16 noy 15:19gundem

Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı

Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı
“Bu məsələdə nə gəncə, nə də təcrübəliyə güzəşt edirəm”
Nazim Süleymanovla yolları ayıran “Sumqayıt” rəhbərliyi dünən yeni çalışdırıcının adını ictimaiyyətə açıqladı. Boş qalan posta “Zirə”nin sabiq baş məşqçisi Ayxan Abbasov təyin olunub. Tərəflər arasında 2019/20 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Xatırladaq ki, ötən sayımızda “kimyaçılar”ı çalışdırmağa namizədlər arasında iki yerli mütəxəssislə yanaşı, vaxtilə premyer-liqada çalışmış iki əcnəbi məşqçinin adının olduğunu bildirmişdik. Kluba yaxın mənbələrdən bizə ötürülən məlumata görə, əcnəbilərdən biri bu yay “Keşlə”dən ayrılan Yuri Maksimov, digəri isə vaxtilə “Simurq”un “sükanı arxasında” olan Georgi Çixradze olub. Ukraynalı mütəxəssis klub rəhbərliyinin təklifini geri çevirib. Çixradzeylə isə maliyyə şərtlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb. Belədə rəsmilər yerli bazara üz tutaraq, Ayxan bəylə razılıq əldə ediblər. Onun köməkçiləri isə Elnur Çovdarov, Mehman Yunusov, Emil Babayev və Sergey Yankoviy olacaq.
Onu da bildirək ki, Ayxan Abbasov məşqçi karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedici heyətində başlayıb. 2016-nın yanvarından isə əsas komandanın sükanı arxasına” keçib. Onun rəhbərliyi altında “qartallar” 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb.
Dünən “ağ-göylər”in yeni baş məşqçisi ilə əlaqə saxlayıb, təyinatı və qarşıya qoyulan məqsəd barədə söhbətləşdik.
- Öncə təyinatınızla bağlı sizi təbrik edirik.
- Diqqətinizə görə təşəkkür edirəm.
- Klub rəhbərliyi ilə görüşdə nəyi müzakirə etdiz, qarşınıza hansı məqsədlər qoyuldu?
- Klub rəhbərliyi ilə görüşüb danışdıqdan sonra sponsorlarla da bir araya gəldik. Hər iki görüş çox səmərəli və pozitiv alındı.Yeni komandam da yüksək yerlər uğrunda mübarizə aparacaq. Hədəf dəyişməyib. Qarşıma “Sumqayıt”a Avroliqaya vəsiqə qazandırmaq məqsədi qoyulub.
- Mövsümün gedişində “sükan arxasına” keçən baş məşqçi üçün bu çətin olmayacaq ki? Adətən, mövsümün sonunda məqsədə çatmayanda və ya işlər düz getməyəndə yeni gələn çalışdırıcı “bu mənim komandam deyildi” söyləyib, özünü “sığortalamağa” çalışır.
- İşsiz qaldığım vaxtda da çempionat oyunlarını daim izləyirdim. “Sumqayıt”a da az-çox bələdəm. Heyətdə təcrübəli oyunçularla yanaşı, potensiallı gənclər də var. Təyinatım gerçəkləşəndən sonra isə komandanın premyer-liqada keçirdiyi son 3 görüşün videoyazısını izləmişəm. Və özüm üçün müəyyən qeydlər aparmışam. İnanıram ki, işimiz uğurlu alınacaq.
- Son iki mövsümdə rəhbərlik etdiyiniz “Zirə” ilə “Sumqayıt” Avropaya bilet uğrunda sona qədər mübarizə aparıb. Birində siz istəyinizə çatsaz da, ötən mövsüm “Keşlə” ölkə kubokunu qazanmaqla buna imkan verməyib. Bütün bunlardan sonra komandanın yeni baş məşqçisi kimi sumqayıtlı azarkeşlərin qarşısına çıxmaq sizi narahat etmir?
- Futbolda belə hallar olur. Hansı klubda çalışmağımdan asılı olmayaraq, daim uğura köklənirəm. Ötən illərdə “Zirə”nin uğurları üçün çalışırdımsa, bu gündən etibarən “Sumqayıt” üçün tər tökəcəm. Heç bir baş məşqçinin yeri daimi olaraq onun adına yazılmayıb. Bunu qəbul etmək lazımdı. O ki qaldı azarkeşlərə, bilirəm ki, Sumqayıtda futbolu çox sevirlər. İstər futbolçu, istərsə də məşqçi kimi həmişə bu şəhərə yollananda çətinliklə üzləşmişik. Belə azarkeşi olan komandanı çalışdırmaq da məsuliyyət tələb edir. Mən isə həmişə üzərimdə işləyib, işimə məsuliyyətlə yanaşmışam. “Kapital Bank Arena”da daim gözəl futbol ab-havası olub. Yəqin ki, sumqayıtlı futbolsevərlər məni xoş qarşılayar. Mən də işimlə onları sevindirmək arzusundayam.
- Yeni komandanızın əksər matçlarını izlədiyinizi bildirdiz. Hansı müsbət və mənfi məqamları üzə çıxarmısız?
- Qoy bu qeydlər özümdə qalsın. Bu haqda danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, ilk gündən çalışacam futbolçularım mənim onlardan nə istədiyimi anlasınlar, futbola baxışımı, oyun fəlsəfəmi qəbul etsinlər. Bu dönəmi nə qədər tez geridə qoysaq, bir o qədər işimiz irəli gedəcək.
- Kollektivlə görüşmüsüz?
- Hələ ki yox. Sabah (bu gün) ilk məşqə çıxacam və futbolçularla da tanış olacam. Əslində onların çoxunu əvvəlcədən tanıyıram. Ancaq aralarında yenilər də var.
- Mətbuatda yazılanlara inansaq, “Sumqayıt”ın heyətində bəzi “ərköyün” oyunçular var ki, onlarla dil tapmaq bir qədər çətindi.
- Azərbaycan o qədər böyük ölkə deyil ki, bir-birimizi tanımayaq. Hamı bilir ki, mənim üçün ilk növbədə vacib olan nizam-intizamdı. Bu məsələdə nə gəncə, nə də təcrübəliyə güzəşt edirəm. Kim məşqlərdə can yandıracaq, komandaya fayda verəcək, bizim yanımızda olacaq. Kim ki işə dırnaqarası yanaşacaq, eyni münasibəti görəcək. Mən həmişə çalışmışam ki, ilk növbədə mehriban kollektiv formalaşsın. Bundan sui-istifadə edənlərə isə sərt üzümü göstərməyi də bacarıram.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar