25 noy 22:38gundem

Agentlər legioner limitinin ləğvinə qarşıdı

Agentlər legioner limitinin ləğvinə qarşıdı
İbrahimov: “Limit bu gün Azərbaycan futbolunun problemləri arasında bəlkə də 6-7-ci pillədədi”
Heydərli: “Yığmanın maraqlarını nəzərə alsaq, bu dəyişiklik əleyhimizə işləyə bilər”

Yığmanın Millətlər Liqasında bərbad çıxışı hamını məyus etdi. Ptiştina biabırçılığından sonra əksər mütəxəssislər yerli futbolçuların səviyyəsinin aşağı olduğunu söyləməklə yanaşı, yaxın gələcək haqda da nikbin düşünmürlər. Onların fikrincə, yerlilər legioner həyatı yaşamaqda maraqlı deyillərsə, onda daxili çempionatda rəqabəti artırmaq lazımdı. Bunun üçün isə ilk növbədə premyer-liqada tətbiq olunan legioner limiti ləğv olunmalıdı. Belədə klublar daha güclü əcnəbilərin xidmətindən istifadə edəcək, yerlilərdən isə kim layiqdisə, onların arasında yer alacaq. Belə olan halda təklif almayan azərbaycanlı futbolçular ya xaricə üz tutmaq məcburiyyətində qalacaq, ya da öz üzərlərində işləyib heyətə düşməyə can atacaqlar ki, bu da onların ustalıq səviyyəsinin artmasına kömək edəcək.
Agentlər legioner limitinin ləğvinə qarşıdı
Bəs görəsən, agentlər bu haqda nə düşünür? Legionerlərə tətbiq olunan limit ləğv olunsa, xeyrimizə işləyər, yoxsa mənfi fəsadlara yol açar? Öncə Erkin İbrahimovu aradıq: “Nədənsə yığma hər dəfə böyük hesabla uduzduqdan sonra həmişə limit məsələsini qabartmaq yada düşür. Bu problemin həlli yolu deyil. Limitdən çox elita klublarının sayının az olması barədə danışmaq lazımdı. Bu məsələni daim gündəmdə saxlayıb, ölkə futbolunun probleminin məhz burdan başladığını futbol təsərrüfatına rəhbərlik edən məmurların diqqətinə çatdırmalıyıq. Limit bu gün Azərbaycan futbolunun problemləri arasında bəlkə də 6-7-ci pillədədi. Tutaq ki, limiti aradan götürdük. Onda milliyə kimi dəvət edəcəyik? Bu gün 8 klubda aşağı-yuxarı 40-50 yerli oyunçu çıxış edir. Limiti ləğv etdikdən sonra onların sayı daha da aşağı düşəcək. Roman Qriqorçuk kimi əcnəbi məşqçilərə yerli oyunçuların inkişafı heç vaxt maraqlı olmayıb. O ilk növbədə özünü və çalışdırdığı klubun qazanacağı qələbəni düşünüb. Onun üçün nə fərqi var, əsas heyətdə meydana Dabo çıxdı, yoxsa Elnur Camalov. Məhz limitə görə Camalov kimi neçə-neçə gənc bu gün ortaya çıxıb. Əks halda Elnur ən yaxşı halda “Qaradağ-Lökbatan”da oynayacaqdı. Ukraynalı mütəxəssis limitə görə onu məcburiyyətdən oynatdı və nəticəsi də göz qabağındadı. Camalov ildən-ilə “artırdı”. Onu da nəzərə almaq lazımdı ki, bu gün limiti dəyişməklə klublarımıza da ziyan vurmuş olarıq. Özüm bu işin içində olduğumdan bilirəm ki, premyer-liqa təmsilçiləri arasında istər əcnəbilərlə, istərsə də yerlilərlə 2-3 illik müqavilə bağlayanlar var. Dəyişiklik onların siyasətinə və büdcəsinə güclü ziyan vura bilər. Limitə o vaxt əl gəzdirmək əlverişli olar ki, çempionatda minimum 12-14 komanda çıxış etsin. Bu sayda komanda olacağı təqdirdə yerlilərə özünü göstərmək üçün meydan yarana bilər. Sabah 8 komandanın hamısı avrokuboklara vəsiqə qazanmaq üçün əcnəbilərə üz tutsa, istər əsas yığmanın, istərsə də U-21-in baş məqçisi meydana çıxarmağa normal futbolçu tapmayacaq. Bizimkilər hələ oyun praktikası qazana-qazana Avropada heç nə edə bilmirlər, görün bu imkandan məhrum olsalar, hansı vəziyyətlə üzləşərik. Bir də bizim futbol məmurlarımızdan xahiş edərdim ki, nə Rusiyada, nə də Qazaxıstanda həyata keçirilən dəyişikliyi o dəqiqə bizdə tətbiq etməsinlər. Hər kəsin öz yolu olmalıdı”.
Agentlər legioner limitinin ləğvinə qarşıdı
Vaqif Heydərli isə bunları söylədi: “Mən bu fikirlə qismən razıyam. Ligionerlərə tətbiq olunan limit dəyişdirilsə, bəlkə də premyer-liqanın səviyyəsi artar. Ancaq yığmanın maraqlarını nəzərə alsaq, bu dəyişiklik əleyhimizə işləyə bilər. Limit dəyişikliyinin tərəfdarlarının fikrincə, belədə yerli oyunçular rəqabətə tab gətirmədiklərini görüb xaricə yollanacaqlar. Fikrimcə, heç də belə olmayacaq. Biz mental olaraq ölkə sərhədlərini aşmaqda maraqlı deyilik. Əvvəllər deyirdik ki, Azərbaycan klubları yüksək maaş verdiklərinə görə yerlilər legioner həyatı yaşamaqda maraqlı deyillər. İndi ki, maliyyə dəfələrlə aşağı düşüb, niyə xaricə axın görmürük? Divizionda məlum yaş limiti dəyişikliyini göz önünə gətirin. 25-26 yaşlı oyunçular heç olmasa, özünü zəif Avropa ölkələrində sınamaq əvəzinə asan yol tapdılar. Hamısı üz tutdu Region Liqasına və bu gün orda 200-300 manata top dalınca qaçırlar. Bunları görə-görə gəlirik və ona görə də deyirəm ki, problemin kökü limitlə bağlı deyil. Futbola baxışımız, işə yanaşmamız dəyişməlidi. Daha qlobal dəyişikliklər gerçəkləşdimək lazımdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar