mətbuata açıqlama verən Əzizzadənin bugünlərdə Stuxlikin yeni formalaşdırdığı komitə üzvlərindən biri tərəfindən hədələndiyini eşitdik. Kimin ona nə dediyini, ümumiyyətlə, nələrin yaşandığını bilmək üçün Xəyalə xanımla əlaqə saxlamağı lazım bildik. Xanım ədalət təmsilçisi telefonla yox, üzbəüz görüşməyin tərəfdarı olduğu bildirdi. Yalnız bu halda danışacağını, ürəyini boşaldacağını söylədi. Onun istəyini nəzərə alaraq, soyuq dekabr axşamında Əzizzadə ilə görüşdük.
- Bugünlərdə sizin yenicağ.az saytına müsahibəniz ajiotaj doğurub. Bildirmisiz ki, artıq sizə - FİFA laysmanına çempionat oyunlarında belə təyinat vermirlər. Bunun səbəbini bilmək istərdik.
- Dekabrın əvvəlində hakimlərdən normativ götürüldü. Həmin testlərdən sonra hazır olmadığımı bildirib, məni ofsayda saldılar (gülür). İnanırsız, əsəbimdən gülürəm. Bunu hansı əsasla etdikləri hələ də mənə qaranlıqdı. İstər futbol biliyim, istərsə də fiziki durumum qaydasındadı. Sadəcə, nə etmək istədiklərini, nəyə görə mənə qarşı belə davrandıqlarını bilmirəm. Bu yay 19 yaşa qədər qızlar arasında keçirilən Avropa çempionatının final mərhələsinə yollanmamışdan öncə fiziki hazırlıqdan test vermişəm və bütün normativləri yerinə yetirmişəm.
- Gəlin bir qədər dəqiq danışaq. Həmin testləri nə vaxt vermisiz?
- İyulun 16-da imtahan vermişəm. 18-də isə oyunlar başlayıb.
- Cəmi 5 ay öncə imtahandan üzüağ çıxan hakim nəyə görə Azərbaycanda oyunlardan kənarlaşdırılıb?
- Bilmirəm. Stuxliklə Elçin Məmmədov dekabrın 5-də keçirilən testi verə bilmədiyimi bəhanə edib, bu qərarı veriblər. Müsahibəmdə dediyim kimi, dünyanın heç bir yerində yağışlı havada normativ götürmürlər. Təsəvvür edin ki, biz qaçış zolağına çıxdığımız zaman bir neçə dəfə zolağı sudan təmizləmək istəsələr də, xeyri olmadı. Oğlanlardan 20 nəfərdən yalnız ikisi testlərdən uğurlu çıxdı, 18-i isə normativləri yerinə yetirə bilmədi. İmtahandan sonra evə gəlib, Stuxlikə e-mail yazıb imtahandan narazı olduğumu bildirdim. Zədəli olmağıma baxmayaraq, birinci imtahanda 30 metrlik sprintləri tələb olunan minimum həddən də yaxşı vermişdim. FİFA-nın tələbinə uyğun olaraq, bu məsafədə minimum göstərici 5,10 saniyə olmalıdı. Mənim isə imtahan zamanı ən pis nəticəm 4,95 olub. 33 dəfə 75 metri vaxtından əvvəl qaçmışam. Hətta normativlər zamanı Ceyhun Haşımov, Anar Salmanov sürətimi bir qədər azaltmağımı istəyib. Dekabrın 5-də yenidən imtahan verməyimi istədilər. Qeyd etdiyim kimi, hava da yağışlı idi. Birincidə dedilər ki, avadanlıq xarab oldu. İkinci dəfə yarıyolda avadanlığın yenidən sıradan çıxdığını bildirdilər. Üçüncüdə isə sanki bilərəkdən məni çaşdırdılar. Gah dedilər “qaç”, gah da “gözlə” komandası verdilər. Bunlar hamısı bir tərəfə. Siz atletika mütəxəssislərindən də soruşun. Görün yağışda normativ vermək nə dərəcədə düzgündü? Heç yerdə belə şey yoxdu. Buna baxmayaraq, yenə də inanmıram ki, nəticələrim kimdənsə pis olsun. Fritsə yaxınlaşıb, söz demək istədim. “Finiş” deyib danışmaqdan imtina etdi.
- Etirazınıza reaksiya oldu?
- Mənə heç kim cavab yazmadı. Yalnız müsahibəmdən sonra Elçin Məmmədov mənimlə əlaqə saxladı və kişiyə yaraşmayan sözlər söylədi.
- Məmmədov sizə nə dedi?
- Ardıcıl bir neçə dəfə zəng vurdu. Bir neçə zənginə cavab vermədim. Görəndə ki, əl çəkmir, telefonu açdım. O mənə hədə-qorxu gəldi, hətta buna hədə-qorxu yox, həyasızcasına üzə durmaq deyərdim. Artıq neçə illərdi hakimlik edirəm. Bu günə qədər belə tərbiyəsizlik görməmişdim. Nə ailəmdə, nə ətrafımda belə şey olub. Mən ona “ağzınıza gələni danışmayın” dedim.
- Mümkünsə, konkret danışardız. Elçin bəy telefon danışığında sizə nə dedi?
- Mənə “gedib həyasızcasına müsahibə vermisən, sən mənim tələbəm olmamısan” söylədi. Bəli, mən onun tələbəsi olmamışam. Bunu hər yerdə etiraf edirəm və bundan çəkinmirəm. Məmmədov bizə dərs keçəndə qaydalardan başqa nədən desən, danışırdı. Hətta evə gəlib deyirdim ki, bu nə dərslərdi? Ağzına gələni danışırdı. Necə yatarsız, nə bilim sizi aparacam meşəyə və s. Ondan əvvəl Gülağa Cabbarov bir ay, Valentin İvanov isə bir həftə bizə dərs keçmişdi. Hər iki şəxsin dərslərindən çox şey öyrəndik. Özüm futbol oynadığımdan, belə dərslər mənim üçün asan gəlirdi. Ancaq Elçin...
- Həmin dərslərdə yalnız xanım hakimlər iştirak edirdi, yoxsa kişi ədalər təmsilçiləri də olurdu?
- Xeyr, oğlanlar da olurdu. Bizi isə məcbur edirdilər ki, onun dərslərində iştirak edək. Əks halda, oyun almayacağımızla bağlı qorxudurdular. Biz də işimizin xatirinə dərslərə gedirdik. Mənə ən çox təsir edən, bilirsiz, nədi? Yaxşı, tutaq ki, məni normativləri verə bilmədiyimə görə FİFA siyahısından çıxarıblar. Bəs nəyə görə çempionat görüşlərinə göndərmirlər? İmtahan verməyənlər hər tur təyinat alır, mən kənarda qalmışam. İnsanı belə sındırmaq olmaz. Qadın hakim kimi mən hər zaman qatıldığım turnirlərdə ölkəmin adını uca tutmuşam, çalışmışam ki, Azərbaycan hakimlik məktəbinin adına xələl gətirməyim. Komitənin “çox sağ ol”u budu mənə? Bu il yığmaların elit raundunda iş başında olmuşam. Həmin turnirdə yüksək qiymət aldığma görə AÇ-nin final mərhələsinə də təyinat almışam. Orda da ümidləri doğrultdum. Ondan sonra Makedoniyada seçmə mərhələ oyunlarında iştirak etmişəm.
- Bayaq qeyd etdiyimiz məqama qayıdaq. Elçin bəy sizə “niyə belə müsahibə vermisən” sualını verib. Burda hədələyici, təhqiramiz heç nə yoxdu axı...
- Mən ona “olanı demişəm, artıq heç nə deməmişəm ki” cavabını verdim. O mənə zəng vuran vaxt başverənlərlə bağlı atamla birgə ölkə başçısına teleqram vurub gəlirdik. Bu haqda da ona məlumat verdim. Əvvəlcə mənə adımın FİFA siyahısından çıxarılmasında rolunun olmadığını bildirdi. Mən də öz növbəmdə hər şeyin qanun çərçivəsində həll olunması, obyektiv araşdırılma aparılması üçün hörmətli prezidentimizə müraciət etdiyimizi dedim. Mənə nə desə yaxşıdı?
- Nə?
- “Kimə istəyirsən, yaza bilərsən, mən heç kimdən qorxmuram” dedi.
- Əlinizdə bununla bağlı hər hansı fakt var? Sabah Məmmədov sizi yalan danışmaqda, böhtanda ittiham edə bilər.
- Onun mənə dediklərinin hamısı telefonumun yaddaşındadı. İstənilən qurumlara səs yazısını təqdim edə bilərəm. Görün bu insan özünü nə sayır ki, hətta ölkə başçısına şikayətdən belə çəkinmir. Mən indi ölkə başçısının müraciətimə cavabını gözləyirəm. İlham Əliyev hər zaman “biz idmançıların dostuyuq” deyir. Buna görə də inanıram ki, müraciətim cavabsız qalmayacaq. Məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşmək niyyətindəyəm. Zəng vurub katibəsi ilə danışmışam və durum barədə məlumat vermişəm. O da bildirdi ki, baş katib yaxın günlərdə səni qəbul edəcək. Elxan müəllim hər zaman bizə - qadın hakimlərə xüsusi diqqət ayırıb. Harda görürsə, problemlərimiz və işimizlə maraqlanır. Oyunlarımızı izləyir. İnanıram ki, o da məsələyə etinasız yanaşmayacaq. AFFA-da nə qədər kişi çalışır. Onlar məni, Səbaili qoruyub saxlaya bilmirlərsə, Elçin Məmmədov kimilərin ayağına verirlərsə... Başqa söz tapa bilmirəm.
- Bu yerdə ortaya istər-istəməz sual çıxır. Elçin bəyin sizinlə nə prinsipi var?
- Birinci imtahandan öncə ondan xahiş etdik ki, bizi rayon oyununa göndərməsin. Səbəbini də izah etdik ki, imtahanımız var. “Yaxşı” desə də, dekabrın 3-də bizi ən uzaq rayona – Naftalana göndərdi. 4-də geri qayıdıb 5-də artıq imtahana çıxdıq. Bir də mən ona deyirdim ki, bəzi FİFA laysmanları var ki, onları burda baş hakim kimi oyuna göndərirsən, ancaq məni yox. O da “FİFA-dan çıx, səni baş hakim kimi matçlara göndərim” deyirdi. Səbəbini isə heç vaxt deməyib. Bilirsiz, o necə adamdı? Hər dəfə bizə mehriban olmağı, söz-söhbətin yaşanmamasını məsləhət görsə də, özü daim aramızda intiriqa yaratmağa çalışıb. Ondan buna, bundan ona söz aparıb-gətirir. İmtahandan sonra mənə “narahat olma, 2019-un FİFA siyahısında yer almısan” demişdi. Bəs hanı? Təsəvvür edin, dekabrın 5-də imtahan verdik. Ertəsi FİFA-nın siyahısında adım var idi. Bir gün sonra Stuxlik zəng vurub adımın siyahıda olmadığını bildirdi. Bu nə deməkdi? Bunların nə marağı var?
- Sizcə, bu gün qadın hakimlər arasında adı FİFA siyahısında yer alanlar yerlərini haqq ediblər?
- Yuliya Qurbanova və Səbail Qurbanova mənim baş hakimim olub və yeri haqq edib. Yuliana Güvəndiyeva mənim kimi artıq neçə ildi FİFA hakimidi. Aybəniz də həmçinin. Güllurə yenidi, hələ heç bir beynəlxalq oyuna təyinat almayıb. Onu da bildirim ki, hamısı imtahanı verib.
- Adı FİFA-ya göndərilənlərin yerlərini haqq etdiklərini bilirdiz. Belə olan harda kim və ya kimlərsə kənarda qalmalıydı ki, onlardan biri də siz olduz. Məncə, hər şey qanunauyğundu.
- Siyahıda boş yerlər qalıb. Limit 6-dı. Ancaq nədənsə bizi ordan çıxarıblar. Çox təəccüblüdü ki, boş qalan yerə də namizəd yoxdu. Heç kimin adı siyahıya əlavə olunmayıb.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar