13 noy 18:45gundem

Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var

Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var
“Baş məşqçinin tapşırığı icra olunmursa, deməli, düşərgədə xoşagəlməz işlər gedir”
“Sumqayıt”ın ardıcıl 5 oyunda qələbəyə həsrət qalması baş məşqçi dəyişikliyi ilə nəticələnib. Dünən “kimyaçılar”ın saytında bununla bağlı xəbər yerləşdirilib: "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov səhhəti ilə əlaqədar klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət etmişdi. Mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilib. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim edib.
"Sumqayıt" Nazim Süleymanova klubumuza göstərdiyi xitmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır”.
Qeyd edək ki, Süleymanov bu ilin iyununda "kimyaçılar”ın baş məşqçisi təyin olunub və onunla 2 illik müqavilə imzalanmışdı. Nazim bəyin rəhbərliyi altında “gənclik şəhəri”nin təmsilçisi premyer-liqada 11 oyuna çıxıb ki, bunlardan 3-də meydanı qalib kimi tərk edib. 2 görüşdə heç-heçə edən “ağ-göylər” 6 qarşılaşmada uduzub. Hazırda komanda 11 turdan sonra 11 xalla 6-cı sırada qərarlaşıb. Oktyabrda başlayan enişin qarşısını ala bilməyən baş məşqçinin postundan uzaqlaşdırılacağı gözlənilən idi. Qarşısına avrokuboklara vəsiqə məqsədi qoyulan komanda turdan-tura turnir cədvəlinin zirzəmisinə doğru yuvarlanırdı. Ötən saylarımızın birində “Sumqayıt”la bağlı yazımızda komanda daxilində ab-havanın ürəkaçan olmadığını, əksər oyunçularla baş məşqçinin arasından “qara pişik keçdiyini” vurğulamışdıq. Kluba yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, futbolçuları ən çox narazı salan Nazim bəyin köhnə məşq metodlarından istifadə etməsi, komandanı oyunlara düzgün hazırlamamasıdı. Bir neçə tur davam edən narazılıq “Keşlə”yə məğlubiyyətdən sonra “partlayıb”. Və klub rəhbərliyi iki saatdan artıq davam edən iclasın ardından Süleymanovla yolları ayırmağa qərar verib. Onunla bərabər köməkçisi Samir Ələkbərov da düşərgədən ayrılıb. Qapıçılarla işləyən məşqçi Emin Babayevin taleyi isə yeni gələcək baş məşqçidən asılıdı.
Etibarlı mənbədən əldə etdiymiz məlumata görə, “Sumqayıt”ı çalıdırmağa namizdələrin sayı dörddü. Onlardan ikisi yerli, ikisi isə vaxtilə Azərbaycanda çalışmış əcnəbi mütəxəssisdi. Ancaq kluba yaxın mənbələrdən bizə ötürülən məlumata görə, boş qalan posta ən real namizəd “Zirə”dən ayrılandan sonra işsiz qalan Ayxan Abbasovdu. Mənbəmiz onu da bildirdi ki, Ayxan bəylə artıq danışıqlara start verilib. Abbasov “ağ-göylər”in rəhbərliyinin təklif etdiyi şərtlərlə razılaşsa, artıq bu gün onunla müqavilə imzalana bilər.
Yaşananlarla bağlı “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə danışmaq istədik. Lakin Riad bəy zənglərimizi cavabsız qoydu.
“Sumqayıt”ın artıq sabiq baş məşqçisi Nazim bəy isə suallarımızı cavabladı.
- Nazim bəy, öncə istefanızın əsl səbəbini bilmək istərdik. Heç şübhəsiz, rəsmi xəbərdə yazılan “səhhətinə görə istefa verdi” cümləsi etika xatirinə yazılıb.
- Əvvəlcə onu bildirim ki, həqiqətən də son oyunlardan sonra özümü pis hiss edirdim. Qələbə qazanmalı olduğumuz oyunları əldən verdik, heç nədən xallar itirdik. Bunun üstünə 11 turda futbolçuların aldıqları 5 qırmızı vərəqəni də əlavə edərdim. Bütün bunlar mənə pis təsir edirdi. Artıq hiss edirdim ki, vəziyyət daha pis ola bilər. Məncə, istefa bu məqamda ən düzgün addım idi. Qarşıda yığmanın oyunlarına görə fasilə var. Yeni baş məşqçi bundan istifadə edib, nəsə edə bilər.
- Bu gün (dünən) mətbuata verdiyiniz açıqlamaların birində bəzi futbolçulara “təşəkkür” etmisiz. Kimləri nəzərdə tutmusuz və nəyə görə dırnaqarası?
- Bilirsiz, necədi?
- Necə?
- Niyə komanda ilk turlarda baxımlı oyun sərgiləyirdi, normal xallar qazanırdı? Media da “Sumqayıt”ı göylərə qaldırmışdı. Sonradan nə oldu? Nəyə görə bir anda hər şey 180 dərəcə dəyişdi? Ardıcıl qırmızı vərəqələr, uğursuz oyunlar seriyası nə deməkdi? Çox vaxt məşqçi postundan ayrılandan sonra vəziyyəti düzgün təhlil edir, yaşananları göz önünə gətirir və belədə ümumi mənzərə ona aydın olur.
- Sanki nəsə demək istəyirsiz, ancaq danışmağa ürək etmirsiz...
- Niyə elə düşünürsüz? Mən lazım olan sözləri açıq-aydın söyləyirəm. Heç kimdən və heç nədən çəkinmirəm.
- Daha çox təcrübəli futbolçulardan narazı qaldız, yoxsa gənclərdən?
- Gənclər nə vaxt oynadılar ki?
- Belə çıxır, təcrübəli oyunçular sizi kürəyinizdən vurdular...
- Futbolçunun işi meydana çıxıb baş məşqçisinin verdiyi tapşırığı yerinə yetirməkdi. Tapşırıq icra olunmursa, deməli, düşərgədə xoşagəlməz işlər gedir.
- 11 turda hiss etmirdiz ki, düşərgədə işlər düz getmir?
- İndi nəsə deməyim artıq heç nəyi dəyişməyəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar