02 dek 17:45gundem

“Qarabağ” ictimai rəydə: əfsanə bitdimi?

“Qarabağ” ictimai rəydə: əfsanə bitdimi?
Ötən mövsüm Çempionlar Liqasının qrupunda çıxış edən “Qarabağ”dan bu il də eyni uğuru gözləyirdik. Ancaq Qurban Qurbanovun yetirmələri həmin uğuru təkrarlaya bilmədi. Özü də “köhlən atlar” ÇL-in pley-offuna qədər də irəliləməyi bacarmadı. 3-cü təsnifat mərhələsində BATE səddini keə bilməyən ağdamlılar Avroliqanın pley-offunda şansını sınamalı oldu. Yaxşı ki, bu mərhələdə “Qarabağ” “Şerif”i mübarizədən kənarlaşdırdı. Əks halda, vəziyyət daha da acınacaqlı mənzərə şəklini alacaqdı. Təbii, ÇL həyəcanının ardından yenidən AL-in qrupunda mübarizə “köhlən atlar” üçün bir addım geriyə atmaq deməkdi. Düşünürdük ki, Qurbanovun komandası AL-in pley-offuna vəsiqə qazanmaqla qeyd etdiyimiz geriləməni “sığortalayacaq”. Lakin təmsilçimiz qitənin ikinci dərəcəli klub turnirində ən pis mövsümünü keçirir. Çox güman, “Qarabağ” qrup sonuncusu olacaq. Keçirdiyi 4 oyundan ikisində darmadağın olan, 3 matçda rəqib qapılarına yol tapa bilməyən Ağdam klubunun qrupda qalması “Sportinq”lə görüşdə rəsmiləşdi. Komandanın hazırda premyer-liqada da işləri ideal deyil. Lider “Neftçi”dən 5 xal geri qalan “Qarabağ” üçün bu payız uğursuz alındı. Hər kəs durumu müxtəlif səbəblərlə əlaqələndirir. Bəziləri “köhlən atlar”ın heyət baxımından ciddi dəyişikliklər astanasında olduğunu düşünür. Bəziləri isə ardıcıl 5 çempionluq sevinci, 5 qrup həyəcanı yaşayan, bu illər ərzində bir sıra tarixi ilklərə imza atan komandanın – bir əfsanənin yavaş-yavaş qüruba endiyini düşünür. Doğrudanmı, “Qarabağ” üçün belə bir həyəcan var? Ən yaxşısı ictimai rəydi.
Aqil Abbas (millət vəkili): “Qarabağ” əvvəlki gücünə qayıdacaq. Olur da, bu futboldu. Braziliya Almaniyaya 1:7 hesabıyla uduzmuşdu. Braziliya kimi komanda, özü də doğma meydanda. Futboldu, alınmayanda alınmır. Təbii, “Qarabağ”ın “Sportinq”ə öz meydanında 1:6 hesabıyla uduzması xoşagəlməz hal idi. Sadəcə, “Qarabağ” ötən il 15 milyon avro pul qazanmışdı, 3 futbolçu alardı: qapıçı, mərkəz müdafiəçisi və hücumçu. Daha belə zəif futbolçular almamalıydı. Bu mənim xoşuma gəlmədi. Başqa bir amil deyil. Yəqin ki, Qurban Qurbanov komandanı yenidən əvvəlki vəziyyətinə gətirəcək. İnanıram ki, “Qarabağ” bu vəziyyətdən çıxacaq. Bu komanda haqda başqa söz deyə bilmərəm. Bilirsiz də, futbol elə bir şeydi ki, dünənki qəhrəmanı bu gün ayaq altına alıb tapdalayırılar. Kimliyindən asılı olmayaraq. Lobanovskidən üzü bu yana. Futbol belədi. Bir də bilirsiz, “Qarabağ” niyə uduzdu? Bunu tam ciddi deyirəm. Nə qədər Olimpiya stadionunda oynayacaqlar, həmişə uduzacaqlar. Öz evində oynasın. Avroliqanın digər oyunlarına da baxdıq, nə qədər azarkeş olduğunu gördük. Tamaşaçı ilə futbolçunun arasında 3 metr məsafə var idi. Söyəndə də eşidirdi, sevəndə də. Amma Olimpiya stadionunda 100 metr məsafədən futbola baxırlar. Kimdi burdan durub gedən ki, BOS-da oyuna baxım. Gedəndə də, gələndə də 3 saat yolda qalsın. “Tofiq Bəhramov” şəhərin içindədi. “Sportinq”lə matça 10 min bilet satılmışdı. Halbuki Respublika stadionunda bundan 10 min daha artıq bilet satacaqdı. “Tofiq Bəhramov”dan camaat çıxıb rahat evinə gedir. 5416 nəfər gəlibmiş. Bilet alanların da yarısı oyuna getməyib. Baloğlan Əşrəfov çox gözəl deyib ki, orda futbola baxmaqdansa, evdə televizorda baxaram, gözüm də görər ki, kim kimlə oynayır”.
Ceyhun Əliyev (sport24.az saytının baş redaktoru): “Məncə, həlledici rolu ətraf mühit, konkretləşdirsək, ictimai rəy oynayacaq. Vaxtilə Moskva “Spartak”ı 10 il Rusiyada hegemonluq etdi. Büdrəyən kimi “çəpik çala-çala” Oleq Romanstevi yola saldılar. “Spartak” bir də 17 ildən sonra Rusiya çempionluğu yaşadı. Zaman göstərdi ki, həmin dövr klub rəhbərliyi Romantsevi istefaya göndərməklə kobud səhvə yol vermişdi. İndi “Qarabağ” büdrəyib. Avropa Liqasının qrup mərhələsində komanda belə fiaskoya uğramamışdı. Elə çempionatda da işləri rəvan getmir. Deyək ki, qızıl medal da ala bilmədilər. Bəli, heyətin özəyi artıq “qocalıb”, tarix yazmış komandanın qızıl heyəti heç vaxt unudulmayacaq. Lakin ad olaraq “Qarabağ”ın tarixə qovuşmasına yol vermək olmaz. Məşqçilər heyəti də gözəl anlayır ki, heyətdə köklü dəyişikliklərə ehtiyac var. Qurban Qurbanov vaxtilə bu yola gənclər – Maksim Medvedev, Qara Qarayev, Əfran İsmayılov, Vaqif Cavadov, Rauf Əliyevlə çıxmışdı. İndi onların müəyyən qismi başqa komandalarda, bəziləri isə hələ də karyeralarını “köhlən atlar”ın sıralarında davam etdirir. Hər bir başlanğıcın sonu olur. Ancaq qloballaşdırmamaq üçün bunu nəsildəyişmə prosesinə çevirmək lazımdı. Bu gün də “Qarabağ”da istedadlı, güvəniləsi gənclər var. Mahir Mədətov, Abbas Hüseynov, Rahil Məmmədov, Hacıağa Hacılı, İsmayıl İbrahimli kimi potensiallı futbolçuların adlarını çəkmək olar... Əsl əfsanə “Qarabağ” oldu. Qəhrəmanları dəyişib yeni əfsanəvi uğurlar qazanmaq lazımdı. Təslim olmağa nə var ki!?”
Yaşar Vahabzadə (mütəxəssis): “Doğrudan da, əvvəlki komanda deyil. Dəyişikliklər oldu, bir çox oyunçular getdilər, komandanı tərk etdilər. Bununla belə, düşünmürəm ki, nəyinsə sonudu. Əksinə, qış transfer dönəmində, eləcə də yayda yeni oyunçular alıb, komandanı gücləndirəcəklər. Təbii, bu yay alınan futbolçular səviyyəcə əvvəlkilərdən geri qalır. Bu klubun rəhbərliyi, baş məşqçisi, məşqçilər korpusu var. Onlar səbəbləri daha yaxşı bilir. İnanmaq lazımdı, itirmək haqda düşünməyək. Onsuz da itirə-itirə gedirik. Neçə komandanı itirmişik?! Bu, düzgün deyil. Hər bir məğlubiyyətdən nəticə çıxarmaq lazımdı. Düzü, “Sportinq” heç evdə bu cür oynamırdı. Bir neçə oyuna görə qiymət vermək tezdi. Ən yaxşısına ümid edək. Futbolda hər şey olur. Klub özü düzgün nəticə çıxarmalıdı. Çünki onlar problemi bizdən daha yaxşı bilir”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar