08 noy 21:24gundem

Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir

Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir
Azər Məmmədov: “Bu uşaqlarla düşündüyümüz, ortabab “Kəpəz”i formalaşdırmaq mümkün deyil”
Hazırda ölkənin ən titullu üç klubundan biri olan “Kəpəz” yaxşı günlərini yaşamır. Üç dəfə ölkə çempionu (1995, 1998, 1999), dörd dəfə isə kubokun qalibi olan (1994, 1997, 1998, 2000) gəncəlilər əvvəlki qüdrətindən xeyli uzaq düşüb. Ötən mövsüm premyer-liqanın sonuncusu olmaqla elita ilə vidalaşan “sarı-göylər”in hədəfi bəlliydi: birinci divizionun qalibi olub, güclülər dəstəsinə qayıtmaq. Ancaq indiki durumla həmin hədəf qətiyyən uyğun gəlmir. Etibar İbrahimovun komandası hazırda birinci divizionda turnir cədvəlinin son pilləsindədi. Qərb təmsilçisi keçirdiyi 9 oyundan yalnız 1-də qalib gəlib, 3 qarşılaşmada heç-heçə edib, qalan 5 matçda isə məğlub olub. Bu oyunlarda 5 dəfə rəqib qapılarına yol tapan gəncəlilər 12 dəfə rəqiblərin sevinməsinə şahidlik edib. Bir sözlə, ölkənin ən titullu klublarından biri hətta birinci divizionda da hamıdan zəifdi. Halbuki cari mövsümdən aşağı dəstədə premyer-liqa klublarının əvəzediciləri də mübarizə aparır. Vəziyyət o qədər acınacaqlıdı ki, vaxtilə elita klublarının qorxduğu, çəkindiyi komanda indi onların “ikincilər”inin də qarşısında aciz qalıb. Bu isə 90-cı illərin sonunda ölkə çempionatında “at oynadan” komandaya qətiyyən yaraşmır. Ölkə futboluna verdiyi töhfələrlə öyünən “Kəpəz”in hazırda qürurlanmaq üçün heç nəyi yoxdu. Təkcə “komandadakı bütün futbolçular yerli uşaqlardı” təsəllisindən başqa. Ancaq heyət tam gəncəli oyunçulardan formalaşdırılsa belə, bu, birinci divizionun sonuncusu olmağa əsas vermir.
Əslində gəncəli azarkeşlərin yeganə ümidi AFFA İcraiyyə Komitəsinədi. Belə ki, mövsümün sonunda “elitaya kim çıxsın” sualı aktullaşacaq və futbol başbilənləri komandaların tutduğu yerə əhəmiyyət verməyəcək. Təki lisenziya tələblərinə cavab versin. AFFA-dan gələn vəsait hesabına dolanan klubun yenidən güclülər dəstəsinə yüksəlməsi isə mükünsüz deyil. Hər halda, federasiya o qədər xərc çəkib, Gəncə şəhər stadionunun örtüyünü yenilədi. Niyə də ora boş qalsın?! Lakin sonuncu yerdə olan klubu elita gətirmək anormallığın son həddi olacaq. Odu ki, “Kəpəz” çalışıb bir neçə pillə yuxarı qalxmalıdı ki, əcaib görüntü bir qədər azalsın. Bütün bunlar haqda danışmaq tezdi və hazırda ortada bir fakt var. Ölkə futbolunun Məkkəsi sayılan Gəncənin komandası birinci divizionun autsayderidi. Vaxtilə qazanılan uğurlarla indiki durum arasındakı uçurum isə ölçüyəgəlməzdi.
Bəs görəsən, “Kəpəz”lə çempionluqlar yaşamış, bu komandanın əfsanəsi sayılanlar vəziyyətlə bağlı hansı fikirdədi? Öncə Azər Məmmədovla danışdıq: “Əlbəttə, sonuncu yer “Kəpəz”ə layiq deyil. Nəinki “Kəpəz”, heç bir komanda autsayder olmaq istəməz. Gəncə isə futbol şəhəridi. Bəzi səbəblər var. Birinci divizionun digər komandaları ilə müqayisədə “Kəpəz”in heyəti hazırda sırf yerli uşaqlardan ibarətdi. Açığı, klubun maddi durumunun nə yerdə olduğunu bilmirəm. Büdcə nədi, uşaqlara nə qədər maaş verilir? “Kəpəz”in sonuncu yerdə olmasına oyunçuların gec yığılmasının da təsiri oldu. Komandanın heyətindəki elitada top qovan futbolçular hamısı getdi. Halbuki onlardan bəziləri birinci divizionda da oynaya bilərdi. Ancaq hətta Region Liqasına üstünlük verənlər də oldu. Ola bilər, daha yaxşı pul alacaqları üçün getdilər. Hər halda, bunların hamısı komandanın çıxışına təsir etdi. Demirəm ki, “Kəpəz”in heyətində olan uşaqlar pisdilər. Ancaq bu klubun adına layiq iş görmək üçün yetərli deyillər. Həmin uşaqlarla birgə kənardan elə oyunçular gətirilməli idi ki, gənclərə təkan olsunlar. Bu, birinci divizionda ən azı ortabab komanda yaratmaq üçün lazım idi. Özünüz də bilirsiz ki, normal təlim-məşq toplanışı keçməsən, çempionatda oynamaq ağır olur. Uşaqlar bəlkə bundan belə fiziki cəhətdən özlərinə gələrlər. Komandanın baş məşqçisini heç cür günahlandıra bilmərəm. Onun yerində mən də olsam, sadaladığım problemlər fonunda fərqli nəsə etməyim çətin idi. İstər oyunçuların yığılması, istər hazırlıq prosesinin olmaması təsirsiz ötüşmür. Yadınızdadısa, “Kəpəz”in əvəzedicilərində işləyirdim. İndi komandada olan uşaqların əksəriyyəti mənim sərəncamımda idi. Orda 3 il çalışdım. İlk iki ildə qənaətbəxş çıxış etdik. Əsas komandaya oyunçu da verirdik. Lakin bu uşaqlarla 3-cü ildə komanda sonuncu yerdə gedirdi. Belə çıxır, bütün günah məndə idi? Düzdü, mən özümü kənara çəkmirəm. Əlbəttə, məndə də günah var idi. Ancaq bizə kömək üçün kənardan da futbolçu lazım olurdu. Amma onları gətirə bilmirdik. Yəqin ki, indiki məşqçinin də analoji problemi var. Bu uşaqlarla düşündüyümüz, ortabab “Kəpəz”i formalaşdırmaq mümkün deyil. Bu, mənim subyektiv fikrimdi. Lakin bu o demək deyil ki, vəziyyətlə barışmalıyıq. Hər şeyə rəğmən, maksimum nəticə ortaya qoymaq lazımdı. Etibar müəllim də bunun üçün çalışmalıdı. Xahiş eliyirəm, səmimiliyimə inanasız. Etibar müəllimin yaxşı iş görə biləcəyinə inanıram. Ancaq sadaladığım məsələlərdə ona kömək göstərmək lazımdı... Məlum olduğu kimi, işimlə bağlı Bakıda yaşayıram. Ancaq imkan daxilində çalışıram ki, “Kəpəz”in oyunlarına baxım. Etiraf edim ki, startla müqayisədə iki tur öncə komandada inkişaf gördüm. Yaxşı oynayırdılar, əzmkar, məzmunlu oyun göstərməyə çalışırdılar, fiziki durumda irəliləyiş hiss olunurdu. Təəssüf ki, “Kəpəz”in son iki matçını izləyə bilmədim. “Şüvəlan”la görüşdə tribunada olmağa çalışacam. Təbii, bir gəncəli kimi “Kəpəz”in sonuncu yerdə getməsi mənə də pis təsir edir. Etibar müəllimin də hazırkı duruma görə təəssüf hissi keçirdiyinə əminəm. Ancaq nə edə bilərik, hazırda reallıq budu. Gəncədə futbolçu qıtlığı var. Doğrudu, əsas stadionun ot örtüyü idealdı. Lakin məşq üçün meydanlar yoxdu. O vaxt biz gedib kənddə hazırlaşırdıq. Etibar müəllim isə eşitdiyimə görə, Xanlarda, Şəmkirdə məşq keçir. Hər bir şey cəmləşir, nəticəyə təsir edir. İnanıram və ümid edirəm ki, “Kəpəz”i yenidən premyer-liqada görəcəyik. Gəncə futbolu elitada təmsil olunmalıdı”.
Düzdü, Mahmud Qurbanov hazırda “Neftçi”nin 2-ci komandasını çalışdırır. Ancaq Gəncə futbolunun yetirməsi olan, “Kəpəz”in heyətində titullar qazanan Qurbanovun da qərb təmsilçisinin durumu ilə bağlı fikirlərini öyrənməyi lazım bildik: “Vallah, nəsə deməyim düzgün çıxmaz. Çünki hazırda “Neftçi”dəyəm və birinci divizionda rəqibik. Ona görə də fikir bildirməyim doğru olmaz. “Kəpəz”in öz baş məşqçisi var, o, vəziyyəti daha dəqiq ifadə edə bilər. Gəncə futbolunun yetirməsi kimi istərdim ki, “Kəpəz” birinci divizionda yox, premyer-liqada oynasın. Çünki Gəncənin möhtəşəm azarkeşləri, futbol tarixi, ənənələri var. Odu ki, komandanın elitada iştirak etməsini istəyərdik. Ancaq indi vəziyyət belədi. Nəsə demək də çətindi. Ümid edək ki, gələcəkdə “Kəpəz”i elitada, özü də iddialı bir komanda kimi görəcəyik. Gəncədən həmişə futbolçu çıxıb. İstər sovet dövründə, istərsə də müstəqllik illərində. Gəncə futbol şəhəridi. Bu bölgənin futbolu da ümumilikdə ölkə futboluna xidmət edir. Düşünürəm ki, bu missiyanı gələcəkdə də davam etdirəcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar