01 dek 15:56gundem

Nail Kərimov: “Ümid edirəm ki, bizim futbolçulardan onların diqqətini cəlb edənlər oldu”

Nail Kərimov: “Ümid edirəm ki, bizim futbolçulardan onların diqqətini cəlb edənlər oldu”
Berlində “Qəbələ” üçün Olimpiya stadionuna tur təşkil olunub
UEFA Gənclər Liqasının Çempionlar yolunda ölkəmizi təmsil edən “Qəbələ”nin U-19 komandasının mübarizəni başa vurduğunu ötən sayımızda xəbər vermişdik. Emin İmaməliyevin çalışdırdığı komandanın Almaniya “Herta”sına iki oyunun ümumi nəticəsinə görə 1:4 hesabı ilə yenilməsinə baxmayaraq, heç də asan təslim olmadığını vurğulamaq lazımdı. Bunu Qəbələdə keçirilən ilk oyunu tribunadan canlı, cavab görüşünün qısa video icmalını izləyən biri kimi deyə bilərəm. Hər iki qarşılaşmada bizimkilər penaltidən yararlana bilsəydi, istər Qəbələdə, istərsə də Berlində yaxaladıqları real qol şanslarından istifadə etsəydi, bəlkə də bu gün bütün Avropa onların uğurundan danışırdı. Təəssüf ki, Azərbaycan futbolunun əbədi xəstəliyi olan “sön nöqtəni qoymaq” problemi yeniyetmələrin oyununda da özünü büruzə verir.
Ötən sayımızda cavab görüşündən reportajı və baş məşqçinin oyundan sonra klubun rəsmi saytına açıqlamasını diqqətinizə çatdırmışdıq. Bu dəfə “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimovun Almaniya səfəri ilə bağlı təəssüratını öyrəndim. Onu da qeyd edim ki, mənimlə danışan zaman Kərimov hələ də komanda ilə birgə Almaniyada idi və vətənə dönməyə hazırlaşırdılar.
- Əvvəlcə cavab görüşü ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Yəqin ki, Berlində keçirilən cavab görüşündən, qısa olsa da, görüntüləri izləmisiz. Nə qədər çətin olsa da, komanda qələbəyə köklənmişdi. Matçdan əvvəl uşaqlar özlərini buna inandırmışdı, məşqçilər ilk qarşılaşmadan sonra rəqibi yaxşı təhlil edib, lazımi tapşırıqları vermişdilər. Özünüz də gördüz ki. ilk dəqiqələrdən komandamız üstünlüyü ələ keçirdi. Bir neçə yüzfaizlik qol vəziyyəti yaratsaq da, yararlana bilmədik. Deməli, bunun üzərində daha çox işləməliyik. Hər iki qarşılaşmada penaltidən istifadə edə bilmiriksə, uşaqlara soyuqqanlı olmağı aşılamalıyıq və texnikalarının üzərində bir qədər də işləməliyik ki, növbəti dəfə belə oyunlarda hədəfdən yayınmasınlar. Ümumilikdə götürəndə, builki Gənclər Liqasının püşkü atılan zaman “Şerif”lə görüşdən öncə hədəfimizin ilk mərhələni adlamaq olduğunu, növbəti mərhələdə isə yaxşı futbol oynamaq istədiyimizi bildirmişdik. Məncə, bunu da müəyyən mənada reallaşdıra bildik. Belə görüşləri Avropanın aparıcı klublarının skautları da izləyir. Ümid edirəm ki, bizim futbolçulardan onların diqqətini cəlb edənlər oldu. Biz də klub olaraq, çox istərdik ki, yetirmələrimizin səsi-sorağı “köhnə qitə”nin top-klublarından gəlsin. Bu yöndə onlara həmişə dəstək olacağıq.
- İlk oyundan sonra Almaniyadan gələn nümayəndə heyətinin üzvləri “Qəbələ” rəhbərliyinin göstərdiyi qonaqpərvərlikdən ağızdolusu danışırdı. Bəs özləri necə, sizə eyni münasibəti göstərdilər?
- Qitə futbol qurumu Gənclər Liqasında çıxış edən klubların qarşısına müəyyən tələblər qoyub. Onların arasında meydan sahiblərinin qonaqları nəqliyyat vasitəsi ilə təmin etmək, oyundan sonra hər iki komandanın birgə yemək yeməsi, bir-birinə xatirə hədiyyəsi vermək və sair şərtlər var. Belə deyək, Gənclər Liqasında olan tələblər əsas komandaların qarşısına qoyulanlardan daha sərtdi. Bundan başqa, oyundan əvvəl, matç zamanı və sonra “feyr-pley”ə əməl olunması tələb olunur. Bir müddət öncə Nyonda təşkil olunan tədbirdə hesabda öndə olan komandaların vaxtı uzatmaq məqsədi ilə meydanda etdikləri ilə bağlı bizə şəkil və videolar göstərmişdlər. Məşqçilərə deyildi ki, biz bir daha belə hallar görmək istəmirik. Məqsəd nə qədər qələbə olsa da, meydanda mütləq “feyr-pley” qaydalarına riayət olunmasıdı. “Şerif”lə cavab görüşündə olduğu kimi, “Herta” rəhbərliyi də bizi çox xoş qarşıladı, biz onlara nə etmişdiksə, onlar da onu etdilər. Çox yaxşı qarşılayıb, çox yaxşı da yola saldılar. Bütün istəklərimizi yerinə yetirdilər. Hətta qarşılaşmadan sonra bizim futbolçular “Herta”nın əsas komandasının ev oyunlarını keçirdiyi Olimpiya stadionunu görmək istədilər. Baxmayaraq ki, həmin arena klubun yox, şəhər meriyasının balansındadı, klub rəsmiləri istəyimizi yerinə yetirdilər. Bu gün səhər (dünən) hava limanına gəlməmişdən öncə bizim üçün təxminən 1 saatlıq stadion turu təşkil olundu.
- Bəs özünüz necə, “Herta”nın akademiyası, orda görülən işlərlə tanış olmaq fürsəti qazandız?
- Təəssüf ki, vaxt azlığından istədiyimiz qədər akademiya və orda görülən işlər ilə tanış ola bilmədik. Təxminən 15-20 dəqiqə ərzində akademiyanı gəzib-dolaşdıq, bəzi məlumatlar əldə etdik. Ümumi işə yanaşmaları, personal və infrastrukturla tanış olduq ki, gələcəkdə onların bəzilərini özümüzdə tətbiq etməyi düşünürük. Uduzmağımıza baxmayaraq, Almaniya səfərini normal saymaq olar. Fürsətdən istifadə edib başda Emin müəllim olmaqla, bütün kollektivə rəhbərlik adından təşəkkürümü bildirdim ki, son illər çəkilən zəhmətin bəhrəsini bu oyunlarda bizə göstərə bildilər. Mən əvvəl də demişəm, indi də təkrarlayıram ki, bizim üçün bir oyun heç də ümumi göstərici deyil. Udsaq da, uduzsaq da, yaxşı və ya pis oynasaq da, bir görüş ümumi mənzərəni təsvir edə bilməz. Bu uşaqları çox böyük zəhmət hesabına bu səviyyəyə çatdırmışıq və onların yaxşı oyun sərgiləməsini görmək bizim üçün çox xoşdu. Belə hesab edirəm ki, qarşıdakı illərdə daha çox mərhələ keçmək, “Herta” Almaniya çempionudu, bizim üçün çətin olacaq” demək yox, “biz onlarla başabaş oynayarıq, mərhələni biz keçərik” söyləmək vaxtı gəlib çatacaq. Çalışacağıq bundan sonra işlərimizi daha üst səviyyədə görək. Sizə də bizi Almaniyada tək buraxmadığınıza görə təşəkkür edirəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar