05 dek 13:05gundem

Yığmanı gözləyən 8 ay

Yığmanı gözləyən 8 ay
Srağagün İrlandiyanın paytaxtı Dublində AÇ-2020-nin seçmə mərhələsinin püşkü atıldı. Yığmanın 5 komandalı E qrupunda yer aldığını xəbər vermişdik. Qurban Qurbanovun yetirmələri Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq. Yetərincə çətin qrupdu və millinin ilk iki yerdən birini tutub AÇ-nin final mərhələsinə yüksəlməsi möcüzə olar. Məhz bu üzdən də hazırda yığmanın qrupdan çıxmaq variantlarını yox, daha çox nə qədər xal toplaya biləcəyini, eləcə də hansısa komandanı geridə qoyub-qoymayacağını müzakirə edirik. Xorvatiya son DÇ-nin gümüş mükafatçısıdısa, Slovakiya da həmin turnirin final mərhələsində mübarizə aparıb. Uelslə Macarıstan isə son qitə birinciliyinin həlledici mərhələsində iştirak ediblər. Britaniyalılar hətta AÇ-2016-da yarımfinala qədər irəliləyə də bilmişdi. Bir sözlə, yığmanı heç də asan mübarizə gözləmir. Qrupda 5 komandanın olması “cırtdanlar”ın yoxluğu deməkdi. Bu isə kiməsə “asan yem” gözü ilə baxmağımız mümkün deyil. Əksinə, hazırda rəqiblərin məhz bizi qrupun autsayderi kimi gördükləri şübhə doğurmur. Bu yanaşmanı boşa çıxarmaq isə qəhrəmanlıq tələb edir. Millətlər Liqasında hədəfin öhdəsindən gələ bilməyən komandanın heç olmasa, seçmə mərhələdə üzümüzü güldürəcək nəticələrə imza atacağına ümid edirik. Qrupdan çıxmaq rel olmasa belə, daha çox xal toplamaq, asan təslim olmamaq, reytinqdə irəliləmək, hər uğurlu oyunun gətirəcəyi yüksək motivasiya kimi məqamlar olduqca önəmlidi. Yığmanın sözügedən tsikldəki matçlarının tarixini ötən sayımızda diqqətinizə çatdırmışdıq. İndi isə həmin təqvimin nə qədər əlverişli olub-olmadığını gözdən keçirək.
Saatlar da bəllidi
Artıq oyunların başlanma saatı da bilinir. Odu ki, təqvimi saf-çürük etməzdən öncə E qrupundakı qarşılaşmalarda start fitinin səslənəcəyi vaxtı diqqətinizə çatdıraq. Qeyd edək ki, başlama saatları Bakı vaxtı ilə göstərilib.
21 mart
23.45. Xorvatiya - Azərbaycan
23.45. Slovakiya - Macarıstan
24 mart
21.00. Macarıstan - Xorvatiya
18.00. Uels - Slovakiya
8 iyun
20.00. Azərbaycan - Macarıstan
17.00. Xorvatiya - Uels
11 iyun
20.00. Azərbaycan - Slovakiya
20.00. Macarıstan - Uels
6 sentyabr
22.45. Uels - Azərbaycan
22.45. Slovakiya - Xorvatiya
9 sentyabr
20.00. Azərbaycan – Xorvatiya
22.45. Macarıstan - Slovakiya
10 oktyabr
22.45. Xorvatiya - Macarıstan
22.45. Slovakiya - Uels
13 oktyabr
20.00. Macarıstan - Azərbaycan
22.45. Uels - Xorvatiya
16 noyabr
21.00. Azərbaycan - Uels
23.45. Xorvatiya - Slovakiya
19 noyabr
23.45. Slovakiya - Azərbaycan
23.45. Uels - Macarıstan
Qorxulu başlanğıc
Seçmə mərhələyə Xorvatiya ilə oyunla start verəcəyik. Özü də səfərdə. Qrupun aşkar favoritinin son mundialda ikinci olduğunu artıq qeyd etdik. Heyətində dünyaca məşhur ulduzların top qovduğu “damalılar”dan xal almağımız dünyanın növbəti möcüzəsi sayılacaq. Yalnız start turunda gözlənilməz hesabların heç də az qeydə alınmadığına, rəqibin bizi qiymətləndirməməyin acısını yaşaya biləcəyinə ümid etməliyik. Həmçinin bu komanda ilə son dueldə “sülh”ə razılaşmışıq. Amma öz meydanımızda. Səfərdəki görüşü isə xatırlamaq belə istəmirik. Onsuz da bu rəqiblə səfər matçında xala ümid etmirik. Odu ki, ilk turdaca qorxulu səfərin “aradan çıxarılması” əslində müsbət məqamdı. Düzdü, bəziləri düşünə bilər ki, necə başlayıbsa, elə də davam edəcək. Ancaq 5 komandalı qrupun yeganə üstünlüyü ondadı ki, iki dəfə cüt oyunlardan qaça biləcəyik. Hansı ki, bunlardan biri məhz Xorvatiya ilə martın 21-dəki qarşılaşmadı. Xorvatiyadakı yenilgiyə görə yığmanın kəskin tənqid olunmaycağı da şübhə doğurmur. Bundan başqa, yığma dərhal növbəti qarşılaşmaya çıxmayacaq, əksinə iyunun 8-nə qədər mümkün yenilginin ağrı-acısını unudacaq. Bu üzdən starta baxıb “ah” çəkməyə ehtiyac yoxdu. Maraq üçün yığmanın indiyə qədər qatıldığı 12 seçmə mərhələyə necə başladığını yada salaq. Təəssüf ki, səfərdə keçirdiyimiz ilk turun oyunlarından yalnız 1-də qələbə qazanmışıq, 4-də darmadağın olmuşuq, 1 görüşdə minimal hesabla (0:1) uduzmuşuq.
AÇ-1996. Buxarest. Rumıniya – Azərbaycan 3:0
DÇ-1998. Oslo. Norveç – Azərbaycan 5:0
AÇ-2000. Koşitse. Slovakiya – Azərbaycan 3:0
DÇ-2002. Bakı. Azərbaycan – İsveç 0:1
AÇ-2004. Bakı. Azərbaycan – İtaliya 0:2
DÇ-2006. Bakı. Azərbaycan – Uels 1:1
AÇ-2008. Belqrad. Serbiya – Azərbaycan 1:0
DÇ-2010. Kardiff. Uels - Azərbaycan 1:0
AÇ-2012. Köln. Almaniya - Azərbaycan 6:1
DÇ-2014. Bakı. Azərbaycan - İsrail 1:1
AÇ-2016. Bakı. Azərbaycan - Bolqarıstan 1:2
DÇ-2018. San Marino. San Marino – Azərbaycan 0:1
Gözəl iyun
Seçmə mərhələ üçün açılacaq növbəti “pəncərə” isə daha işıqlı görünür. Belə ki, iyunun əvvəlində evdə ardıcıl iki oyun keçirəcəyik. Əvvəlcə Macarıstanı, daha sonra Slovakiyanı qəbul edəcəyik. Qrupun ortabablarından sayılan rəqibləri evdə büdrətmək mümkünsüz deyil. Xüsusən macarlardan xal ala bilərik, hətta qələbəyə də ümid etmək olar. Bu mənada Slovakiya daha çətin rəqibdi. Macarıstandan fərqli, slovak futbolçuların bir çoxu tanınmış klublarda top qovur. Bundan başqa, Slovakiya həmin “pəncərə”də cəmi bir oyun keçirəcək. Yəni adı çəkilən rəqib yığmamızdan fərqli, iyunun 8-də oynamayacaq. Yalnız yol yorğunluğu slovakiyalılara çətinlik yarada bilər. Hər halda, macarlarla görüşdə müsbət nəticə qazanılsa, milli Slovakiya ilə duelə daha inamlı, istəkli çıxacaq. Bir sözlə, iyundakı seçmə mərhələ oyunlarını təqvimin ən əlverişli hissəsi hesab etmək olar.
Dumanlı payız
Sentyabrın əvvəli isə milli üçün çətin olacaq. Təsəvvür edin, Uels səfərindən 3 gün sonra evdə Xorvatiya ilə qarşılaşacağıq. Bu oyunlarda xal qazanmaq ehtimalımız çox azdı. Ümid edək ki, sentyabrın 6-da biz britaniyalıları məyus edəcəyik, həmin gün Xorvatiya Slovakiya səfərində böyük güc itirəcək. Əks halda, sentyabrın əvvəli yığma üçün heç də xoş proqnozlar vəd etmir. Ümumiyyətlə, payızdakı təqvim haqda ümidli danışmaq çətindi. Məsələn, noyabrda evdə Uelslə qarşılaşacağıq, üç gün sonra səfərdə Slovakiya ilə üz-üzə gələcəyik. Cüt oyunlar zamanı, özü də bu ev-səfər şəklində olanda yığmanın hansı performans sərgilədiyini yaxşı bilirik. Təki slovakiyalıların son tura qədər taleyi bəlli olsun və həmin səfərdə xal qazanmaq ehtimalımız arstın. Yalnız oktyabrdakı Macarıstanla səfər matçı haqda daha nikbin düşünmək olar. Çünki biz bir oyun keçirəcəyiksə, macarlar yığmamızla oyundan öncə Xorvatiyaya yollanacaq. Bu isə Qurbanovun yetirmələri üçün üstünlük sayılmalıdı. Hər nə qədər Macarıstan evdə oynasa belə.
Son söz əvəzi
Göründüyü kimi, təqvim nə çox pis, nə də olduqca əlverişlidi. Sadəcə, bizim futbolçuların 3 gündən bir oyunlara hazır ola bilməməsi kimi ciddi problemimiz var. Bu “xəstəliyin” qarşıdakı tiskldə özünü göstərməyəcəyinə ümid etməkdən başqa əlimizdən heç nə gəlmir. “Nə qədər xal yığacağıq” sualına cavab vermək isə çətindi. Bu, 5 də ola bilər, 10 da. Təbii, qrupu sonuncu yerdə bitirməmək müsbət hal olar. Bundan başqa, xal ehtiyatımızın ikirəqəmli ədədlə ifadə olunacağına da sevinəcəyik. Yığma bunları bacarsa, növbəti Millətlər Liqası üçün daha iddialı mesaj göndərmiş olacaq. Daha bir önəmli məqamı qeyd edək. Onsuz da qrupda ilk iki yerdən birini turub 4 oyunu Bakıda keçiriləcək AÇ-nin final mərhələsinə qatılmağımız real görünmür. Heç olmasa Qurban bəy tsikldə mübariz, əzmkar, inamlı, bir-birini gözuyumulu başa düşən kollektiv formalaşdırmalıdı. Ki, növbəti mübarizə meydanında daha artığına ümid edək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar