05 dek 13:15gundem

UEFA zəiflər üçün yeni turnir yaradır

UEFA zəiflər üçün yeni turnir yaradır
Avroliqanın qrupuna aparan yol çətinləşəcək
UEFA rəhbərliyinin Dublində bir araya gəlməsinin səbəbi təkcə AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasına görə deyildi. Belə ki, müxtəlif federasiya və yığma nümayəndələrinin tədbirdə iştirak etdiyini bilən başbilənlər növbəti məsələni müzakirəyə çıxarıblar ki, yeni qərar qəbul olunub. Dəqiq desək, qitə klub futbolunda Çempionlar Liqası və Avroliqadan sonra daha bir turnirin keçirilməsi qərara alınıb. Yenilik 2021/22 avrokubok mövsümü üçün nəzərdə tutulub. Yarışın konkret adı haqda gələn il müzakirələr aparılacaq. İndiki durumda Avroliqa-2 və ya AL-2 deyək.
Yarışın reqlamentinin detalları məlumdu. 32 komandanın mübarizə aparacağı yarışda hərəsində 4 komanda yer almaqla 8 qrup olacaq. Gerisi ənənəvidi: 1/8, 1/4, yarımfinal və final oyunları. İşin maraqlı tərəfi 1/8-dən əvvəl əlavə pley-off raundunun keçirilməsidi. Burda AL-2-nin ikinciləri ilə Avroliqanın üçüncüləri üz-üzə gələcək. UEFA rəsmiləri bu yolla iştirakçıları AL-2-də qrup qalibi olmağa stimullaşdırırsa, Avroliqanın qrup üçüncülərinə daha irəli boylanmaq imkanı yaradır. Yekunda AL-2-nin qalibi olan komanda növbəti mövsümdə mübarizəyə birbaşa Avroliqanın qrup mərhələsindən başlayacaq.
Yeni liqanın yaranmasına baxmayaraq, Çempionlar Liqasının oyunları yenə çərşənbə axşamı və çərşənbə günləri keçiriləcək. AL-2 ilə Avroliqa matçları isə cümə axşamları baş tutacaq. AL-2-nin yaranmasından sonra Avroliqanın formatında müəyyən dəyişikliklər ediləcək. Qrupda 48 yox, 32 iştirakçı yer alacaq. 1/8-dən əvvəl pley-off görüşləri baş tutacaq. Belədə Avroliqanın qrup ikinciləri ilə Çempionlar Liqasının üçüncüləri münasibətlərinə aydınlıq gətirəcək. Bu isə iştirakçıları Avroliqanın qrup qalibi olmaq üçün şirnikləndirən addım hesab olunur. Sonda bütün oyunların final qarşılaşmaları bir həftənin içində baş tutacaq: çərşənbə günü (AL-2), cümə axşamı (Avroliqa), şənbə (Çempionlar Liqası).
Yeni reqlament onu deməyə əsas verir ki, artıq üç turnirin qrup mərhələlərində azı indiki kimi 26 yox, 34 ölkənin təmsilçiləri yer alacaq. AL-2-in qapıları indiki kimi bütün milli assosiasiyalar üçün açıq olacaq. Tunirin maliyyə tərəfi və digər məsələlərlə bağlı suallara UEFA-nın İcraiyyə Komitəsinin 2019-da baş tutacaq növbəti iclaslarının birində aydınlıq gələcək.
Düzdü, kifayət qədər qarışıqlıq var. Oxuduqca adamın başı şişir. Az-çox ümumi məlumatlarla tanış olduz. İndi keçək işin əsas tərəfinə - AL-2-nin bizimkilərə təsirinə. 2019/20 mövsümündə təmsilçilərimizin avrokubok reytinqində ciddi geriləmə müşahidə olunmasa, Azərbaycan 2021-in yayında yenə 4 komanda ilə təmsil olunacaq.
Çempionlar Liqasında dəyişiklik olmayacaq. Hansısa Azərbaycan komandası bu yarışın qrupunda yer almaq istəyirsə, 3 mərhələ və sonda pley-off səddini keçməlidi. Fərq başqa şeydədi. Çempionumuz mübarizəni ÇL-in 1-ci təsnifat mərhələsində dayandırsa, əvvəlki kimi Avroliqaya yox, AL-2-yə yollanacaq. 2-ci təsnifat mərhələsindəki uğursuzluq isə çempionumuzu Avroliqanın çempion səbətinin 3-cü mərhələsinə göndərəcək. Bu isə o deməkdi ki, ÇL-in 2-ci təsnifat mərhələsində ələnən komanda Avroliqanın qrupuna düşmək üçün 3-cü təsnifat mərhələsindən və pley-offdan qalib ayrılmalıdı. Yox, ÇL-in ardınca Avroliqanın 3-cü mərhələsindəki rəqibi ilə də bacara bilməsə, bir az da aşağı yuvarlanacaq – AL-2-nin pley-offuna. Avroliqanın pley-offundakı uğursuzluq isə AL-2-nin qrupunda oynamağa imkan yaradacaq.
ÇL-in 3-cü təsnifat mərhələsindəki məğlubiyyət Avroliqanın pley-offuna salacaq. Ordakı qələbə qrupa, uğursuzluq isə AL-2-nin qrupuna daşıyacaq. Və ən nəhayət, ÇL-in pley-offunda uduzmaq indi olduğu kimi Avroliqanın qrupunda çıxış etməyə imkan yaradacaq.
İstənilən halda, Azərbaycan təmsilçisi bu üç turnirdən birinin qrup mərhələsində iştirak imkanı qazanmaq üçün 8 oyun keçirməlidi. Maraqlısı odu ki, ÇL və Avroliqadan ələnəndən sonra belə, yeni yaranacaq liqanın qrupuna qatılmaq şansı var. Onsuz da son illər Azərbaycan klub futbolunun səviyyəsi göz önündədi. Təkcə bu yaykı avrokubok göstəricilərinə nəzər salmaq kifayətdi ki, yaxın gələcəkdəki təhlükəni hiss edəsən. AL-2-nin üstünlüyü ondadı ki, Azərbaycan çempionu həm Əli, həm də Vəli aşından olsa belə, bu turnirin qrupunda mübarizə apara bilər.
2021-ci ilə qədər əmsallar cədvəlində 28-ci pillədən aşağı yuvarlanmasaq (hazırda 26-cı sıradayıq), çempiondan başqa digər 3 təmsilçimiz AL-2-yə 2-ci təsnifat mərhələsindən başlayacaq. Qrupa düşmək üçün iki mərhələni və pley-off səddini aşmaq mütləqdi. Ona görə də AL-2-nin qrupuna vəsiqə qazanmaq daha asan görünür, nəinki Avroliqanın.
UEFA-nın bu addımı atmaqda məqsədi avrokubok iştirakçılarının sayını artırmaqdı. İndiki halda ÇL və Avroliqanın qruplarında 80 komanda mübarizə aparmaq fürsəti qazanırsa, AL-2 yaranandan sonra qrup sevinci yaşayanların sayı 96 olacaq. Belədə Avroliqanın reytinqi artacaq. Orda ancaq öz ölkəsinin çempionları və UEFA-nın reytinqində ilk 15-likdə yer alan ölkələrin təmsilçiləri yer alacaq. Bir sözlə, AL-2 futbolu bizim kimi zəif olan ölkələrin komandaları üçün əlavə qazanc yeri və ümid mənbəyi olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar