05 dek 13:22gundem

“Red Black Army” 3 yaşını qeyd etdi

“Red Black Army” 3 yaşını qeyd etdi
Cavad Şərifli: “Kuboku və çempionluğu olmayan kluba azarkeşlik etmək hər insanın işi deyil”
Dünən “Qəbələ”nin ən fəal azarkeş qrupu olan “Red Black Army” 3 yaşını qeyd etdi. Yarandığı gündən adı çəkilən fanklub bölgə təmsilçisindən dəstəyini əsirgəmir. İstər evdə, istərsə də səfərdə. Düzdü, bu il “qırmızı-qaralar”ın zəif çıxışına etiraz kimi azarkeş qrupu komandanı bir oyunda boykot etdi. Lakin hazırda yenə də sözügedən fanklub “Qəbələ”nin yanındadı, komandanı dəstəkləyir. Ümumiyyətlə, ölkənin ən fəal azarkeş qruplarının adı çəkiləndə “Red Black Army” də onlardan biri sayılır. Odu ki, dünən həmin azarkeş qrupunun rəhbəri Cavad Çərifli ilə əlaqə saxlayıb, fikirlərini öyrəndik: “Üç il öncə “Qəbələ”ni ürəkdən sevən bir neçə fanat oturduq, danışdıq və azad şəkildə klubumuza dəstək olmağa başladıq. Bu fikir, ideya mənim idi və fanklubun adını da özüm düşünmüşdüm. Əvvəllər sayımız az idi. Ancaq fikrimiz, istəyimiz, ideologiyamız dəyişmədi, nəticədə sayımız çoxaldı. Hansı işə necə başlayırsansa, elə də davam edir. Biz də belə qərara gəldik ki, ailə kimi bir yumruq olub, hər zaman komandamızın yanında olaq. Zaman keçdikcə sayımız artdı. İlk gündən “Qəbələ”nin ev və səfər oyunlarında yağış, qar, soyuq, isti demədən yanında olduq. Düzdü, yarandığı gündən indiyədək bir kobuku və çempionluğu olmayan kluba azarkeşlik etmək hər insanın işi deyil. Amma bu, bizim sayımıza təsir etmir. Çünki bizdə olan uşaqlar hər şeyə rəğmən, klubunun yanında olan fanatlardı. Biz əyalət klubuyuq və demək olar, bir oyundan bir Bakıya, eləcə də Sumqayıta gedirik. Evə gecə saatlarında gəlirik. Anca sayımız az da olsa, çox da olsa, “Qəbələ”nin arxasındayıq. Biz də istəyərdik ki, bu yaşımızda ən azı kubokumuz olsun. Bunun üçün ötən mövsüm gözəl şans da yaranmışdı. Lakin evdə “Keşlə”yə məğlub olduq. Kubok arzusu elə arzu olaraq da qaldı. Yarandığımız gündən etibarən ilk dəfə bu il komandanı zəif, ruhsuz oyuna görə boykot etdik. Bir neçə matçda istəyimizi, etirazımızı rəhbərliyə də bildirdik. Bu o demək deyil ki, komanda zəif oynayanda gəlməyib, yaxşı nəticələr qazananda qayıtdıq. Xeyr, biz bu klubu sevirik, cəfası da, səfası da bizimdi. Tək istəyimiz gözəl oyun və yaxşı nəticədi. Başqa heç nə ola bilməz. Bu gündən sonra da bacardığımız qədər “Qəbələ”mizin yanında olacağıq. Zaman keçdikcə istəyirik ki, biz olmasaq da, bu ad altında “Qəbələ”ni ürəkdən sevənlər klubumuzun yanında olsun. Hazırda üzvlərimizin sayı çoxdu, amma bəzi səbəblər var ki, oyunlarda az və çox oluruq. Səfər matçları zamanı uzaq yol, insanlarin maddi problemi, ev oyununda isə kəndlərin uzaqlığı, hava şəraiti və s. təsirsiz ötüşmür. Düzdü, əsl fanat hər şeyə rəğmən, oyunlara gəlməlidi. Elə “Red Black Army” adı altında gördükləriniz heç nəyə baxmayaraq oyunlara gələnlərdi. Bu üç ildə maraqlı plakatlarımız olub. Ötən mövsüm Respublika günündə keçirilən kubokun finalında Cümhuriyyətin 100 illiyinə həsr etdiyimiz “100 ilə bərabər 23 ay” pankartını fərqləndirərdim. Daha öncə bizi çempionatda sıxanda “Canavar tək gəzər, çaqqal sürü ilə”, “Biz tək, siz hamınız” sözləri yazılmış plakatlarımız olub”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar