02 dek 17:26gundem

“Mahir Mədətov elə “Sportinq”dən sol müdafiəçi oynayır da”

“Mahir Mədətov elə “Sportinq”dən sol müdafiəçi oynayır da”
Fiaskoya “feysbuk”dan baxış...
“Qarabağ”ın “Sportinq”ə biabırçı (1:6) məğlubiyyəti futbol ictimaiyyətində və idman mediasında böyük narazılığa səbəb olub. Fiaskoya görə kimi futbolçuları, kimi də “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovu qınayır. Sosial şəbəkələrdə paylaşılan bəzi ciddi və ironiya dolu statuslarla sizləri də tanış edirik.
Erkin İbrahimov (agent): “Naninin vurduğu qoldan son dəfə 1999-cü dəfə qeydə alınıb, o da Ağasının internet-klubunda (23 saylı məktəblə üzbəüz). Argentinanı seçərək, Ariel Orteqa ilə (driblinq 10) buna bənzər qol vurmuşdum. “Konami İnternational Superstar Soccer” əntiqə oyun idi. Ağlıma da gəlməzdi ki, bu tərzdə qrup mərhələsində də fərqlənmək olar. Hələ nəzərə alın ki, “Sportinq” Bakıya yarımcan vəziyyətdə gəlib - 16 futbolçu+2 qapıçı. Heç sol cinah müdafiəçiləri da Bakıya gəlib çıxmadı. Nədən gəlsin ki? Mahir Mədətov elə “Sportinq”dən sol müdafiəçi oynayır da. “Sportinq”in 6-cı qolu təmiz ofsayd idi. Ay sizi, çex hakimlər! İmkan vermirsiz Azərbaycan futbolu qabağa getsin”.
Elnur Məmmədli (“CBC Sport”in şərhçisi): “İcazənizlə Geryeni Pavel Paşayevə, Halldorssonu Kamran Ağayevə, Slavçevi də Nazarova bənzədim. Amma icazənizlə...”.
Anar Xanlarov (futbol yazarı): “Meydanda olduğu müddətdə varlığı ilə yoxluğu bilinməyən Ozobiç hakimin final fiti səslənər-səslənməz rəqib futbolçunu təbrik edib hırıldaya-hırıldaya ondan formasını istəyir. Bu xarakterdə futbolçu ilə "Sportinq"dən xal almaq mümkün deyil”.
Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru): “Qurban Qurbanov və "Qarabağ" 9 günə sığan iki böyükhesablı məğlubiyyətlə Azərbaycan futbolunun əsl durumunu, bu gününü, faciəvi vəziyyətini ortaya qoydu. Əslində hər şey hələ "Baltsan - “Uypeşt” - “Proqress" mərhələsində bitmiş, daha doğrusu, aşkarcasına ortaya qoyulmuşdu. Amma Qurban Qurbanov və "Qarabağ" bu dəfə də bu eyibimizin üstünü örtüb, bizə bir az da xəyallar qurmaq imkanı yaratdı. Çox nahaq, çünki xəyalların bir dəfə mütləq boşa çıxmaq kimi pis xüsusiyyəti var.
Açıq Bakı birinciliyi olan premyer-liqa, adını dilə gətirməyə belə utandığımız birinci divizion, məramı-məqsədi bilinməyən Region Liqası, məhv olmuş uşaq futbolu, darmadağın sistemi, bütün iyrəncliyi ilə futbolumuz bu gün gözümüzün qabağındadı. Baxıb "zövq almaq", "şövq almaq" var bu "möhtəşəm" mənzərədən.
Qarşısında Qurban Qurbanov və "Qarabağ" vardı.
İndi onlar da yoxdular. Yorulub çəkildilər və mənzərə tamlığı ilə qarşımızdadı. Ayılın, cənablar, ayılın! Çatmışıq! Depoda, dalanda, dibdə, sonda, axırdayıq. Ayılın, cənablar, ayılın! Hər şey bitib. Səhər də deyil. Ayılmasaz, ayılmasaq, ayıltmasaq, bizi hələ uzun, çox uzun bir gecə gözləyir. Sabahı olmayan gecə...”.
Zaur Xudiyev (futbol yazarı): “Nani çox insafsızca bütün səviyyə(sizliyi)mizi üzümüzə çırpdı”.
Sənan Şəfizadə (ATV-nin əməkdaşı): “Halldorsson əsl rejissordu. Sanki qapıçısız oynayırıq. Yanvarda "Qarabağ"a “refreş” lazımdı”.
Tahir Süleymanov (“Neftçi”nin sabiq vitse-prezidenti): “Addımlar düz atılmayanda... Böyük futbol zarafatı sevmir”.
İlkin Baba (Azərbaycan radiosunun əməkdaşı): “Deyəsən, "Sportinq"in futbolçuları da Elxan Məmmədovun adamlarıdı...”.
Anar Emil (Neftçi”nin sabiq mətbuat katibi): “Nə qədər fikirləşirəm, Elxan Məmmədovla bir bağlılıq tapa bilmirəm...”.
Əfqan Həmzəyev (sabiq FİFA referisi): “Bu da axırı. Amma tək “Qarabağ”ın yox, Azərbaycan futbolunun axırıdı. Dağılacaq nəsə qaldı, görəsən?”
Səməd Nəsibov (“Qəbələ”nin Media və Marketinq Departamentinin rəhəri): “Qurban Qurbanova hücum etməzdən əvvəl Avropa ilə ölkəmizin fərqini müqayisə edin. İstənilən sahədə Qərbi Avropa ölkəsinə 20:0 uduzuruq. Adam illərdi bu ölkələrin komandaları ilə başabaş mübarizə aparan komanda yaradıb. Burda ona hücum edənlərin bəlkə də 90 faizi Qurban müəllimə görə “Qarabağ”a azarkeşlik etməyə başlayıb. Futbolda hər şey ola bilər. Amma Qurbanov kimi dəyəri belə silib atmağa tələsməyin, gənclər”.
Səxavət Qurbanov (İdmanxəbər.az saytının baş redaktoru): “Dua edək ki, davamı Londonda gəlməsin. Futbolçular orda da pinkoda düşsə, heç zad”.
Amal Abışov (köşə yazarı): “İçimdə bir qərib hiss "bax, doyunca bax, yaxın 3-4 il üçün Bakıda avrokubokların qrupunda sonuncu oyundu" deyir...”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar