13 noy 18:25gundem

“İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb

“İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb
Mirzə Cavadov: “Futbol tarixində 9 azarkeşə görə oyunun yarımçıq dayandırıldığını xatırlamıram”
“Qarabağ”ın Poltava səfərində dəstəksiz qalmayacağı bəlli idi. Hələ oyuna bir neçə gün qalmış Azərbaycanın Ukraynadakı səfirliyinin bu ölkədə yaşayan soydaşlarımıza çağırış ünvanlanması stadiona azı 300 azərbaycanlının təşrif buyuracağından xəbər verirdi. Odu ki, “Vorskla” ilə qarşılaşmada ağdamlılar özünü evdəki kimi hiss etdi. Buna səbəb kimi isə o qədər də çılğın olmayan poltavalı fanatlarla müqayisədə bizimkilərin fəallığını göstərə bilərik.
Fəallığın səbəbi qonaqlar üçün ayrılmış sektorda azarkeşlik təcrübəsi zəngin olan “İmarət”in bir neçə üzvünün yer almasıydı. Bəstələr səsləndirən, “Qarabağ”ı qələbəyə səsləyən fanatlar hətta oyunun dayandırılmasına səbəbkar oldular. Həmin azarkeşlər artıq vətəndədi. Hətta imkan tapıb ağır Poltava səfərindən dərhal sonra Qəbələyə yollanmışdılar. Fürsətdən istifadə edib “İmarət”in fəallarından sayılan Mirzə Cavadovla söhbətləşdik.
- Bakıdan Poltavaya yollanan “İmarət”çilərin sayı neçə nəfər idi?
- Burdan ora 6 nəfər yollanmışdıq. Vaxtilə “İmarət”in sıralarında olmuş daha üç nəfər bizə Ukraynada qoşuldu. Ümumi sayımız 9 idi. Təbii, bu ölkədə yaşayan soydaşlarımız da vardı. Amma onlar bizə qoşulub dəstək verə bilmirdilər.
- Eyni tribunadaydız?
- Xeyr, biz onlardan ayrı idik. Yan-yana tribunalar idi.
- Bu cür olmasını özünüz istəmişdiz?
- Bilirsiz necədi, biz durmadan komandanı dəstəkləyirik, bəstələr oxuyuruq. Yəni məqsədimiz, missiyamız bəllidi. Onlarda isə pərakəndəlik müşahidə olunurdu. Biri “Azərbaycan” qışqırır, bir başqası “Qarabağ” deyir. Tribuna anlayışları yoxdu, bu da normaldı. Nə qədər öyrətməyə, başa salmağa çalışsaq da, qarışıqlıq olurdu, istədiyimiz alınmırdı. Düzdü, onlar da durmadan dəstək verirdilər. Sadəcə, bizim dəstək üslubumuz bir qədər fərqlidi. Xüsusən də bəstələr zamanı çətinlik çəkdikləri aşkar hiss olunurdu.
- Alışdırıcı maddələrə görə hakim oyunda 10 dəqiqəyə yaxın fasilə verdi. Yəqin ki, sizin “əməyinizin” məhsulu idi...
- Bəli, bizlik idi (gülür). Bunun üzərində işləmişdik, nə vaxt nə edəcəyimizi bilirdik. Fikrimcə, pis alınmadı.
- Qadağan olunmuş pirotexniki vasitələri tribunaya necə keçirə bildiz?
- Bu sirr olaraq qalsa, yaxşıdı.
- Olan olub, keçən keçib. Bundan sonra nə dəyişə bilər ki?
- Qorxmaq mənasında demirəm. Zatən polislərin gözləri qarşısında alışdırmışdıq. Problem olmadığını söylədilər. Sadəcə, bu məsələ tribuna sirridi, bizdən kənara çıxmır. Sonuncu oyunumuz deyildi ki. Yolumuz yenə stadionlardan düşəcək. Ona görə də bu haqda məlumat verə bilmərəm.
- Özünüzlə Bakıdan aparmışdız?
- Xeyr-xeyr, Kiyevdən almışdıq.
- Açıq satış var idi?
- Bəli. Orda bu baxımdan problem yoxdu.
- Ümumi nə qədər xərciniz çıxdı?
- Petardlara bizim pulla 100 manat vermişdim. Məşəllərə isə təxminən 60 manat. Hərəsindən 20 ədəd idi.
- Hakim oyunu yarımçıq saxlayıb, futbolçuları paltardəyişmə otağına göndərəndə səbəbkar kimi hansı hisslər keçirməyiniz maraqlıdı. Sonluğun necə olacağına dair həyəcan var idi?
- Həyəcandan söhbət gedə bilməzdi. Əksinə, sevinirdik. Əməlimiz komanda üçün yararlı oldu. Dünya futbol tarixində 9 azarkeşə görə oyunun yarımçıq dayandırıldığını xatırlamıram. Adətən, belə hallar azarkeşlər arasındakı kütləvi iğtişaşlar zamanı olur, ya da stadionda göz-gözü görməyəndə. Möhtəşəm hisslər idi.
- Hakim oyunu bir gün sonraya təxirə salsaydı, necə?
- Fərqi yox idi. Əsas odu, futbolçular dincəlmiş olacaqdı. Həmin axşam Poltavada hava şəraiti mənfi dərəcəyə düşmüşdü. Hətta ot da donmuşdu. Belədə bizim futbolçular çətinliklə üzləşirdi, üstəgəl, o dəqiqələrdə rəqib təzyiqi artırmışdı. Petardları ən uyğun vaxtda yandırdıq.
- Öncə yerli azarkeşlər pirotexniki vasitələri işə saldı, daha sonra siz. Plan belə idi?
- Onların yandırması təsadüfi alındı. Bizim öz dəst-xəttimiz var. Müəyyən olunmuş dəqiqə var idi ki, həmin an yandırdıq.
- Rəqib həmkarlarınızla görüşmək, söhbətləşmək imkanınız oldu? Haqqımızda nə bilirlər, nə danışırdılar?
- Şəxsi işlərimə və maraqlarıma görə Ukraynaya bir həftə əvvəldən yollanmışdım. Müəyyən müşahidələr apardım. Məsələn, poltavalı azarkeşlər xuliqanlıqla özlərini ultras sayıb, Avropaya qoşulmağa çalışırlar. Məncə, hələ ki alınmır (gülür). “Qarabağ” adı bu ölkədə tanınır. Təəssüf ki, bəzilərinin fikrincə, Qarabağ Ermənistan torpaqlarıdı. Taksi sürücüsünün “Qarabağ ermənilərin deyilmi” sualına xeyli qəzəbləndim. Amma özümdən çıxmadan vəziyyəti ona başa salmağa çalışdım. Donetsk və Krım torpaqlarını nümunə gətirib, cavabını gözlədim. “Bizim yerlərdi” deyəndən sonra gülümsəyərək, “bizdə də eynilə bu cürdü” cavabını verdim. Qarabağın bizə aid olduğunu, sadəcə, işğal nəticəsində ermənilərin əsarətində olduğunu diqqətinə çatdırdım.
- Səfərə hansı reyslə yollanmışdız?
- Mən Bakı - Tiflis - Kiyev, digər üzvlərimiz birbaşa Bakı - Kiyev reysi ilə. Kiyevdən Poltavaya isə qatarla yollandıq.
- Bir nəfərin ikigünlük ümumi xərci nə qədər idi?
- Nəqliyyat, qidalanma və məskunlaşma – hamısı bir yerdə 600-700 manat civarında.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar