03 dek 21:31gundem

“Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır

“Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır
Riad Rəfiyev: “Hər bir oyunçu "Sumqayıt”ın adına, azarkeşinə və özünə görə meydanda canını qoymalıdı”
Cari mövsümdə doğma meydanda ilk oyununu keçirən “Sumqayıt”ın “Səbail” üzərində minimalhesablı qələbəsi “kimyaçılar”ın prezidenti Riad Rəfiyevi də razı salmışdı. Qarşılaşmadan sonra jurnalsitlərin əhatəsinə düşən Rəfiyev sualları böyük məmnuniyyətlə cavabladı.
- Yenilənmiş arenadakı ilk oyundan qələbə ilə ayrıldız. Fikirləriniz?
- Hər məşqçinin oyun planı, sistemi və cizgiləri var. Ən əsası odu ki, komanda bu gün 3 xalı qazandı. Bu arenadan 6 aydan çox idi yararlana bilmirdik. Sevindirici haldı ki, cari mövsümdə doğma meydanda keçirdiyimiz ilk oyunda 3 xal qazandıq. İnanıram ki, davamı gələcək.
- Ayxan Abbasovun gəlişindən sonra komandanın oyununda yaxşılığa doğru dəyişikliklər hiss olunur. Bu klub prezidentini qane edir?
- Əlbəttə. 3 xal olanda klub prezidenti həmişə sevinir. Fikrimcə, "Sumqayıt” hər zaman gözəl və baxımlı futbol oynayıb. Bu, bizim prinsiplərimizdən biridi. İnanıram ki, həmişə baxımlı futbol oynayıb, qalib gələcəyik. Qalib gəlməyimiz önəmlidi.
- "Sumqayıt” azarkeşləri uzun illərdi komandanın avrokuboklarda iştirak etməsini gözləyir. Cari mövsümdə bunu reallaşdırmaq üçün nələr var və nələr çatışmır?
- "Sumqayıt” azarkeşinin bunu istəməyə və tələb etməyə haqqı var. Çünki komanda neçə mövsümdü bu hədəfə yaxınlaşır. Təəssüf ki, hər dəfə mövsümün son oyunlarında nəsə alınmır. Amma çalışacağıq və əlimizdən gələni edəcəyik ki, bu il avrokuboklara vəsiqə qazanaq.
- Növbəti turda "Neftçi” ilə qarşılaşacaqsız. Flaqmanı dayandıran tapılmır. “Sumqayıt” lideri dayandıra biləcək?
- "Neftçi” gözəl futbol oynayır. Buna söz ola bilməz. Bütün komandalara, o cümlədən "Neftçi”yə də uğurlar arzulayıram. Əlimizdən və ayağımızdan gələni edəcəyik ki, "Neftçi” ilə matçda qalib gələk.
- "Neftçi” ilə qarşılaşmaya görə xüsusi mükafat olacaq?
- Onu oyundan sonra danışarıq. Hələ ki nəticənin necə olacağını bilmirik.
- Hər halda, mükafat əlavə motivasiya deməkdi...
- Futbolçular mükafata, əlavə pula görə oynamamalıdılar. Hər bir oyunçu "Sumqayıt”ın adına, azarkeşinə və öz adına görə meydanda canını qoymalıdı.Vacib olan budu. Ümid edirəm ki, kollektiv bunu yaxşı başa düşür.
- Qarşıdan həm də ölkə kubokunun oyunları gəlir. İlk mərhələdə “Qaradağ Lökbatan”la qarşılaşacaqsız və böyük ehtimalla birinci divizion təmsilçisini keçəcəksiz. Ondan sonra rəqib yenə “Neftçi”di...
- Bu reallaşsa, ardıcıl 3 oyun bu komandaya qarşı oynayacağıq. Çətin olacağı bəllidi. Heyətimiz elə də böyük deyil. Hər şeyi zaman göstərəcək.
- Komandanın qarşısına avrokuboka vəsiqə qazanmaq məqsədi qoyulub. Bunun üçün qısa yol sayılan kuboka üstünlük verəcəksiz, yoxsa, hər iki cəbhədə mübarizə aparmaq fikriniz var?
- "Sumqayıt” üçün hər ikisi vacibdi. Nə qədər mümkündüsə, o qədər də irəli getmək istəyirik. Hər şey baş məşqçimizdən asılıdı. Ötən mövsümdə yaşananlar bizim üçün dərs olub. Bizim üçün heç də xoş olmayan sonluqdan dərs çıxarmalıyıq.
- Dərs çıxaracağınızı bildirdiz. Amma komanda ötən mövsüm hər iki cəbhədə sona qədər mübarizə aparsa da, heç nə əldə etmədi.
- Futboldu. Hər zaman istədiklərimiz reallaşmır. Ötənmövsümkü səhvləri təhlil etməli və hazırkı matçları qələbə ilə başa vurmalıyıq. Öz səhvlərimizin üzərində öyrənib, irəli getməliyik.
- Belə başa düşdük ki, ən qısa yola üstünlük verməyi düşünürsüz.
- Baş məşqçi bunu daha yaxşı bilir. Ondan soruşsaz, o sizə cavab verər. Bizim heyətimiz elə də geniş deyil. Buna baxmayaraq, hər iki cəbhədə sonadək mübarizə aparmaq daha yaxşı olar. İndidən bu yöndə dəqiq nəsə söyləmək mümkün deyil.
- Bəzi məlumatlara görə, artıq komandaya yeni futbolçular cəlb etmək üçün çalışmalara başlamısız. Onlar kollektivə nə vaxt qoşulacaqlar?
- Hazırda üç futbolçu ilə danışıq aparırıq. Hər üçü Azərbaycandan kənarda çıxış etsə də, əslən azərbaycanlıdılar. Danışıqlarımız müsbət sonluqla başa çatsa və ümidləri doğrultsalar, onları komandaya cəlb edəcəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar