11 dek 20:02gundem

Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək

Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək
Elxan Məmmədov: “Yeni baş məşqçi ilə danışıqlar zamanı AÇ-2020-nin niyə vacib olduğu izah ediləcək”
İcraiyyə Komitəsnin srağagün keçirilən toplantısından sonra AFFA-nın baş katibi Elxan Məmmədov brifinqdə jurnalistlərin suallarını cavabladı.
- İclasda nələr müzakirə olundu?
- 4 əsas məsələ var idi. Biri millinin son bir ildəki nəticələri idi. Sonra müxtəlif yaş qrupları üzrə yığmaların baş məşqçilərinin müqavilələrinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olundu. Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin hesabatı dinlənildi. Həmçinin lisenziyalaşdırma ilə bağlı “A” meyarına uyğun olaraq, maliyyə şəffaflığı ilə bağlı müvafiq qərar qəbul edildi.
Bildiyiniz kimi, Qurban Qurbanov ötən il milliyə baş məşqçi təyin edilmişdi və o eyi zamanda “Qarabağ”ı da çalışdırırdı. Nəticələrə və fəaliyyətə baxıldıqdan sonra qərar qəbul edildi ki, fəaliyyətini bir işdə davam etdirsin və yığmanın baş məşqçisi kimi müqaviləsinə xitam verilsin. Bizim üçün “Qarabağ”ın beynəlxalq arenada və daxili çempionatda uğurlu çıxışı və gələcək inkişafı çox vacibdi. Başa düşürük ki, iki komandanın baş məşqçisi olmaq çox ağır yükdü. Ötən il İK qərarı qəbul edərkən düşünürdü ki, bu yük və məsuliyyət elə də ağır deyil. Ancaq təcrübə göstərdi ki, 4 fərqli yarışda – “Qarabağ”la premyer-liqada, ölkə kubokunda, Avropa Liqasında, yığma ilə isə Millətlər Liqasında işləmək çox çətindi. Buna görə də müqaviləyə xitam verildi. AFFA prezidenti və İK üzvləri Qurban müəllimə minnətdarlığını bildirdi. O son 12 ayda əziyyət çəkdi. Təəssüf ki, Millətlər Liqasında uğurlu nəticə əldə olunmadı, ancaq böyük əziyyətlərə qatlaşdı.
Ötən il müxtəlif yaş qrupları üzrə millilərə də yeni təyinatlar edilmişdi. Yalnız Vüqar Məmməd daha əvvəldən AFFA ilə əməkdaşlıq etmişdi. Biz bu bir ildə məşqçilərdən çox şey gözləyirdik. Ancaq gördük ki, uğursuz nəticələr oldu. Ümumi olaraq uzunmüddətli strategiya və plan təqdim olunmadı. Elit raunda yüksələn U-19-un çalışdırıcısı Vüqar Məmməd istisna olmaqla, digər yığmaların məşqçiləri ilə müqavilələrə də xitam verildi.
UEFA-nın yeni tələbləri nəzərə alınaraq, klubların daxilində maliyyə şəffaflığı təmin olunmalıdı. İK qərar qəbul etdi ki, klublar ildə bir dəfə gəlirləri ilə bağlı məlumatları şəffaf şəkildə ictimaiyyətə təqdim etməlidi. Xərc hissələri ilə bağlı isə hələlik yalnız uşaq futboluna ayrılan vəsaitlər açıqlanmalıdı.
Hakimlər Komitəsinin sədri son 3 ayla bağlı hesabat təqdim etdi. Növbəti 13 aylıq planlar təqdim edildi. Hesabat qəbul olundu.
- Açıqlamalarınız bir-birini inkar edir. Qurbanovla ötən il uzunmüddətli müqavilə bağlanması İK üzvlərinin yanlış qərar qəbul etdiyini göstərmir ki? Digər tərəfdən, Qurbanov “Qarabağ”ı düşünülərək göndərilirdisə, aşağı yaş qrupları üzrə millilərdəki məşqçilərlə yollar niyə ayrılır?
- İK-nın ötən il qərar qəbul edərkən nəzərə aldığı amillər var. Hər addım müzakirə olunmuşdu. Deyilmişdi ki, bu, ağır yükdü, iki komandada baş məşqçi olmaq çətindi və bu Qurbanovdan soruşuldu. O da qeyd etdi ki, bu yükü götürməyə tam hazırdı. Heç kim deyə bilməz ki, hər qərar yüz faiz doğrudu. Bəzi üzvlər tərəfindən də etiraf olundu ki, həmin vaxt bu məsələyə daha dərindən baxılmalıydı. Onu da qeyd edim ki, ötən il millinin 70 faizi “Qarabağ”ın futbolçularından ibarət idi, ancaq indi belə deyil. İkinci suala gəlincə, müxtəlif yaş qrupları üzrə yığmalara il ərzində çox sayda təlim-məşq toplanışları təşkil olundu. Demək olar ki, hər ay bunlar təşkil olunub. Ancaq biz gördük ki, bunun faydası yoxdu. Məsələn, U-17 nəticə vermir, həm də intizam yoxdu. Komanda beynəlxalq oyuna çıxırsa və 4 “qırmızı” alırsa, qarşılaşmadan sonra düşərgədə intizamsızlıq yaşanırsa, bu komandanın böyük problemidi. İK da başa düşür ki, bunları həll etməliyik. Söhbət tək nəticədən getmir, qələbə qazanmaq da, uduzmaq da olar, “feyr-pley”i pozmamalıyıq. Dünyada bunu ciddi təbliğ edirlər. Gənc futbolçularımız da buna uyğun davranmalıdılar. U-19-un nəticəsi oldu və Vüqar Məmmədlə yola davam edəcəyik.
- Millinin yeni baş məşqçisi əcnəbi olacaq? Onu da nəzərə almaq lazımdı ki, Avropa çempionatının seçmə mərhələsinə çox az vaxt qalıb.
- İcraiyyə Komitəsinin üzvləri və AFFA prezidenti artıq katibliyə tapşırıq verib. Namizədlərin siyahısı hazırlanmalı və rəhbərliyə təqdim olunmalıdı. Söhbət əcnəbi və ya yerli mütəxəssisdən getmədi. Namizədləri Məşqçilər Komitəsi ilə müzakirə edəcəyik. Onların fikrini bilmək çox vacibdi. Namizədlərin siyahısı hazırlanacaq və rəhbərliyə təqdim olunacaq.
- Yığmanın yeni baş məşqçisini İK üzvləri təsdiq etməlidi. Bunun üçün isə yenidən iclas keçirilməlidi. Növbəti toplantı nə vaxt olacaq?
- AÇ-nın seçmə mərhələsinə az vaxt qalıb və yeni məşqçi komandasını tanımalıdı. İlin sonunda və ya yanvarın əvvəlində növbəti iclasımız olacaq.
- Kosovo ilə oyundan sonra Qurban Qurbanov hər şeyə sıfırdan başlamaq lazım olduğunu demişdi. Siz nə düşünürsüz?
- Təbii ki, baş məşqçi futbol tərəfini fikirləşir. Lakin mən deyə bilmərəm ki, Qurban müəllim nəyi düşünür.
- Hakimlər Komitəsinin tərkibində kimlər yer alacaq?
- Bütün strukturu təqdim edəcəyik.
- Millinin uğursuzluqlarından sonra mediada və sosial şəbəkələrdə daha çox sizin adınız çəkilir. Niyə çoxları elə düşünür ki, Elxan Məmmədov Azərbaycan futbolunu məhv edir?
- Növbəti həyatımda futbolçu olmağa çalışaram. Bilirsiz, süni şəkildə hər şey ola bilər. Sərbəstlikdi, hər insan istədiyi fikri səsləndirə bilər. Təbii ki, təhqirə yol vermədən. Biz sağlam tənqidi alqışlayırıq, bundan nəticə çıxarmağa çalışırıq. İnsanın şəxsi həyatı da belədi. Hər insan sağlam tənqidi qəbul etməlidi. Bu gün AFFA olaraq, bütün millilərə dəstək göstərmişik. Elə bir təlim-məşq toplanışı yoxdu ki, subyektiv yanaşaq və onu ləğv edək. Bu, dəfələrlə müzakirə olunur. Biz şərait yaradırıq, uşaq futboluna dəstək veririk.
- Uşaq futboluna diqqət ayrılsa da, heç bir səviyyədə inkişaf olmur. Bunun səbəbi nədi?
- Bu suala klublar cavab verə bilər. AFFA 10-dan başlayaraq, 19 yaşa qədər futbolçular arasında yarışlar təşkil edir. Ola bilər, səhv etmişik, 7-8 yaşlı uşaqlar üçün çempionatlar olmalıdı. UEFA uşaq futboluna görə klublara pul ayırır və bu vəsaitə yaxşı akademiya təşkil etmək olar.
- İstər Berti Foqts, istər Robert Prosineçki, istərsə də Qurban Qurbanov yığmada çalışdığı dönəmdə futbolçu qıtlığından şikayətçi olublar. Bu cümlənin işlədilməsində sizin və AFFA-nın günahı nə qədərdi?
- Hazırda çempionatımızda 8 komanda çıxış edir. Limitə uyğun olaraq, minimum 5 yerli futbolçu meydanda olmalıdı. Deməli, ehtiyatda da onları əvəzləyəcək daha 5 oyunçu oturur. Bu artıq bir komandada 10 yerlinin olduğunu göstərir. Adi riyazi hesablama apardıqda rəqəmin 80 olduğunu görürük. "Sumqayıt" daha çox yerli futbolçulara güvənir, onların sayı daha çoxdu. "Sumqayıt" milliyə düşə biləcək və orda oynayan futbolçulara güvənir və bu yaxşı haldı. Keyfiyyətə gəlincə, kəmiyyətdən keyfiyyətə keçidi nə AFFA, nə də PFL müəyyən edə bilər. Ona görə də bu sualları klublara vermək lazımdı. Ola bilər ki, hardasa səhv var. Düşünmürəm ki, bizdə seçim azdı. İstərdik ki, 200 nəfər olsun, amma fakt olan budu. Robert Prosineçki deyirdi ki, 45 nəfər seçimim var. Berti Foqtsun vaxtnda 12 komanda var idi və o 60 nəfər olduğunu bildirirdi.
- “Klublarda maliyyə şəffalığı olmalıdı” deyirsiz. Bir qədər əvvəl qeyd etdiz ki, premyer-liqa təmsilçiləri gəlirlər barədə ictimaiyyətə məlumat verməlidi. Xərcləri göstərmək isə vacib deyil. Təəssüf ki, ikili müqavilələr də əsas komandalarda olur. Şəffaflığın təmin olunmasını istəyirsizsə, xərclərin açıqlanması daha vacib məqamdı…
- İki il ərzində 100 faizlik şəffaflıq sistemi tətbiq olunacaq. Bunun üçün vaxt lazımdı. 24 ay arzində mərhələ-mərhələ bunu həyata keçirmək istəyirik. Bu gün AFFA-nın gəlirləri də, xərcləri də şəffaf şəkildə açıqlanır. Son 9 ildə belə işləmişik. İctimaiyyət bilməlidi ki, klub nə qədər pul xərcləyib, sponsordan nə qədər maliyyə daxil olub.
- Düzdü, AFFA müxtəlif yaş qrupları arasında liqalar təşkil edir. Ancaq struktur düzgün deyil sanki. Məsələn, hər yaş qrupunda minimum 12 komanda iştirak edir ki, ilin sonunda onlardan yalnız 4-ü final mərhələsnə yüksəlir. Qalan 8 komandadakı uşaqlar 4 aydan sonra yarışlardan məhrum olduqları üçün “itib-batırlar”.
- Tam razıyam. Bernard Lippertin hesabatında əsas qırmızı xətlə qeyd olunanlar da məhz bunlar idi. Bu, böyük problemdi. İstəyirik hər liqada finalçılar müəyyənləşəndən sonra ikinci kubok yaradaq ki, bu da əlavə stimul olsun. UEFA özü də bu intensivliyi nəzərə alıb, UEL-2-ni yaratdı. Klublar yayda böyük pullar xərcləyib yeni oyunçular transfer edirlər. Lakin komanda qrupdan çıxmayanda artıq həmin oyunçulara ehtiyac duyulmur.
- AÇ-2020-nin seçmə mərhələsi üçün hədəf nə olacaq?
- Hədəf əvvəlki illərə müqayisədə daha yaxşı nəticə qazanmaqdı. Ancaq gəlin, əvvəlcə yeni baş məşqçini müəyyənlədirək, sonra hədəflər barədə danışaq.
- Hədəf baş məşqçiyə görə dəyişir?
- Yox, təbii ki, dəyişmir. Ancaq biz reallığı nəzərə almalıyıq. 2020-ci il çempionatı bizim üçün çox vacibdi. Çünki evsahibliyi edəcəyik. Vəsiqə qazansaq, iki oyunu Bakıda keçirəcəyik. Yeni baş məşqçi ilə danışıqlar zamanı AÇ-2020-nin niyə vacib olduğu izah ediləcək. 2016-da demirdik, 2024 üçün də ola bilər deməyək. Ancaq indi bu çox vacibdi.
- Yeni baş məşqçidən tələblər nə olacaq?
- Eyni tələblərdi. Daha yaxşı nəticə qazanmaq və AÇ-2020.
- Daha yaxşı nəticə deyəndə nəyi nəzərdə tutursuz?
- Əvvəlki illəri nəzərə almalıyıq.
- Qrupda 4-cü yer?
- 4-cü yer və ya 11 xaldan çox. Ancaq 2020-ci il bizim üçün xüsusilə vacibdi.
- Bernard Lippert işinə davam edəcək?
- Müqavilə müddəti davam edir. Ola bilər ki, gələn il tərk etsin.
- Dediz ki, aşağı yaş qruplarının məşqçilərinin istefası nəticə verməmələrinə görə oldu. Ancaq onlara nəzarət etməli olan şəxs postunda qalır ki, bu da ziddiyyət yaradır...
- Son 12 ayda Lippert ancaq müşahidə edirdi. Gənclərdən ibarət millinin baş məşqçisi şərt qoymuşdu ki, onların işinə heç kim qarışmasın. Buna görə də Məşqçilər Komitəsinin üzvləri də, Lippert də daha çox müşahidəçi kimi gedirdi oyunlara.
- 10 ildi AFFA-nın baş katibisiz. Uğursuzluqlar olduqca, baş məşqçilər dəyişdirilir. Mümkün deyil ki, bu qədər uğursuzluğun fonunda AFFA-nın strukturunun rolu olmasın. Ancaq nəyə görəsə federasiyada hər hansı istefa, dəyişiklik müzakirə olunmur. Absurddu ki, idarəçilərdə heç bir problem yoxdu...
- Bu, sizin şəxsi fikrinizdi. Absurd sizin üçün görünə bilər, futbol ictimaiyyətində belə fikir səsləndirilməyib.
- Sosial şəbəkələrdə hər kəs sizi səbəbkar görür...
- Sosial şəbəkələri əsas götürə bilmərik. Geniş futbol ictimaiyyəti var, AFFA-nın üzvləri var, dolayı üzvləri var və s.
- Hakimlər qışda harda toplanış keçəcəklər?
- Stuxlik gələcəklə bağlı planlarını açıqladı. Xaricdə təlim-məşq toplanışı istəmədi. Bildirdi ki, Mingəçevirdə toplanışa üstünlük verir. Çünki bu fasilədə daha çox fiziki və psixoloji amillər üzərində işləmək lazımdı.
- Bəs oyun təcrübəsi?
- O bildirdi ki, qış fasiləsində təcrübəyə üstülük verməyəcək. Bu dövr ərzində daha çox fiziki cəhətdən inkişafa nail olmağa çalışacaq.
- Premyer-liqada klub sayının artırılması nəzərdə tutulub?
- Müzakirə olunmadı.
- Mövsümün sonunda Region Liqasından birinci diviziona yüksələn komanda olacaq?
- Region Liqası uğurlu layihə alındı. Növbəti iclaslarda bu məsələ qaldırılacaq. İstəyirik ki, orda əlavə stimul olsun və bu da ondan ibarətdi ki, peşəkarlığa keçid üçün imkan yaradılsın.
- Qurban Qurbanov İcraiyyə Komitəsindən getmək istədiyini bildirdi. Bu məsələyə nə vaxt baxılacaq?
- Bu məsələ hər il martda keçirilən Hesabat Konfrasında müzakirə olunacaq. Yeni üzvlər orda seçilir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar