11 dek 19:43gundem

“Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq”

“Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq”
Vaqif Sadıqov Qurbanovun göndərilməsinin səbəbini açıqladı
Qurban Qurbanovun yığmadan ayrılması aydın səmada şimşək effekti verdi. Düzdü, hələ İcraiyyə Komitəsinin iclasından bir gün əvvəl bu haqda müzakirələr aparılır, məlum qərarın veriləcəyi deyilirdi. İnanmaq hər nə qədər çətin olsa da, yekunda vəziyyət deyilən kimi oldu.
Söz yox, heç kim əbədi deyil. Söhbət baş məşqçidən gedirsə, gəlişi kimi gedişi də mümkündü. Amma Qurbanova Berti Foqts və Robert Prosineçki ilə müqayisədə qat-qat az vaxt verildi. Foqts 6 il yarım işləmişdisə, Prosineçki 3 il yığmanın başında dayandı. Qurbanov isə vur-tut 1 il. Halbuki gələcəklə bağlı böyük işlər nəzərdə tutulmuşdu, baş məşqçiyə yaxın 6 ildə özünü sübut etmək imkanı yaradılmışdı. Belə olan halda bir ildən sonra qapının göstərilməsi yetərincə anlaşılmazdı. Uşaq da bilir ki, bu gün ölkədə əsas problem yerli futbolçu qıtlığıdı. Üzdə olan 3-5 nəfərdi ki, onlarla böyük hədəflərə çatmaq mümkünsüzdü.
Qərarda göstərilib ki, yollar qarşılıqlı razılıq əsasında ayrılıb. Halbuki heç bir qarşılıqlı razılıqdan söhbət gedə bilməz. İcraiyyə Komitəsində yer alanlar baş məşqçiyə qapını göstəriblər, o da hamıya uğurlar arzulayaraq tutduğu postla vidalaşıb. Bizim üçün maraqlı olan komitə üzvlərinin Qurbanovun millidən getməsinə dair verdikləri qərardı. Yəni “getsin” qərarının arxasında nələrin durduğunu bilmək vacibdi.
Təəssüf ki, əlaqə saxladığımız Kazbek Tuayev, İsgəndər Cavadov və Firudin Qurbanovun heç biri dəstəyi qaldırmadı. Yalnız Vaqif Sadıqov istirahət günü olmasına baxmayaraq, zəngimizi cavabladı ki, qərarı Qurban Qurbanovu qorumaq üçün qəbul etdiklərini söylədi: “Qurban Qurbanovun yığmaya baş məşqçi təyin olunmasına da İcraiyyə Komitəsinin üzvləri qərar vermişdi. İki yerdə işləyə biləcəyinin mümkünlüyünü nəzərə alıb bu fikrə düşmüşdük. Düşünürdük ki, “Qarabağ” yığmanın bazası olar, belədə oyun planında irəliləyiş müşahidə edərik. Amma bu gün yığmayla “Qarabağ”ın hər ikisi enişdədi. Bundan sonra daha da pisə getməməsi üçün müzakirələrdən sonra heç kimin istəmədiyi məlum qərar qəbul olundu. “Qarabağ”dan ayrılıb ancaq yığmada çalışması? Açığı, bu məsələ əvvəldən müzakirəyə çıxarılmamışdı. Çünki ölkə futbolu üçün “Qarabağ”ın varlığı və uğurları da olduqca önəmlidi. Qurban Qurbanov da bizim kimi insandı. İki yerdə işləməsi, iki komandaya vaxt və diqqət ayırması çətin idi. Özünüz də görürsüz ki, “Qarabağ”da da müəyyən eniş var. Bu, belə davam edə bilməzdi. Qurbanov bu gün ölkədə ən bacarıqlı və sevilən məşqçidi, “bir nömrə”di. Dediyim sözlər komitənin iclasında da dilə gətirildi. Nə pafosdu, nə də tərif, nə var onu deyirəm. Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq. Çünki o ölkə futboluna lazım olan məşqçidi.
Bu təhlükəni ötən il qərarı qəbul edəndə göz önünə gətirmişdik. İki yerdə işləməyin çətin olacağını bilirdik. Amma yenə də riskə gedildi, şans verildi ki, bəlkə nəsə alınar. Amma alınmadığını gördük. Yenə qeyd edirəm, Qurbanov futbolumuz üçün olduqca lazımlı məşqçidi və ondan daha artığını gözləyirik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar