11 dek 19:30gundem

Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş

Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş
“Qurban Qurbanovun gedişi mənim üçün gözlənilməz oldu”
“Zirə” – “Qarabağ” oyunundan sonra qonaqların paltardəyişmə otağını hamıdan gec Rəşad Sadıqov tərk etdi. Dəhlizə çıxan kimi bizi görüb, “mən sizə görə gec çıxdım ki, bəlkə gedərsiz” zarafatıyla əhvalının yerində olduğunu göstərən kapitana ünvanlayacağımız suallar əsasən İcraiyyə Komitəsinin (İK) iclasında qəbul olunan qərarlarla bağlı idi. Amma birbaşa mətləbə keçmədik.
- Çempionatda ardıcıl ikinci dəfə böyükhesablı qələbə qazandız...
- Çempionatın bu il üçün son iki matçını “Keşlə” və “Zirə"yə qarşı keçirdik. Bilirdik ki, hər iki komanda son vaxtlar oyunlarını yaxşı keçirirlər. İkisinin də yaxşı baş məşqçisi var. Bu matçlar bizim üçün çox təhlükəli idi. Ciddi hazırlaşırdıq. Son iki qarşılaşmada xal itirməmək çox önəmli idi. Bu gün də yaxşı oyun alındı. Ən əsası odu ki, qol imkanlarından yararlana bildik. Böyükhesablı qələbələr rəqiblərin zəif olması ilə bağlı deyil. Sadəcə, əlimizə düşən fürsətlərdən yaxşı istifadə edirik. Bu isə son vaxtlar komandamızın problemi idi.
- İkinci hissədə beş müdafiəçi ilə oynadız. Rahat idi?
- Komanda olaraq bu sistemdən çox istifadə etmirik. Qurban müəllim ikinci hissədə bu sistemdə oynamağımızı tapşırdı. Biz də əməl etdik.
- Bu komandada alınırdı?
- Hardasa alınırdı, hardasa yox. Çox oynamadığımız sistemdi deyə, çatışmazlıqlar olacaq.
- İki oyuna 11 qol vurmusuz. Millinin oyunları bitib, Avroliqada növbəti mərhələ şansları yoxdu. Sanki komanda təzyiqdən azad olub deyə rahatdı.
- "Qəbələ” ilə səfər matçında vacib 3 xal qazanmışdıq. Ondan sonra da əhvalımız yaxşı idi. Sadəcə, milli komandalara görə yaranmış fasilədən sonra “Sabah”la görüşə istədiyimiz kimi hazırlaşa bilmədik. Nəticədə vacib 2 xal itirdik. “Qarabağ”da əcnəbi və yerli futbolçular millilərin üzvləridi. Yenidən toparlana bilmişik. Bu iki matçda 6 xal qazandıq. Çalışırdıq ki, “Neftçi” ilə xal fərqimiz 7-8-ə yüksəlməsin.
- Qurban Qurbanovun millidən gedəcəyini hiss edirdin?
- Mənim üçün gözlənilməz oldu. Açığı, belə bir şey gözləmirdim.
- Eyni zamanda sən də U-21-in baş məşqçisi idin. Postu tərk etməyi İK üzvləri istədi, yoxsa Qurban Qurbanova görə getdin?
- Dediyim kimi, Qurban Qurbanovun gedəcəyini bilmirdim. Gedəcəyim haqda mənə iki gün əvvəldən deyilmişdi. Amma Qurban Qurbanovla bağlı xəbər yox idi. İK-nin iclasından sonra bildik ki, milli ilə vidalaşır.
- U-21-dən ayrılmağının səbəbini xəbəri sənə çatdıranlardan soruşmadın? Qurban Qurbanovu bəlkə də başa düşmək olar, iki yerdə işləyir, Kosovoya ağır məğlubiyyət və s.
- Bəli, mənə iki gün əvvəl deyilmişdi. Yəqin ki, nəsə bir səbəb olub. Hazırda bu barədə danışmaq istəmirəm. Çox işlər gördük. Azərbaycan futbolunun halal xoşu olsun. Təki, millimiz növbəti seçmə mərhələdə yaxşı nəticə qazansın. Hər matçda 5-6 gənc oynayırdı. Komanda artıq formalaşmışdı. Əslində bir ay öncə mənimlə görüşmüşdülər. Bu, növbəti seçmə mərhələ ilə bağlı idi. Gələcək planları müzakirə etdik. Mənim qarşıma ikinci və ya üçüncü yeri tutmaq hədəfi qoyulmuşdu. Bildirdim ki, mən də öz qarşıma böyük hədəflər qoymuşam. Hədəflərə çatmaq üçün mübarizə aparacaqdıq. Amma belə qərar verildi. Əlavə bir söz demək istəmirəm. Qərara hörmətlə yanaşıram.
- Bəlkə U-21-in nəticəsiləri ürəkaçan olmadığına görə bu addım atılıb?
- Xeyr. Bu seçmə mərhələnin nəticəsi barədə söhbət olmadı. İki matçda güclü rəqiblərlə heç-heçə etdik. Qələbələr də qazana bilərdik. Yararlana bilmədiyimiz penaltilər oldu. Norveçə kobud səhvlərə görə uduzduq. Halbuki oyun yaxşı gedirdi. Qarşıma ona görə məqsəd qoyuldu ki, komandanı hazırlamısan və bu yığma ilə güclü rəqiblərə qarşı mübarizə aparırsansa, məqsəd 2-ci və ya 3-cü yer olmalıdı. Mən özüm də qarşıma belə məqsədlər qoymuşdum. Sonda qərar verdilər ki, mənimlə yollar ayrılsın. Qərara hörmətlə yanaşıram.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Bu gün, 20:34 “Qəbələ”dən daha bir statistika Bu gün, 20:23 Barselona qəhrəmanı kövrəldi... Bu gün, 20:20 Saxtakar dünya çempionu... Bu gün, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Bu gün, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Bu gün, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Bu gün, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar