11 dek 16:54gundem

Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq!

Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq!
Vaqif Sadıqov: “Yanaşmanız məntiqlidi”
Qurban Qurbanovun millinin baş məşqçi postundan göndərilməsi AFFA İcraiyyə Komitəsi adlı “Şaxta baba”nın erkən sürprizi oldu. 46 yaşlı mütəxəssis 2017-ci il noyabrın 3-də keçirilən iclasda baş məşqçi vəzifəsinə təyin olunmuşdu. Başqa sözlə, o, ölkənin bir nömrəli komandasında 400 gün duruş gətirdi. Bu müddətdə yığmanı 12 oyuna çıxardı ki, debütü yanvarın 30-da Türkiyənin Antalya şəhərində Moldova (0:0) ilə yoxlama görüşündə reallaşdı. Ardınca Belarus (0:1), Makedoniya (1:1), Qırğızıstan (3:0), Qazaxıstan (0:3) və Latviya (3:1) ilə yoxlama görüşlərində də millinin başında olan Qurbanov bir o qədər (6) də rəsmi xarakter daşıyan matç keçirdi. O, Millətlər Liqasında Kosovo (0:0, 0:4), Malta (1:1, 1:1) və Farer adaları (3:0, 2:0) ilə oyunlarda yığmanın “sükanı arxasında” oldu və 6 qarşılaşmada 2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət ilə yadda qaldı.
Azərbaycan səviyyəsində ən titullu məşqçi olan, “Qarabağ”la avrokuboklarda tarix yazan Qurban Qurbanov da millini keyfiyyətcə yeni mərhələyə çıxara bilmirsə, deməli, bu ölkədə bunu bacaracaq ikinci belə mütəxəssisin namizədliyi müzakirə olunmamalıdı. Bu, Qurbanovun şəxsiyyətinə də qeyri-etik münasibət olar. Bəs qərara imza atanlardan biri olan, İcraiyyə Komitəsinin üzvü, həmçinin Məşqçilər Komitəsinin sədri vəzifəsini daşıyan Vaqif Sadıqov bu barədə nə düşünür? Qurbanovun xələfi yerli, yoxsa əcnəbi mütəxəssis olmalıdı: “İclas dünən olub, bu gün də bazar günüdü. Hələ ortaq fikrimiz yoxdu. Yeni iş həftəsi başlasın, yığışıb müzakirə aparacağıq. Qaydalara uyğun olaraq, baş məşqçi məsələsini katiblik, AFFA-nın texniki departamenti və Məşqçilər Komitəsi birgə məsləhətləşmələr əsasında müəyyənləşdirməlidi. Bəli, sizin “ölkənin ən yaxşı məşqçisi göndərilibsə, yenisi əcnəbi olmalıdı” yanaşmanız da məntiqlidi. Ancaq bu barədə qərarı mən tək vermirəm. Onu deyə bilərəm ki, İcraiyyə Komitəsi təkcə millini düşünməyib Azərbaycan futbolunun mənafeyi naminə belə qərar qəbul etdi. “Qarabağ”ın da mənafeyi nəzərə alınıb. Yığmaya komandanı üst səviyyəyə qaldıra biləcək, bütün diqqətini ona ayıracaq bir mütəxəssis gətirilməlidi. Avropa çempionatının startına qədər çox zaman qalmayıb. Gəlib döyüşkən komanda qurmalı və Xorvatiya önünə çıxarmalıdı”.
Vaqif Sadıqov İK tərəfindən təsdiqlənən Məşqçilər Komitəsinin yeni üzvləri barədə fikirlərini də bildirdi: “Şahin Diniyev komitəmizdə olub, işimizə bələd olan adamdı. O, Azərbaycanın üzdə olan mütəxəssislərindən biridi. Yaşar Vahabzadəyə gəlincə, o, İslam Həmrəyliyi Oyunlarındakı uğurun memarıdı. Neçə illər yığmalarımızda çalışıb. Çox götür-qoydan sonra bu iki məşqçinin namizədliyinin üzərində dayanmışıq. Bazar ertəsindən tam tərkiblə işə başlayırıq. İK-nın tapşırıqları var, onların yerinə yetirilməsi üçün təcrübəli mütəxəssislərin tövsiyəsinə ehtiyacımız var. Uşaq futbolundan tutmuş piramidanın zirvəsi olan milli komandamıza qədər bütün istiqamətlərdə görüləsi iş çoxdu”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar