18 noy 16:06gundem

Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək?

Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək?
Bəli, bu gün yığma Millətlər Liqası çərçivəsində növbəti, özü də çox önəmli oyuna çıxır. Təbii ki, qələbədən başqa istənilən nəticə Azərbaycanı üzəcək. Amma biz qələbə variantını düşünürük. Və bu məqamda sport24.az saytından olan həmkarımızın yazısına yer verməyi lazım bildik.
Milli komandamız Millətlər Liqasının qrup mərhələsinin sonuna 2 tur qalmış 2-ci pillədə qərarlaşıb. Kosovo ilə aramızda 2 xal fərqi var ki, bu da turniri 1-ci pillədə başa vurmaq şanslarımızı qoruyur. Hazırda kosovoluların 8, millimizin isə 6 xalı var. Maraqlıdı ki, sözügedən yığmaların vurduqları və buraxdıqları qolların sayı da oxşar durumdadı. Qurban Qurbanovun yetirmələrində bu nisbət 5-2, Kosovoda isə 6-2-di. Belədə ortaya maraqlı sual çıxır: yekun cədvəlində xallar eyni olsa, pley-offa hansı komanda yüksələcək?
Beşinci turda millimiz evdə Farer adaları ilə üz-üzə gələcək. Həmin farerlilərlə ki, qrup mərhələsində yeganə qələbəmizi bu komanda üzərində, özü də səfərdə, özü də böyük hesabla əldə etmişik – 3:0. Eyni gündə Kosovo Maltanın qonağı olacaq. Maraqlıdı ki, qrupdakı əsas rəqibimiz əvvəlki iki qarşılaşmanın heç birində səfərdə qələbə qazanmayıb. Başqa sözlə, kosovoluların səfər sindromunun olduğunu iddia etmək mümkündü. Belədə rəqib Malta ilə görüşdə də xal itkisinə məruz qalacağı təqdirdə Kosovo ilə xalları bərabərləşdirə bilərik.
Aydın məsələdi ki, bu gün evdə 2 və daha çox top fərqi ilə qalib gələcəyimiz təqdirdə Priştinada keçiriləcək son görüşdə yığmamızı istənilən hesablı heç-heçə qane edəcək. Çünki belədə rəqibin saldosu +4 qalacaqsa, bizdə bu +5 və ya daha böyük rəqəmlə ölçüləcək. Bəs son tur ərəfəsində Azərbaycan və Kosovonun top fərqi də, vurulan və buraxılan qolların sayı da eyni olarsa, bərabərlik hansı yığmanı qane edəcək? Qaydalara əsasən ilk baxılan maddə iki komanda arasındakı nəticələrdi. Nəzərə alsaq ki, Bakıda keçirilən görüş 0:0 nəticələnib, istənilən məhsuldar heç-heçə yığmamızı pley-offa aparacaq. Deməli, daha bir alternativi diqqətdən keçirməliyik. Söhbət son turun oyununda da qolsuz bərabərliyin qeydə alınmasından gedir.
Qrup qalibini müəyyənləşdirmək üçün növbəti bənd hansı komandanın səfər matçlarında daha çox qol vurmasıdı. Yəni səfərdə daha çox qola imza atan kollektiv üstünlük qazanır. İndiki vəziyyətdə millimiz 4 dəfə fərqləndiyi halda, kosovoluların hesabında cəmi 1 qol var. Göründüyü kimi, Kosovo Maltada xal itirəcəyi təqdirdə aradakı 3 topluq fərqi aradan qaldırmaq şansı minimaldı. Bunun üçün Vallettadakı görüşdə 3:3 hesabı qeydə alınmalıdı. Bu da futbolda nadir hallarda qeydə alınan nəticədi.
Ancaq hətta bu göstərici də eyni olsa, yenə də milimiz son göstəricidə də üstündü. Söhbət alınan sarı və qırmızı vərəqələrdən gedir. Belə ki, nə bizim yığmanın, nə də kosovoluların passivində qırmızı vərəqə var. Sarı vərəqələrə diqqət yetirdikdə isə Qurban Qurbanovun komandası indiyədək 4 dəfə xəbərdarlıq aldığı halda, Kosovo 6 belə hal yaşayıb.
Yalnız yuxarıda qeyd etdiyimiz göstəricilər eyni olacağı halda, reqlamentə əsasən püşk atılacaq. Lakin işin püşkə qədər uzanacağı real görünmür. İndiki vəziyyətdə Maltadan xoş xəbər gözləmək və Bakı Olimpiya Stadionunda qalib gəlmək şərtdi. Onda Priştinada yığmamızı istənilən hesablı bərabərlik pley-offa yüksəldəcək.
Warming Breakaway Conjunctivitis Pfizer viagra If the strides don't keep enough space feeble-minded

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar